Namus, bir kişi üçün onun ailəsi, anası, bacısı və ya həyat yoldaşı deyil. Namus sözü ərəb mənşəlidir. Azərbaycan dilində isə, bir toplumun (şəxsin deyil, toplumun) əxlaq qanunlarını ifadə edən doğruluq, dürüstlük mənasındadır.
Əslində, islamdan öncəki, yunan dilində də bu sözə rast gəlinir. Tövratda "Tora Namus" ifadəsi istifadə olunub ki, bu da "düzən" mənasını verməkdədir. Ayrıca, talış, urdu, kürd və fars dilində də bu sözün "dürüstlük" mənası daha ciddi göstərilir.
Namus anlayışı bir çox toplumlarda kişinin ailəsini qoruya bilməsi və ər evinə bakirə yola salması kimi bir öhdəlik verməsi qaçınılmazdır. Bizim burada toxunduğumuz mövzu bakirəlik və namusun nə dərəcədə bağlılığını aydınlatmaqdır. Bunun üçün namus kəlməsini bir az daha eşələmək və dibinə enmək lazımdır. Yazıda bir çox mənbələrdən istifadə edəcəyəm. Dini və dünyəvi məsələlərə toxunaraq.
Namusun cəmiyyət üstündə yönümlü təsiri dövrümüzdə ucqar kəndlərdə daha çox özünü biruzə verməkdədir. Şəhərləşdikcə namusun qavramı itmir. Sadəcə ailənin anonimliyi qorunmuş olur. Bu cümlədə demək isdədiyim odur ki, şəhərdə namus obyekti kimi gördüyümüz qızların daha açıq-saçıq geyinə bildiyinin fərqinə varmış oluruq. Kəndlərimizdə isə bu qəbuledilməz olaraq dərk edilir. Bir qadının dizləri görsənirsə, onu namussuz kimi qələmə verən cəmiyyətin əhatəsindəyik.
Əslində, qadının diz nahiyyəsindən yuxarı hissəsi elmdə erogen zona kimi qəbul edilir. Məlum toplum və dinin təsiri isə erotik nahiyənin görsənməsini rədd edir. Bunlar qulağa xoş gələn amillərdir. Gəlin, bunun ictimaiyyətə mənfi təsirləri olan xüsusiyyətlərinə toxunaq. Namus bir qadını bir kişidən qorxmağına gətirib çıxardır ki, heç bir tolerant olan insan buna razı ola bilməz. Ən azından ona görə ki, yetişkin yaşda olan qızlar namusun fərqindədirlər. Təbii ki, bir qismini çıxırıq ki, hər bir cəmiyyət üçün normal olan amildir.
Yuxarıda qeyd etdiyim amildə, qadının özünə hakim ola bilməməsi kimi bir amil çıxır ortaya ki, bu da qadını ailəsindən kənarda hansısa iş görməsini və hətta ailəsindən uzaqda qalmasını belə, imkansızlaşdırır. Buna görə də, qadınların işləyə bilmədiyi və ailənin maddi durumunun aşağı olduğu bir cəmiyyətə sürüklənirik. Burada problem tək qadınların işləyə bilməməsi ilə bağlı deyil. Kişilərin işlədiyi iş yerlərində mini ətəkli qadın görməsi də kişinin yoldaşına xəyanətinə yol açır. Bu o demək deyil ki, kişi gördüyü o mini ətəkli qadınla yoldaşını aldadır. Alternativ qadınlarla ailəsinə xəyanət edir.
Hətta bu namus anlayışının o qədər mənfi təsiri var ki, şərq toplumların əksəriyyətində zorlanmış bir bakirə qızı ya öldürərək təmizləyirlər, ya da intihar halına gətirəcək qədər ictimai qınaq tətbiq edirlər. Buna görə də namusuna bilərəkdən və ya bilməyərəkdən qurban gedən qadınların sayı ildə 10 minləri ötməkdədir. Tibbə də məlumdur ki, bakirəliyin pozulması zamanı çox az qanama ola bilər və ya heç olmaya bilər. Bunu fərqinə varmadan toplumumuzda müəyyən səbəbdən bakirəliyi pozulmuş (bu cinsi əlaqə zamanı pozulmuş qızlıq pərdəsinə aid deyil) qızlarını namussuz kimi qələmə verib, əhatəsində alçaltması prosesləri baş verir ki, bu da bir gənc qızın cəmiyyətdən uzaqlaşmasına səbəb olur.
Deyəsən, namusun anlamını tam anlatmış oldum. İndi gələk yazının əsas məqsədinə. Yazdığım və sadaladığım bütün vasitələri toplum olaraq qeyd etdim. İndi isə evlənmiş və ailə içi məsələlərə görə ayrılan xanımlara göstərilən "namussuzluq" təpkisindən danışım.
Azərbaycanda evlənib boşanan kişi təkrar bakirə qız axtarışında olur. Qaldı ki, subay bir oğlan evlənib boşanmış qızlar ilə evlənsin. Bunu əsas götürərək irəliləyən cəmiyyətimizdə külli miqdarda evlənib boşanmış və ya dul qalmış qadınların tənhalığına rast gəlirik.
Bağışlayın, mən buna namuslu kişi adı verə bilmərəm. Hər bir mini ətək geyinmiş xanım namussuz deyil, necə ki, bürünmüş bir qızın namuslu olmağına zəmanət verilmir. Hətta büstqastersiz köynək geyinən qız da namussuz deyil. Namus geyim və bakirəliklə bağlı olan bir şey deyil. Namus qadının yoldaşına sədaqətidir. Cinsiyyət orqanını namus olaraq bəlirtən bir toplum isə psixi xəstədir. Mənim köhnədən bir cümləm var idi. O cümlə ilə yazımı yekunlaşdırmaq istəyirəm.
Mən əxlaqsızam! Çünki namusun hansısa tikiş fabrikində istehsal olunmasını qəbul etmirəm.
Elməddin RAHİBOĞLU
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Beyonsdan kababçı Nüsrətə şok təklif
70 min dollar zibilliyə atıldı
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Messi ildə azı 18 milyon avro qazanacaq
Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Boyun ağrılarının həlli
Ziyafət üçün geyim kombinləri
Ruhlardan qorunmaq duası
Azad Rəhimov vətəndaşları qəbul edib
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
Kılıçdaroğlu Ərdoğanla razılaşdı - Türkiyədə tarixi hadisə
"Spam"lardan necə yaxa qurtaraq?
Uşaqlar üçün tapmacalar
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Bakının məşhur supermarketlərində yalançı lotereya
Sürətli oxu - 7
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
Marsa da qar yağırmış
Yarımçıq işlərlə necə başa çıxmalı?
"Türkiyə Azərbaycanın yanındadır"
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
İnstaqramdan möhtəşəm yenilik
Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
HAVA necə olacaq? 21 İyun
Maraqlı sabun formaları
Mükəmməlliyə gedən asan yol
45 yaşlı aktrisa ilk dəfə ana olacaq-FOTO
Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ilə görüşdə Xocalı soyqırımından danışıb
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Dekorasiya üçün gül qurutma üsulları
Düşbərə (foto-resept)
Hava müjdəsi
Sağlam üsulla qaralma
Qadın və beyin
Xərçəngdən qorunmağın təbii yolları
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Aktrisadan 30 il sonra eyni poz - FOTO
Azərbaycanın istedadlı balaları
Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər
Humayın yuxusu
Böyük faciə necə baş verdi?
İspan dili 23-cü dərs
Südlü şərbətli şirniyyat (foto resept)
Ancelina Coli müflis olur -FOTO
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
- ŞƏRHLƏR