Hal-hazırda cəmiyyətimizin böyük problemlərindən biri gəlin-qaynana problemidir.Bunun səbəbi isə dədə-babalarimizdan bizə miras qalan qeybətcil fikirlərdir. Gözünü açan yeni qız övladının yanında həmişə qaynananın problemli biri olduğu, onunla yola getməyin çətin olduğu, həmişə ailə arasında münaqişə saldğını deyirlər. Qohum -əqrabada, tanişliqda,cəmiyyətdə həmişə qaynanın mənfi keyfiyyətlərlə göstərilməsi qaynana sözünü belə mənfi obraz nümunəsi kimi göstərir. Bu söhbətlərin içərisində böyüyən kiçik qiz uşağı hələ qaynanasını tanımadan ona nifrət hissi daşıyır. Artıq mənfi söhbətlərlə, səhf nümunələrlə qarşılaşan qızlar artıq qaynana sözünü belə eşitmək istəmirlər.
Bu eyni ilə gəlinlər üçün də keçərlidir. Təzə oğlan övladı olan gündən bəri sosial çevrədəki tanışlar, qohumlar və s. hamı anani “bir gün gələcək oğlunu el qızı əlindən alacaq “-deyə gələcək gəlininə qarşı nifrət hissi ilə doldururlar. Hələ gəlinini tanimayan ana indidən onu rəqib kimi görür. Bir gün oğlunu onun əlindən alacaq deyə qorxu içində yaşayır. Və vaxt gəldikdə gəlininə qarçı qəddar fikirlər belə fikirləşir.
Eyni qorxunu keçirdən , neçə illərdir ki altşüuru cəmiyyət, qohum-əqraba tərəfindən mənfi fikirlərlə doldurulan iki insan nəhayət ki tanış olur. Və çox normal bir haldır ki, onlar heç də ilk görüşdən bir-birilərini sevmirlər.Artıq onlar nə qədər çalışsalar da mehriban bir gəlin –qaynana ola bilməyəcəklər. Çünki onların altşüurunda heç də bir-birilərinə qarşı müsbət fikirlər yoxdur.
Gəlin və qaynanın uzun illərdir ki bir-biri ilə münasibət qura bilməməsinin ən başlıca səbəbi budur.Onsuz da oğlunu gəlinindən qısqanan ana, həyat yoldaşını başqalarından qısqanan gəlin bu fikirləri əvvəlcədədən eşitməsə belə yenə də onlar qısqanclıqlarına görə problem yaşayacaqdilar.Və üzərinə belə mənfi tərbiyə də gəldiyi zaman bu problemləri çıxılmaz vəziyyətdə qoyur.
Əvvəl başqa mühitdə, başqa tərbiyədə böyüyən gəlin indi tamamilə ayri mühitə düşür.Evin dekorundan tutmuş,müəyyyən davranış qaydalarına kimi dəyişik fikirlərlə rastlaşan gəlin adaptasiya problemi yaşayır.Evin qayda-qanunları , yeni mühit bəzən onu sıxır.Öz evinin qaydalarını ər evində tədbiq etməyə başlayır.Bu da zatən əvvəldən qaydası olan ev sakinlərini yeni gələn gəlinin bu hərərkəti əsəbləşdirir. Artıq evdəki hər kəsin əvvəlcədən danışılıb mənfi fikirlərlə doldurulan altşüuru işə düşür. Gəlin və qaynana problemləri. “onsuz da bilirdik ki gəlin belədir, gəlin yad insandır, ər evini sevmir. Qaynana gəlini hec vaxt sevmir, dədə-babadan bu belədir, onsuz atrəq mən ümüdümü üzmüşdüm .” kimi mənfi fikirlər formalaşır və yeni münasibətlər yaranmağının qarşısını alır.
Artıq gəlin öz ata ocağı üçün darıxır.Qaynana isə gəlinsiz oğlu ilə keçirdiyi xoş günləri üçün darıxır.Ailədə gəlin və qaynana həmişə bir nəfəri paylaşa bilmir.
Nümunə:
Pasient:Evlənməyimizdən 5 il keçib.Biz artiq yoldaşımla ayrı evə də çıxmışıq.Ancaq yenə də harasa bir yerə getdiyimiz zaman yoldaşım anasına zeng edib ondan icazə alır.Əgər anası icazə verməsə heç yerə getmirik.Bir dəfə restorana yemək yeməyə gedəcəkdik. Əynimi də geyinmişdim.Yoldaşım anasına zeng etdi icazə almaq üçün ,amma anası dedi ki –yox getməyin.Yoldaşım mənə dedi ki ,-get əynini dəyiş heç yerə getmirik.Artıq mən əsəb keçirdirəm.
