2017-ci il fevral ayının 8-də “Sağlam qidalanma və klinik tədqiqat” mövzusunda mətbuat konfransı keçrildi. Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Asosiasiyasının təşkilatçılığı ilə Bakı şəhərindəki dövlət xəstəxanaları və poliklinikalarında keçirilmiş tədqiqatın nəticələri açıqlanmışdır.
Kofransda Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə dokturu Gülnarə Ağayeva və Mərkəzi Neftçilər Xəstəxanasnın terapiya şöbəsinin müdiri Ədalət Abdullayev, iştirak etmişdir.
Elmi tədqitatın mətbuat konfrasında ilk söz Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının sədri Gülnarə Ağayeva verildi. Gülnarə Ağayeva tədqiqat barəsində çıxışına belə başladı:
Dünyada probiotiklərlə bağlı çoxlu tədqiqat aparılmışdır.Tədqiqat 2-3 nəfər arasında aparılsa da bu tədqiqat sayılmır. Bu rəqəmi statiskanın göstəricisi saymaq absurd olardı. Bizim tədqiqatda 366 nəfər iştirak etdi. Bu kifayət qədər böyük rəqəmdir.
O, həmçinin bildirdi ki, bizim assosiasiya sırf bağırsaq və qaraciyər bağlı məslələrinə baxırıq. İnsanlar düzgün qidalanmayanda bu ilk növbədə onların mədə-bağırsaq sisteminə və qaraciyərinə təsir edir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsi təkcə dərmandan asılı deyil. Əsil həkim təkcə dərmanla kifayətlənməməlidir. Dərmandan əlavə xəstələrə probiotiklər verilməlidir. Azərbaycan mətbəxi çox yağlı və ağır olduğu üçün insanlarda mədə-bağırsaq problemlərinə çox rast gəlinir. İnsanlar qidalanma rejiminə əməl etmədikdə onların sağlamlığında bir çox fəsadlar baş verir. Bizə müraciət edən xəstələr daha çox köpdən, qəbzlikdən, ishaldan, mədə-bağırsaq ağrılarından şikayətlənirlər. Düzgün qidalanma olmadıqda bağırsağın mikrosferası pozulur. Bağırsaq insanın immunitetinin gücləndirən bir orqandır. Onun mikrosferasının pozulması ağır fəsadlara yol aça bilər.
Qaraciyər mədə-bağırsaqdan fərli olaraq, ən ağır xəstəlik olan sirozda belə ağrı şikayətləri son mərhələyə çatanda özünü göstərir. Qaraciyəri ən səssiz orqan hesab etmək olar. Qaraciyər xəstələrində daha çox hepatitlərə, viruslara, alkoqolik, piylənmə hallarına rast gəlirik. Mətbəximizin ağırlığı qaraciyərimizdə piylənmə ilə nəticələnir. Qaraciyərin funksiyası şiddətli pozulduqda xəstə komya düşür. Həmin vaxt xəstəyə antibiotiklər və probiotiklər təyin edilir.
Bu cür hallara gəlib çatmamaq üçün vaxtında sağlamlığın qayğısana qalmaq lazımdır. Sağlam insanlar bağırsağa xüsusi diqqət yetirməlidir. Bunun üçün ən asan üsul aktiviadan gündəlik istifadədir. Bağırsaqların vəziyyəti, dərinin və saçın vəziyyəti deməkdir. Gözəl görünmək istəyən xanımlar, ilk növbədə bağırsaqlarının qayğısına qalmalıdır.
Mərkəzi Neftçilər Xəstəxanasnın terapiya şöbəsinin müdiri Ədalət Abdullayev kofransda aktivia bağlı aparılan tədqiqat prosesinin nəticələrindən danışdı. O bildirdi ki, həzm sistemi və köpmə problemlərinin tədqiqi bir ay ərzində Bakı şəhərinin 10 xəstəxana və poliklinikasında ( Mərkəzi Neftçilər xəstəxanası, 1, 4, 5, 6, 8, 26 saylı şəhər poliklinikaları, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Beynəlxaql Hava Limanının Aviasiya poliklinikası və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası) 366 şəxs arasında aparılmışdır.
