Qızdadır günah
Canım vətənimin hər guşəsində eşidə biləcəyiniz bir deyimdir. Bir atalar sözü, hətta məsəl olduğu düşünülsə də, sadəcə cəhalətin və patriarxiyanın sərhədsiz olduğunu bizə isbat etmək üçün yad planetliler tərəfindən dünyamıza gətirildiyini düşünürəm. Yox, buna səbəb məntiqsiz olması deyil. Yəni, əgər bir qadın cinayət işləmişsə, hakimin toxmağı vurub "qadındadır günah" deməsi və mənim " bunları əzbərdən bilir?!" nidama səbəb olan maddələri sayması məntiqlidir. Amma... Sizə bir-iki əmmanı örnəklərlə göstərim:
Örnək 1: məkan Azərbaycan, qardaşı evdə tək olan bacısına təcavüz edib və bir insanın bu mövzudakı Şərhi: Qız bilir ki, qardaşı oğraşdı. Niyə hamı toya gedibsə, o da getməyib? Qızında günahı var. (!)
Örnək 2: 17 yaşlı qız ayrılmaq istədiyi sevgilisi tərəfindən vəhşicəsinə öldürülüb.
Şərhi: 17 yaşlı qızın dırnaqları niyə elə boyalıdır? (!?)
Yuxarıdakı örnəklərin 22 illik həyatım boyunca eşitdiyimi demək istərdim, lakin bunlar sadəcə son 1 ildə sosial şəbəkələrdə gördüklərimdir. Sosial şəbəkə? Ah, o hər kəsin qanadları yonulmuş mələk, Kəlməyi-Şəhadəti bilməyən imam, Darvinin ilk adını bilməyən ateist-təkamülçü, oğurladığı tək şey qonşunun alması olan "vorzakon", ruhu əxlaqdan yoxsun ikən, özü əxlaq dedaktoru olan insanların bol-bol olduğu bir yer. Mövzumuza qayıtsaq, millətimizin "qızdadır günah" deməyi necə sevdiyini və hər söhbətə öz əxlaqlı, tərbiyəli şəxsiyyətini isbat etmək üçün necə zorla sıxışdırdığını anladıq. Ən acınacaqlısı nədir? Yuxarıdakı şərhlər qadınların idi. "Sapı özümüzdən olan baltalar...".
Bu "yaxşı qız" sendromu ilə, "mən müqəddəs bakirə axtarıram, özüm vecsiz və bir işə yaramayan fersiz olsam da" psixologiyasının dərinlərinə enmək istərdim, lakin yenə "mentalitet" adı altında, əslində milli mentalitetimizə zidd olan çürük bir şeylər çıxacaq ortaya. Niyə zidd? Nağıllarımız, dastanlarımız, nəğmələrimiz... Bizə sevginin, sevilməyin iki tərəfli olduğunu anlatmırmı? "Namus"un sadəcə qadın cinsinin “yükü” olmadığını, kişilərin də qorumalı olduğu bir şey olduğunu demirmi? Aha, qorumaq deyəndə qadınları boş buraxsaq pis yola düşəcək bir əxlaqsız kimi görmək əvəzinə, hər gördüyü qadına əxlaqsız kimi baxmamağı nəzərdə tuturam. Bu bir az çətin oldu, hə?
"Qızdadır günah"- bu ifadəni hər eşitdiyimdə, deyən insana nifrət yaranır məndə. Bir qadın olduğumdanmı, yoxsa oğlanları iffət-namus-ağıl abidəsi hesab edib, əslində oğlanların günahı olan hər xətanı qadınların qanı ilə təmizləməyə çalışan bir cəmiyyətdə yaşadığımdanmı, bilmirəm. Bir cəmiyyətdəki təcavüz belə "qızdadı günah" deyə açıqlanır... Təcavüzdə günah qadında necə ola bilər? İçkisinə afrodizyak qatdığı kişinin qabağında striptizmi oynadı? Digər bir ironiya isə, bir kişi qadını öldürsə, bəhanə hazır-namus üstündə. O dəqiqə böyük ehtimalla heç bir günahı olamayan qadına lənətlər yağırıb, əslində cinayatkər alçaqdan başqa bir şey olmayan kişiyə medal taxan minlərlə "əxlaq keşikçiləri" tapılacaq. Ay "namus" anlayışının başına döndüyüm millətim, o xəyanəti kişi edəndə, "kişidi, edər" deyəndə bu səbəbdən, ya da bəhanədən öldürülən qadınlara etdiyiniz lənətlər boğazınızda düyümlənmir? Vicdanınızı sızlatmır? Hər şey cəhənnəm, bari utanırsınızmı? Aha, " kişiylə qadın eyni deyil ki" deyə düşündüyünüzü süper güclərimlə hiss edirəm, ya da bu ürək bulandıran fikiri az qala hər kəsdən eşitdiyimdən təxmin etdim.
Bir sual: o fərq nədi? Mənə "adına söz gələr" kimi çeynənmiş, mənasız açıqlamalar etməyin. Çünki elə adına söz çıxaran sən və sənin kimi başqasının həyatına burnunu soxmağı sevənlərdi. Bəli, sən! O, siz, biz! Bəlkə də elə mən!
