Milli.Az APA-ya istinadən bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdövlət başçısının tapşırıqlarına uyğun olaraq, son illərdə nazirliyin fəaliyyət sahələrində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin qurulması üçün mühüm islahat tədbirlərinin həyata keçirildiyini bildirib: "Bu islahatların mühüm bir istiqaməti də prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının elektron əsaslar üzərində avtomatlaşdırılmış şəffaf icra mexanizminin, bu yardım növü üçün elektron qaydada müraciət və təyinat sisteminin formalaşdırılmasına yönəlib. Fərmanın icrası olaraq, ötən dövrdə nazirlik tərəfindən konkret Tədbirlər planı əsasında institisional və texniki səviyyələrdə məqsədyönlü işlər aparılaraq, ünvanlı dövlət sosial yardımı üzrə mükəmməl proqram təminatlarına əsaslanan VEMTAS yaradılıb".
S.Müslümov "Elektron hökumət" portalı üzərindən qurulan VEMTAS-ın ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsinə, müraciətlərə baxılmasına, yardım təyin olunub-olunmaması barədə qərarın qəbuluna, bununla bağlı müraciət edən şəxsə məlumatın verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verdiyini vurğulayıb. Müraciət edən ailələrə aid müvafiq məlumatların elektron qaydada əldə olunması məqsədilə nazirliyin "Elektron hökumət" portalı üzərindən ümumilikdə 20-dən artıq quruma aid informasiya resurslarına çıxış imkanlarının təmin olunacağı nəzərdə tutulur.
Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və sair, habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrindəki quraşdırılmış infoköşklər vasitəsilə "Elektron hökumət" və ya nazirliyin "Elektron xidmətlər" portallarındakı "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə müraciət edə bilərlər: "Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım olan arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam məhdudlaşdırılmasına səbəb olacaq. Vətəndaşların müraciət zamanı elektron qaydada "Ərizə-bəyannamə"də qeyd etdikləri məlumatlar sistem tərəfindən avtomatlaşdırılmış şəkildə yoxlanılacaq. Əgər uyğunsuzluq aşkar edilməzsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək".
S.Müslümov diqqətə çatdırıb ki, sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə, yardım təyin olunmasından imtina olunması barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin "Ərizə-bəyannamə"də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək: "Göründüyü kimi, bu sistem artıq ünvanlı dövlət sosial yardımları üçün müraciətin edilməsi və yardımın təyinatı prosesinin məmur müdaxiləsinin mümkün olmadığı şəraitdə həyata keçirilməsinə, prosesin şəffaf şəraitdə reallaşmasına imkan yaradır. Bu sahədə kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılır və vətəndaşların ünvanlı dövlət sosial yardımı almaqdan ötrü müraciət etmələri üçün müxtəlif qurumlardan sənəd toplamaları praktikası keçmişə çevrilir".
Nazir prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq yenidən hazırlanmış "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edildiyini bildirib: "Bu sənəddə də ünvanlı dövlət sosial yardımının alınması üçün vətəndaşlar tərəfindən müraciət edilməsi, müraciətlərə baxılması, yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, bununla bağlı müraciət edən şəxsə məlumat verilməsi prosesinin tam elektron qaydada həyata keçirilməsi öz əksini tapıb". Yeni Qaydalardan bəhs edən S.Müslümov sənəddə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardım sistemindən yararlanmaq imkanlarının genişlənməsinə yönələn bir sıra dəyişikliklərin də əksini tapdığını diqqətə çatdırıb.
S. Müslümov ünvanlı dövlət sosial yardımı üzrə VEMTAS-ın ölkəmizə məxsus səmərəli bir sistem olduğunu, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmasının innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaratdığını vurğulayıb.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov VEMTAS, onun texniki imkanları, vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə müraciət edilməsi, e-müraciət zamanı "Ərizə-bəyannamə"nin doldurulması qaydaları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan dərhal sonra bu barədə istifadəçinin ekranında məlumat görünəcək və həmin tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün hesab ediləcək. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən müvafiq rayon (şəhər) ƏSMM-nin ünvanlı sosial yardım üzrə işçisinə (sosial yardımın təyin olunmasından imtina edilən hallar istisna olmaqla) ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndəriləcək. Aparılmış müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək və xüsusi proqram təminatı vasitəsilə həmin məlumatlar "Ərizə-bəyannamə"də əks olunan məlumatlarla üzləşdirilərək yoxlanılacaq.
Sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda, yardımın məbləği və təyin edilmə müddəti, yardım vəsaitinin əldə edilməsi üçün plastik kartın hansı bankdan götürüləcəyi barədə, yardım təyin olunmasından imtina edilməsi qərarı çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin "Ərizə-bəyannamə"də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Builki Həcc ziyarəti ləğv edildi
Özünüz olun – azad olun!
COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırılıb
Torpaq sürüşməsinin zərərləri açıqlandı
Əncirli desert (foto resept)
Dəbli ayaqqabı modelləri
Məşhur müğənninin qızı: Bəsdir, əl çalmayın-FOTO
82 yaşı olsa da, modeldir - FOTO
Hansı insanlar daha çox yaşayırlar?
Ərdoğan əhalini Fransa məhsullarını almamağa çağırdı
Ermənilər atəşkəs rejimini yenidən pozublar
Dünyanın yarısı qaranlığa qərq olacaq
İkiayaqlı inək doğuldu
Dünyanı gəzmək üçün hər şeylərini satdılar-FOTO
Səsi nazik olan kişilər, diqqət
Kendal Cenner məhkəmədə uduzdu-Ətraflı
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək
Ballı-qozlu kamamber pendiri (foto resept)
Bilet fırıldaqçılarına qarşı əməliyyat keçirildi
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası hazırlandı
Burun qanaxması
Sosial şəbəkələrdə yeni “çelenc” başladı-VİDEO
"Oskar"-2015
Fahriye və Buraka 1 milyonluq təklif-FOTO
Köhnə avtomobillər Bakıdan yığışdırılır
Peşə məktəblərində boş qalan yerlərə sənəd qəbulu başlayıb
Sezonun ən iddialı trendi: Qabarıq qollar
Günün qoroskopu: məsləhətlərə qulaq asın
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Rusiyanın unikal bölgəsi: Çukotka
Şirələrin faydaları
Putin 9 yaşlı uşağa İphone bağışladı
Bakıda yağmursuz hava olacaq
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Filmdəki sevgiləri reala çevrilən məşhurlar
Baydenin ayaq sümükləri sındı
Gecəni sevən hormon: melotonin
Neslihan Atagülün MAKİYAJSIZ TƏBİİ HALI - FOTO
Buludlar quldurları zəiflədir
Məşhur aktrisa qəfil vəfat etdi
Bu gün Bakıda 23 dərəcə isti olacaq!
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Çin testi
Fahriye Evcen baldızını izləmədən sildi
İki məşhur müənni arasında qalmaqal böyüdü-FOTO
Qulaqlığın tarixi
Sabahın HAVAsı