Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, Qurban bayramı namazı qılmaq istəyən möminlər üçün hər cür şərait yaradılacaq və namaz digər məscidlərdə də eyni vaxtda qılınacaq.
Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki müqəddəs bayramdan biridir. Yəni İslama görə, ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun da biri Qurban bayramıdır.Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvan ətinin üç də bir hissəsi ev yiyəsində qalmaq şərti ilə, qalanı yoxsullara paylanılır.
Lakin Qurban bayramının vaciblik dərəcəsi heç də bununla bitmir. Yəni bu bayramın mahiyyəti, sadəcə, Allah yolunda heyvan kəsmək deyil. Qurban Bayramı Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Hacı Fuad Nurulla da Qurban Bayramı münasibəti ilə insanları təbrik etdi. Bu bayramın bütün müsəlmanlar üçün müqəddəs olduğunu vurğulayan dinşünas, Həcc ziyarətində olanlar üçün qurbanın kəsilməsinin vacib sayır. O, adi insanlar üçün qurban kəsməyi vacib saymasa da, amma imkan varsa, kəsməklərinin labüd olduğunu dedi: "Bayram günü yaxşı olar ki, 8 aylıq, bir yaşlı quzu kəsilsin. Əgər qoç kəsilirsə, onu yalnız bir nəfər kəsə bilər, amma dana və dəvəni şərikli də kəsmək olar. Kəsilmiş ət kasıblara paylanılmalıdır, qohum-əqrabaya yox ( əgər onların imkanı varsa). Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır. Qurban kəsilərkən, duanı bilmirsizsə, "Bismillah Allahu-əkbər" demək kifayətdir."
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Günün qoroskopu: nəticələr çıxarmaq vaxtıdır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Fransız rejissor islamı qəbul etdi
Alimlər koronavirusu öldürən qoruyucu maska hazırladılar
Kim dünyanı qorxuya saldı
Bakı metrosunda sərnişinlərə fosforlu qolbaq paylanacaq-SƏBƏB
Merve Boluğurun bu addım təəccübləndirir-FOTO
Nazirlikdən əlillərə daha bir qayğı
Ailə ixtilafları - II hissə
Qeyri-adi faktlar
Təzyiqi aşağı salan idmanlar
Dəri gözəlliyi üçün 6 qida
İlin ən cəlbedici kişisi seçildi-FOTO
Ərdoğan əhalini Fransa məhsullarını almamağa çağırdı
"Viber" istifadəçilərinə şad xəbər!
Türkmən xoru Ginnes rekordu vurdu
HAVA necə olacaq?- 27 MART
Allergiya nədir?
Yeriməyə kömək edən şalvar istehsal edildi-FOTO
"İyul" salatı (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
HAVA necə olacaq?
İdmanla stresdən uzaq olun
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu
Bu gündən Bakıda satış yarmarkaları fəaliyyətə başlayır
Tanınmış musiqiçi 30 il özünə ilan zəhəri vurub
Sofi Lorendən tonik və maska
Yenə yağış yağdı: Bakını tıxac bürüdü
Yaşını eşidənlər qulaqlarına inanmırlar - FOTO
Özü hərəkət edən kresloları sınanacaq-VİDEO
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Günəş enerjisi ilə ilk qitələrarası səyahət
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
Bu stansiyaya giriş-çıxış vaxtı uzadıldı
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
64 -cü Kann film festivalı
Ronaldonun sevgilisi 1 milyonluq aksessuarları ilə DİQQƏT ÇƏKDİ-FOTO
Günün qoroskopu: laqeyd olmayın
Bakıda möhtəşəm yürüş olacaq
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA - FOTO
Uşaq ayaqqabıları
NASA-dan xəbərdarlıq: son üç əsrdə beləsi görünməyib!
Aslı Özcanla bağlı iddialara cavab verdi
Zəfər Gününün tarixinin dəyişdirilməsi “Haber Global”ın efirində: “Tarixi jest, Atatürk həssasiyyəti” - VİDEO
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək daha çətindir-FOTO
Vertigonun çarəsi manevr hərəkətləridir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Üçtərəfli displeyə malik smartfonun istehsalına başlandı
Ən qəribə rekordlar
- ŞƏRHLƏR