Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Könül Hüseynova ilə müsahibə

  • - Salam, Könül Hüseynova.

    Əleykə Salam, Aqat.

    - Necəsiniz? Səhv etmirəmsə, saytımızda adınız əvvəl başqa idi. 

    Bəli, ərəb hərfləri ilə Könül-ürək yazılmışdı, amma əsl adım Könül Hüseynovadır.

    - Bildiyim qədərilə saytımızda uzun müddətdir ki, varsınız. Bu illər ərzində saytımızın inkişafı sizi nə dərəcədə qane edib və ümumiyyətlə, dəyişim olubmu sizin nəzərinizdə?

    2011-dən bu saytdayam. Bəli dəyişiklik çoxdur. Əlbəttə ki, inkişaf edib. İnkişaf etmişik, həm də çox. Əvvəllər çox az idi xəbərlər bölmələrimizdə, amma zaman keçdikcə bölmələrimizdə artıb, xəbərlərimizdə. Qane edir hələ ki.   

    - Saytımızdakı hansı bölmə sizə daha doğmadır və ya daha maraqlıdır? 

    Bölmələrdə ayrı seçkilik etmək istəmirəm, qadınlara aid bütün bölmələr, analıqdan tutmuş şəxsi inkişafa kimi hər biri. Ən əsas şəxsi inkişaf, mətbəx. 

    - İndi də bir az fərqli mövzulara keçək. Könül xanım üçün ən gözəl hədiyyə nə ola bilər?

    Ooo ən gözəl hədiyyə? Azərbaycana köçsəm, bu mənim üçün ən gözəl hədiyyə olar.

    - İnşəallah zamanında o da olar. Bu dünyada olmasa da olar, dediyiniz üç şeyin adını deyə bilərsinizmi?

    İnşəAllah olar. Üç şeyin adı: var-dövlət, ad-san bu dünyada olmasada olar.

    - Var-dövlət, ad-san. Bəs üçüncü?

    Üçüncünü tapanda yazaram. biggrin

    - Digər müsahiblərimə verdiyim bir sualı sizə də vermək istəyirəm. Kitablarla aranız necədir?

    Kitablarla aram yaxşıdır, amma kitablarla. Elektron kitablar yox, məhz kitablarla. Yəni kitab oxumağı sevirəm. Sadəcə kitabı əlimə alıb oxuduqda o ürəyimə yatır, internetdən oxuyanda elə bilirəm ki, nəsə çatışmır.                                                                                  

    Könül Hüseynova ilə müsahibə

    - Hansı tip əsərləri daha çox oxuyursunuz?

    Fərq etməz, baxır kitaba.

    - Heç özünüzə şübhə ilə yanaşmısınızmı?

    Olub, bəli.

    - Bəs hansınız qalib gəlib: şübhə yoxsa siz?

    Mən. Həm də necə. Yazardım, sadəcə uzun olar deyə yazmıram.

    - Sizcə, bu günə qədər həyatınızın axınına nə dərəcədə təsir edə bilibsiniz?

    Əslində həyat özü axıb gedir, bizlər sadəcə ona yol açırıq. 

    - Dost olaraq arzu etdiyiniz xarakterdə birisiniz?

    Xeyr. Mən bəzən özümə qapılıram, bəzən isə çox açıq oluram. Belə rəfiqəmin olmasını istəməzdim.

    - Bu günəcən sevmədiyiniz bir şeyi etmək məcburiyyətində qalıbsınızmı?

    Bəli, olub. Bəzən də insan istəmədiyi şeyləri özü məcbur olub edir, onu məcbur edən olmur.

    - Həyat qısadır. O zaman niyə o qədər sevmədiyimiz şeylər edir və etmədiyimiz o qədər şeyi sevirik?

    Ona görə sevirik ki, etməmişik. Etsəydik, onun da dadı qaçardı. 

    - Niyə elə düşünürsünüz? İnsan əldə etdiklərinə qarşı maraqsızmı olur, sizcə? Yəni nə qədər ki, mənim deyil maraqlıdı, mənimdisə artıq maraqdan düşürmü?