Psixoloq: Qaynananızla yoldaşınız arasında böyük bağ var demək ki, qaynananız və yoldaşınız bir-birləri ilə bu qədər yaın olduğuna örə yəqin ki,qaynananizin başqa övladı yoxdur.
Pasient: Bir oğlu daha var. Mənim yoldaşımdan balacadır.
Psixoloq:Bəs yoldaşınızın atası necə?
Pasient: O 15 ildir ki yoxdur.Bunları atib gedib Rusiyaya .Orda da aile qurub. Qaynanam uşaqlarını tək böyüdüb.Heç Rusiyadan pul da gəlməyib.Yoldaşım və qaynım atalarının üzünü belə xatırlamırlar.
Psixoloq: Deməli sənin qaynanan böyük oğlunu evin ata obrazına qoyub və dərdlərini onunla bölüşüb.Nəinki oğlu kimi ,həm də yoldaşı kimi görüb onu.Belə münasibəti görən oğul isə anasına birə-on bağlanıb.İndi sən onların bu möhkəm bağını kəsə bilməzsən.Qaynanan yəqin fikirləşir ki sən onun övladını , həm də həyat yoldaşını əlindən alacaqsan.Buna görə sənə bu qədər aqressiyası var.İndi sən sübut etməlisən ki. Sən onun oğlunu əlindən almayacaqsan.Bir gü harasa gedəndə telefonu götür və icazəni elə sən özün al.Qaynanani tez-tez qonaq dəvət elə.Və sən ona inandır ki sən onun gəlini deyil,qızısan. Bu hərərkətlərindən sonra o sənə bağlanacaq.
Rəsulova Kəmalə
ADPU Psixologiya 410
Elmi rəhbər: Vüsalə Əliyeva
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda 17 mindən çox nömrə daşınıb
Azərbaycanda ev tikməyin çətinlikləri
İnsanı tanımağın ən rahat yolu...
Bananlı tort (foto resept)
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
"Eurovision 2019"un qalibi bəlli oldu
HAVA necə olacaq?- 27 MART
Kreditlər niyə milli valyutamız ilə deyil, dollarla verilir?
Qaydaları pozan məktəblərlə bağlı nazirdən AÇIQLAMA
20 Yanvar faciəsinin görünməyən tərəfləri
Bir gündə 4 milyard qazandı-FOTO
Südlü biskivit (foto resept)
“Harri Potter”in ulduzu ilk dəfə ata olacaq
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Dünyada ən qiymətli şey vaxtdır
Qlobal istiləşmənin günahkarları tapıldı
Bakıda adrenalin artıran məkandan fotoreportaj
Rihanna keçmiş sevgilisinə qayıtdı-FOTO
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Yulaflı peçenye (foto resept)
Uşaqlara xoş xəbər
Həqiqi yoxsa saxta bal ?
Quru dərilər üçün effektli maskalar
Hadise efirdə ağladı-FOTO
Olqa Buzova 120 milyonluq ev aldı
Azərbaycanda pullu təhsil ləğv olunmur
Ən güclü Mercedes S-Class göstərildi
Gözəl gəlinliklər
Milyonlar onunla vidalaşır
Rus Dili dərs-20
Yay vaxtına keçid bizə nə verir?
Qara donla makiyaj necə olmalıdır?
Göygölün 5 küçəsi qoruğa çevrilir
Bu il Azərbaycana xarici ölkələrdən yeni damazlıq düyələr gətiriləcək
Halal və haram buyrulmuş yeməklər
Ziyafət Əsgərov: "NATO baş katibinin müavini dedi ki, heç bir halda Azərbaycanın sərhədləri dəyişdirilə bilməz"
Xallı keks(foto resept)
Günün qoroskopu: Qətiyyətli olun!
Saç dərisi baxımı üçün 3 tövsiyə
Dünyanın ən uğursuz idman geyimləri
"Lider" TV-nin yayımının dayandırılması ilə bağlı Rəsmi Açıqlama
ABŞ Dövlət Departamentinin səhifəsi 15 yaşlı azərbaycanlının fotosunu paylaşdı
Vladimir Putin Biryulevo rayonunda baş verənlərə münasibət bildirdi
Qeyri-adi fotosessiyalar
Barak Obama Santa Klaus oldu - FOTO
Ətrin saxta olduğunu necə müəyyən edək?
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
"Evlilik mənlik deyil" deyə düşünənlər
Müdafiə Nazirliyi: “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”
Baldız - cuvalduz...
- ŞƏRHLƏR