Bu iki film tam da olmasa müəyyən qədər mövzu baxımından oxşardırlar. Amma oxşarlıqlarında bir əkslik var. Buna görə iki filmi müqayisə etmək qərarına gəldim. Eynilikləri haqqında onu deyə bilərəm ki, ikisi də insanın duyğu və hissiyyatlarının necə böyük dəyərə malik olduğunu və duyğuları olmayan birinin nəyə çevriləcəyini göstərir.
Perfect sense
Film 2011-ci ilin istehsalıdır. Rejisoru David Mackenzie, əsas rollarda Eva Green, Ewan McGregor oynayır. Janrı dram, elmi-fantastika və romantikadır. Sevdiyim aktirasalardan olan Eva Green, filmdə Susan rolunu canlandırır. Epidormoloq olan Susan, yayılan xəstəliyi araşdıran həkimlərdən biridir. Bütün dünyaya yayılmağa başlayan xəstəlik nəticəsində yavaş-yavaş insanların duyğu orqanları fəaliyyətlərini dayandırır. İlk öncə qoxu qabiliyyətini itirən insanlar, bunu o qədər də ciddiyə almır. Zamanla dad və eşitmə qabiliyyətinin itirilməsi dünyanı tamamilə bir dəlixanaya çevirir. Michael ilə yenicə münasibət qurmağa başlayan Susan, vaxtilə aldığı travmalara görə qarşısındakı insandan ehtiyat edir.
Bu film digər filmə baxanda daha qorxulu bitdi. Hətta baxdıqdan sonra saatlarla əgər eyni şeyləri yaşasaydıq necə olardı deyə adam düşünməyə başlayır. Filmin fərqli fəlsəfəsi var. Bu film duyğuların itirilməsi ilə onların önəmini bizə çatdırır. Amma düşünürəm ki, bəzi yerlərdə vacibliyini çatdırmaqdan çox duyğularsız da yaşamağın mənasını başa salır. İnsan eşitməyə bilər, görməyə bilər. Amma əsas olan insanlığını itirməyib, bərabər yaşamağı öyrənməkdir. Bu cəmiyyət mövcud olduqca hər çətinlikdən bir yol tapacaq.
İki filmin də oxşarlığı ondan ibarətdir ki, insan baxdıqca necə varlı olduğunu anlayır. Necə mükəmməl qənimətlərə sahib olduğunu anlayır. İnsan daim onda olanın dəyərini bilməz, qiymətini ölçə bilməz. Amma onu itirməyə başlayanda sanki bir boşluq yaranmağa başlayar. Bu boşluq onun sənə dəyərini və qiymətini çox gözəl başa salmağa başlayar.
Filmlər, kitablar və musiqilər bizə bir şeyi itirmədən, o boşluq olmadan dəyərini anlamağa kömək etmək üçün hazırlanır. Filmlə qurulan empatiya bir çox şeyi yaşamadan dərk etməyə kömək edir.
Equals
Baş rollarda Kristen Stewart və Nicholas Houltun oynayır. Film 2016-cı ilin istehsalıdır. Rejisoru Drake Doremusdur. Janrı elmi-fantastika, romantika və dramdır.
Bu filmi digər filmdən daha çox bəyəndim. Yer kürəsindəki insanlıq müharibələr nəticəsində məhv olub, fərqli dünyada yaşayan, sağ qalan insanlar öz varlıqlarını, keçmişlərini və bu dünyada olma səbəblərini unudublar. Tamamilə hissiyyatsız varlıqlara çevriliblər. Yaşadıqları həyatın ideal olduğuna inanırlar. Qoxu və dad bilmə qabiliyyətlərindən məhrumdurlar. Əslində yaşadıqları dünyanın ideal olmadığını dərk etməyə başlayırlar. Bir virusun yayılmasından sonra müəyyən insanlarda hissiyyat oyanmağa başlayır. Hissiyatın oyanması ilə insanın sevmək və toxunmaq ehtiyacı yaranır. İnsanda monotonluq və yalnızlıqdan kədər baş qaldırır. Bəziləri bu kədərə dözə bilməyib intihar etməyə başlayır. Bəziləri bu dünyanın qanunlarını pozaraq sevməyə başlayır. Sevdiklərini və digərləri ilə münasibət qurduqlarını görən kimi onları intihar masasına oturdurlar. İnsanlar intihar edənlərdən elə də təsirlənmirlər. Amma bir-birini sevən cütlüklərə isə təhlükəli təmas adını verərək həbs edib, qətl edirlər. Hislərini tanımayan insan, onlar qarşılaşanda inanılmaz qorxuya düçar olur. Amma artıq gecdir, bir dəfə hiss edən daha əvvəlki kimi olmayacaq.
Filmləri birləşdirən ortaq cəhət ikisinin də, duyğularımızın vacibliyini göz önünə gətirməsidir. Həmişə duyğulara sahib olduğum üçün özümü şanslı hiss etmişəm.Bu filmlərdən sonra hiss etməyin zövqünü yaşadım.
Müəllif: Aidə Ustaclı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xəstəliyə qarşı mürəbbələr (1)
Bəhram Bağırzadədən daha bir FOTO
Fahriye oğluna lay-lay oxudu - VİDEO
Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı artır
İntim gellə qaşınmaya son
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Cavanlığın sirri ondadır
Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir
Ev işləri kalori yandırmağa kömək edirmi?
Psixi sağlamlıq üçün 8 qayda
Lady Gaga Olimpiya Stadionunda!
Tibbi hədislər
“ASAN” dünya mükafatı aldı
Bananlı desert (foto resept)
"Gucci"-nin tarixi(1)
Tac Mahalda namaz qılmaq qadağan edildi
Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
Sabahın hava proqnozu
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Əroğanın qızının toyundan FOTOlar
“Azəriqaz”dan LİMİT AÇIQLAMASI
Dünyada ən minimalist telefon təqdim olundu
Ronaldo kilsəyə tez-tez getməsinin səbəbini dedi
8 saat yatmaq vacibdirmi?
Ermənistanın Rusiyadan asılılığı artdı
Bakı bulvarında bayram sürprizi
Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
Özümüz də bacararıq!
Ərik mürəbbəsi
Güləşçimiz ikiqat dünya çempionu oldu
Dəbli xanımlar üçün gündəlik geyimlər
Rayonlara qar yağacaq
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Azərbaycanda camaata qida əvəzinə zəhər satırdılar
Mehmet Ali Erbilən xəbər var
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Dünyanın ən qəribə, bahalı, maraqlı universitetləri
Tarkandan "Atalar günü"nə özəl paylaşım-FOTO
Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
Sağlam dişlərə sahib olmaq üçün nə etməli?
Emin övladları ilə FOTOsunu paylaşdı
Ukrayna prezidentindən çağırış
Tolga xanımına 50 minlik hədiyyə bağışladı-FOTO
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
Özün tap
Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi
Qorxunc silahlar İŞİD-in əlində
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olundu
- ŞƏRHLƏR