    Xeyr insan əldə  etdiyinə  şükür  etməlidir, sadəcə nə qədər ki, etməmişik, bizə çox maraqlı qalıb  axı o etmədiyimiz şey. wink                                           

    Könül Hüseynova ilə müsahibə

     

    - Uşaq vaxtı sizi ən çox xoşbəxt edən şeylər nə idi?

    Uşaqlığın özü xoşbəxtlikdir. Böyüdükcə uşaqlıqda olan cox  şeyi  itirirsən, xoşbəxtlikdən istər-istəməz uzaqlaşırsan. Uşaq vaxtı çox şeylər adamı xoşbəxt edirdi.

    - Biriylə bir kəlimə belə danışmadan həyatınızdakı ən gözəl söhbəti etdiyinizi hiss etdiyiniz an olubmu?

    Mənim fikrimcə, bu baxışlarla olan söhbət olar yəqin ki. Yəni dildən öncə baxışlar danışıb. Məndə olmuyufff.  nea

    - Belə bir sual: kompüterinizə axırıncı dəfə nə yükləyibsiniz? crazy

    Kompüterimə axırıncı dəfə proqram yükləmişəm, çünki xarab olub yazıq kampım. Üstünə çay dağılıb, heç klaviaturası da işləmir düz əməlli.  unknown

    - Allah ona kömək olsun deyək da onda. pardon Texnologiyasız ən çox neçə gün rahat dayana bilərsiz?

    Amin.Köməklikdən kecib artıq. mocking Çox qala bilirəm unknown , uzağı 1 həftə  smile

    - Sizə görə bir insanın əsla etməməli olduğu şey nədir?

    Xəyanət. Bunu heç kim etməməlidir.

    - Neçə yaşında olduğunuzu bilməsəniz, özünüzə neçə yaş verərdiniz?

    18-20 yaş verərdim. 

    - Öz yaşınızdan azdırmı 20? 

    Elə də az deyil. 

    - Demək, ruhunuz hələ gəncdir. girl_ten

    Bəli, gəncdir ruhum. girl_smi

    - Aidə xanım özünəxas tərzdə cavab vermişdi bu sualıma. Bəs siz nə düşünürsünüz. Freydin üzərində işləyib, amma cavabını tapa bilmədiyi suala siz necə cavab verərsiniz? Qadınlar nə istəyir? cool

    Bu sualı həmişə qadınlara verirlər. Niyə görəsən? Qadınlar sadəcə "Qadın" olduğunu ətrafındakılara başa salmaq istəyir.                      

    Könül Hüseynova ilə müsahibə

    - Bəs o "Qadın" olmaq necə olur sizin gözünüzdə?

    Qadın həyatda təmiz sevgiyə layiqdir. Amma kişilər belə düşünmür, 99%-i. Qadın həyatın davamçısıdır, qadın incəlik sevir. Həyatda olan gözəl nə varsa, qadın ona layiqdir.

    - Könül xanım, deyin görək, heç bir şübhə hiss etmədən yaxşı və pisin hansı olduğunu təyin etmək mümkündürmü?

    Bəlkə də, olar. Amma şübhə olacaq. Həyatımızın, fikirlərimizin çox hissəsi şübhələrlə doludur.

    - Bunun, sizcə, səbəbi nədədir? Şübhəsiz həyat bəyəm gözəl deyilmi? Şübhələrdən qurtulmaq üçün nələr etmək olar?

    Bəlkə də, özümüzdədir, bəlkə də, ətrafımızdadır, bəlkə də, cəmiyyətdədir. Beynimizi format etmək lazımdır şübhələrdən qurtulmaq üçün.  wink

    - Könül xanım, bəs sizə saytımızın idarəsi həvalə edilsəydi və hər şey sizin əlinizdə olsaydı, nə kimi dəyişikliklər edərdiniz? 

    Hamiya verilən sual. 