Həmçinin Ədalət Abdulayev bildirdi ki, insanlar bəsləndiyi qidalar onların geno tipi müəyyənləşdirir. 20-ci əsrdən azərbaycanlılar ət məhsullarına üstünlük verməyə başladırlar. Ondan əvvəl insanlar daha çox süd məhsullarına üstünlük verirdilər. Süd məhsullarının gündəlik qidalanmadan çıxarılması sağlamlıqda özü sözünü deyir.
Tədqiqat 18-72 yaş arası insanlar arasında aparıldı. İştirakçıların əksəriyyəti qadınlardan ibarət idi. Aktivia - nın həzm prosesinə təsiri öyrənmək məqsədilə tədqiqatda iştirak edən şəxslərə 14 gün ərzində Aktivia məhsullarından istifadə etmək təklif olunmuşdur. Nəticədə Aktivia-nı 8 gün istifadədən sonra köp problemlərinə, 14 gün istifadən sonra mədə-bağırsaq sisteminin işləməsinə müsbət təsir göstərdiyi müəyyən edilmişdir. Tədqiqatın nəticəsində 72 % insanın diskomfort hissindən azad olduğu, 89 % insan bağırsaqda tranzitin inkişaf etdiyi, 95 %-in həzm rahatlığı yarandığı, 97 %-də köp hissinin azaldığı qeydə alınmışdır.
XƏBƏR LENTİ
Alman aşpazın əl işləri
Şokoladlı yeni il keksləri (foto-resept)
Ən sağlam ölkələr
Nikahdan öncə tibbi müayinə
Xəzinə tapdılar borca düşdülər_FOTO
Həftəsonu yağış var
Co Baydenin seçki qərargahının rəhbəri Trampı hədələdi
Makiyajın uzun müddətli olması üçün...
Sabahın HAVAsı
Azərbaycanda teatrında yenilik
Televiziya
İran və Rusiya prezidentləri Bakıya nə vaxt gələcəklər?
Azərbaycan tarixindən yüz şəxsiyyət-21
Əsgər bayraqla havaya uçdu
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Həddindən artıq meyvə qaraciyərə zərərlidirmi?
Şimali Koreyada karantini pozan şəxs güllələndi
İki körpə atasız qala bilər!
Qadın sürücülər
Maraglı fincanlar
Kişilər sosial şəbəkələrdə
3 yaşlı qız geyimilə hamını heyran edib
Fransız qadınları kimi geyinməyin sirri
Günün qoroskopu: qələbələr asan başa gəlməyəcək
Anası kimi davranmayın
Qaraçı plovu/Şor salatı (video-resept)
Azərbaycanda "WhatsApp" çökdü
Şəhid generalımız Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Braziliya feni (Fix Nano Keratin)
Masaj texnikaları (II hissə)
"Çukur" haqqında nazirdən AÇIQLAMA
"Messenger"ə yeni faydalı funksiya əlavə edib
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Telefonda hirsli insanı necə sakitləşdirmək olar?
Çivzə və sızanaqlar
Naftalanda sahibkarlar üçün "dəyirmi masa" keçirilib
Kəpəyə qarşı bitki mənşəli həll
Təbii doğuşun faydaları
3 ay övladlarını görə bilməyəcək
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
Sabah hava necə olacaq?
Günün qoroskopu: Günəşi görmək istəyirsənsə kölgədən çıx
Yeni günə gümrah oyanmaq üçün
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Quranda Qədr gecəsi niyə min aydan xeyirlidir?
Dahilər haqqında bilmədiklərimiz
"Sərkisyan hərbi cinayətkar elan olunsun"
HAVA necə olacaq?
Uşaq ataya tapşırılsa...