İndi mənə başqalarının sözlərini tutuquşu kimi təkrar etmədən kişi ilə qadının fərqini açıqla. Fiziki demirəm, mənəvi. Necə olur ki, "namus" ancaq qadında olur və ancaq qadınınkı kirlənir? Ən əxlaqsız oğlanla həqiqətən təmiz və saf olan qız eyni seviyyədə tutulur? Necə olur ki, qadının ətəyinin ölçüsünü arxasını güdüb, əlində xətkeş ölçən millətim, bir qadın günahsız yerə döyüləndə susur? Necə olur ki, 15 yaşında sevgilisi olan qıza "quş" deyən vətəndaş, 15 yaşlı qızın toyuna əlində xonça gedir? Necə olur ki, oğlanın 2, hətda 3 "fırlatdığı" olanda fərəhdən göylərə uçan, qürurlanan millətim, qızın tək sevdiyi olanda ağzını açıb, vicdanını bağlayır? ( Bu sonuncu məntiqsizlikdən bələ kənara çıxıb. Nə? Qızların sevgilisi olmasın, oğlanların olsun. O zaman məntiqən...oğlanlar bir-biri ilə...tövbə Estağfrullah)
Bunun haqqında daha çox yaza bilərəm, lakin deyildiyi kimi: hər kəs sadəcə görmək istədiyini görər. Kimi 1 cümlə yazsan anlar, kimi saatlarla açıqlasan "qız uşağı elə şeylər bilməz. evdə qalasan, alan olmayacaq səni" deyib keçər. Hə, bir də 21-ci əsrdə hələ də, qadınların mal kimi "alınması" acı reallığı da var. Son da “qızda deyil günah” deyirəm. Cəmiyyətimizdəki əxlaqsızlığın səbəbi nə qızların internətə girməsi, nə evdən çıxması, nə oxuması, nə də geyimləri. Sevgililəri olması heç deyil- səbəb sənsən. Sən, mən, o və milyonlarla olan millətim. Bir-birimizi etiketləməyi, qeybət etməyi, öz qüsurlarımızı görmədən, başqalarınınkını əldə bayraq etməyi elə sevirik ki... Əxlaq, namus bədənimizin erogen bölgələrində deyil, beynimizdə, ruhumuzdadır. Kimin nə yaşadığını, nə baş verdiyini bilmədən, sadəcə kimdənsə eşitdiklərimizə kiməsə "namussuz" damğası vururuq, əxlaqı ətək boyu, internetə girmə və s.ilə ölçəcək qədər ucuzlaşdırırıq. Qızlarımı evə kilidləyərək, ya da hər şeyi qadağan edərək ilk əldə etdiyi fürsətdə "azad"lığını yanlış dəyərləndirən qızlar, çürük düşüncələr sayəsində beynini korlayıb, hər gördüyü qıza yeyəcəkmiş kimi baxan oğlanlar yetişdirik. Günah səndədir, günah məndədir- günah bizdədir....

XƏBƏR LENTİ
Məhkəmə məşhur aktyorlarla bağlı QƏRAR VERDİ
Evlənənlərin də sayı artdı, boşananların da
Bakıdan İrandakı azərbaycanlılara dəstək
“Qanlı Yanvar”ın övladları
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Yuxular və yuxuyozmalar (10)
Prezident İlham Əliyevdən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik paylaşımı (FOTO)
Dünyanın sonudur - yeni tarix açıqlandı
Oskar mükafatları sahiblərini tapdı
Füzulidə son vəziyyət
Fərqli gəlinlik modelləri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Bədənizdə kimin ruhu yaşayır?
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
72. BAFTA Mükafatları: Qırmızı Xalça
HAVA necə olacaq?-28 İyul
Badımcan pizzası (foto resept)
Xoşbəxtlik hissi yaradan qidalar
Hava haqqında - 25.02.2014
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
Keçmişin gözəllik standardları
Dəhşətli xəstəliyə tutula bilərsiniz
Azərbaycanda amnistiya aktının icrasına başlanılır
Tərəvəzli taco (foto resept)
DİN-dən Yeni ilə görə vətəndaşlara XƏBƏRDARLIQ
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Leyla Əliyeva atasının oxuduğu institutda
Bəzi tarixi yerlərə səyahət
"Lirikada fizika və dünyəvilik" (1)
Xəbərdarlıq: Nə içirsiniz?
Neft yenidən ucuzlaşdı
Çil-çıraqlar-2
Doğum gününə görə xarekter (mart)
Belə ömrü kişilər yaşayır...
İdeal bədənə sahib olmağın 6 qaydası
BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib
Lady Qaqa
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir
Dövlət başçısı üç ay vaxt verdi
Gün ərzində qaşlarınızı çatsanız...
HAVA necə olacaq?-24 İyul
Təyyarədə rastlaşa biləcəyiniz qəribə hallar
Ceyms Bondun yeni filmi sonuncu ola bilər
Subay pilotlara iş olmayacaq
Dünyada maraqlı və gülməli boşanma hadisələri
Günün qoroskopu: əlverişli zamandır
İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
Millimiz dünya çempionatından 2 medalla qayıdır
Pendir və göyərti ilə toyuq ətli kotlet (foto resept)
Çolpalı-şorbalı xəngəl (foto resept)

- ŞƏRHLƏR