    - Bəli, bəli. Hamının fikri maraqlıdır mənim üçün. crazy

    Birincisi, saytımız yiyəsinə qismət. smile  İkincisi, saytda bir  istifadəçinin 2-3 hesab açmasına qadağa qoyardım. Radiomuzu işə salardım. Bir də video bölməsi açardım, istifadəçilər maraqlı videolarını orada yerləşdirərdilər. Yəni internetdən götürülmüşləri yox, öz çəkdikləri maraqlı videoları orda yerləşdirmək üçün.

    - İstifadəçilərimizə demək istədiyiniz nəsə varmı? Əlinizə bax fürsət düşüb, hamıya müraciətlə nəsə demək istəyirsinizmi? smile emoticon

    İstifadəçilərimizə demək istədiyim odur ki, saytımızda hər cür məlumat var. Tənbəllik etməyin, oxuyun yararlanın, aktiv olun.

    - Sizi çox yormadım ki? girl_smi

    Xeyr, yormadınız.

    - Vaxtınızın belə az olduğu bir müddətdə vaxt ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm. give_ros

    Mən təşəkkür edirəm.

Səslərin sayı: 7
20
2339
loading...
Şərhlər
Offline
.................
Sizi tanimaq xow idi.Tewekkurler give_ros
13 sentyabr 2016 13:34
Offline
......
Cox maraqla oxudum.Sizi tanidigima wad oldum Konul xanim give_ros
14 oktyabr 2015 21:10
Offline
Ellada Babayeva
Könül Hüseynova,
give_ros
13 oktyabr 2015 15:31
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Axırki oxudum amma inanın heç birinizin müsahibəsindən doymuram istəyirəm lap çox olsun
12 oktyabr 2015 19:50
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
أحبك
Cox gozel maraqli alinib sizi tanimaq cox xos oldu Allah cemi qurbetde olanlari vetenlerine donmeyi nesib etsin bizimle bahem aminnnn

Cox sag ol Aysun xanim. Beli ALLAH qurbetde yasayanlarimizi sag salamat vetne qayitmalarina yardimci olsun.

Maraqli idi.qiyabi tanishliq .mende kitab oxumagi sevirem. Axir vaxtlar elektron kitablar oxuyuram. JOJO MOYESIN romanlarini cox maraqlidi

Qiyabi tanisliqdan basqa bu saytda eyani tanisliqda olur cox vaxtlar,bizim real goruslerimizde olur xanim. Tesekkurler
12 oktyabr 2015 01:43
imza: فراق
Offline
ilhame ibrahimova
Maraqli idi.qiyabi tanishliq .mende kitab oxumagi sevirem. Axir vaxtlar elektron kitablar oxuyuram. JOJO MOYESIN romanlarini cox maraqlidi
12 oktyabr 2015 00:06
Offline
איסון ממדוב.
Cox gozel maraqli alinib sizi tanimaq cox xos oldu Allah cemi qurbetde olanlari vetenlerine donmeyi nesib etsin bizimle bahem aminnnn
11 oktyabr 2015 22:19
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Bir muddet olmayacam
Pardon. Fikir vermedim.
11 oktyabr 2015 00:25
Offline
أحبك
Maraqla oxudum. Azda olsa sizi tanıdım. Fərqli cavab vermisiz. Mən sizi saytda Ro-Xe-Sa kimi tanımışam.

Ellada xanim diqqetinizden qacmayib. Menim istifadeci adim ele indide Ro-Xe-Sa dir smile

cox maraqli musahibedir)

Tesekkur.

Canım, müsahibəni maraqla oxudum. Allah səni tezliklə arzuna çatdırsın, köçüb gələsən yaxınıma

Boooyyy, sayta kim gelib ? Afet xanim xos gelmisiniz. Hemise siz gelesiz. Cooooooox sagol canim, ALLAH agzindan esitsin, teki burdan kocum gelim ora, ozude sene qonsu girl_ten

Sənə saytın əməkdar redaktoru adı vermək olar, maşAllah gör neçə ildi burdasan.

He duz deyirsen , coxdan burdayam 2011 in iyulundan. Qojaldix getdik uje mocking

Yaxşı fikirdi. Çox bəyəndim. Sizi tanıdığıma şad oldum Könül xanım.

Sag ol Serafet xanim mene destek veren cox olsa fikrimiz heyata kecer

Redaktorumuzu tanımaq xoş oldu. Maraqlı alınıb. Yeni -yeni uğurlarla hər zaman burda görmək diləyilə..

Senede ugurlar Sema xanim give_ros
Maraqli musahibe, maraqli sual cavablardi. Amma kisiler haqqindaki cavab butun kisilere aid etmek olmaz. Tewekur.

Elcin bey diqqetle oxusaydiniz gorerdiniz ki 1 %- i bu cavaba daxil deyil.
10 oktyabr 2015 23:02
imza: فراق
Offline
Bir muddet olmayacam
Maraqli musahibe, maraqli sual cavablardi. Amma kisiler haqqindaki cavab butun kisilere aid etmek olmaz. Tewekur.
10 oktyabr 2015 19:17
Offline
●♥ Səma ♥●
Redaktorumuzu tanımaq xoş oldu. Maraqlı alınıb. Yeni -yeni uğurlarla hər zaman burda görmək diləyilə.. smile
10 oktyabr 2015 18:45
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Şəri Babayeva
Bir də video bölməsi açardım, istifadəçilər maraqlı videolarını orada yerləşdirərdilər. Yəni internetdən götürülmüşləri yox, öz çəkdikləri maraqlı videoları orda yerləşdirmək üçün.

Yaxşı fikirdi. Çox bəyəndim. Sizi tanıdığıma şad oldum Könül xanım. girl_ang
10 oktyabr 2015 18:11
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Afət
Canım, müsahibəni maraqla oxudum. Allah səni tezliklə arzuna çatdırsın, köçüb gələsən yaxınıma smile Sənə saytın əməkdar redaktoru adı vermək olar, maşAllah gör neçə ildi burdasan. give_ros
10 oktyabr 2015 17:51
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
.
cox maraqli musahibedir))))))))))))))))))))))) winked
10 oktyabr 2015 15:39
Offline
Ellada Babayeva
Maraqla oxudum. Azda olsa sizi tanıdım. Fərqli cavab vermisiz. Mən sizi saytda Ro-Xe-Sa kimi tanımışam. give_ros
10 oktyabr 2015 15:09
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
أحبك
Canım Könülüm, müsahibəni sevə-sevə oxudum. Səni bir az )tanıdığım üçün cavablarını bilirdim elə bil). Maraqlı alınıb. Təşəkkürlər.

Meni bir az taniyirdin indi dahada yaxindan tani Ayselim kiss

Əziz redaktorumuz Könülcümüz
Müsahibə ilə səni yenidən kəşf etmiş kimi oldum. Hər ikinizə təşəkkür edirəm. Bizim ekib bir numara

Cox sag olun Ceylan xanim.Tesekkur edirem. blush

Müsahibə maraqlı alınıb hər ikinizə təşəkkür. Deyirəm mən də, qadın net tarixinə keçdim cavabımla

Aida senin cavabin tarixe yazildi/ Qadin.net tarixine

Çox maraqla oxudum maraqli cavablariniz var.

Tesekkur give_ros
10 oktyabr 2015 14:19
imza: فراق
Offline
Aida M-ova
Müsahibə maraqlı alınıb hər ikinizə təşəkkür. Deyirəm mən də, qadın net tarixinə keçdim cavabımla crazy
10 oktyabr 2015 13:46
Offline
Ceylan Mumoğlu
Əziz redaktorumuz Könülcümüz girl_ten
Müsahibə ilə səni yenidən kəşf etmiş kimi oldum. Hər ikinizə təşəkkür edirəm. Bizim ekib bir numara good
10 oktyabr 2015 13:40
Offline
Suzanna
Çox maraqla oxudum maraqli cavablariniz var.
10 oktyabr 2015 13:37
Offline
Aysel İ.
Canım Könülüm, müsahibəni sevə-sevə oxudum. Səni bir az )tanıdığım üçün cavablarını bilirdim elə bil). Maraqlı alınıb. Təşəkkürlər.
10 oktyabr 2015 11:12
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!