Azərbaycan Milli Məclisi ermənilərə verilmiş tarixi Azərbaycan torpaqları ilə bağlı xüsusi qanun qəbul etməlidir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bayramov bildirib.Tarixçinin sözlərinə görə, 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurasının qəbul etdiyi və İrəvanın və ətraf torpaqların ermənilərə verilməsini nəzərdə tutan qərar ləğv edilməlidir. Çünki həmin dövrdə Milli Şura qərarın verilməsi üçün xalqdan razılıq almayıb, referendum keçirməyib: "Ona görə də qərar qeyri-qanunidir, onun legitimliyi yoxdur. İkincisi, Azərbaycan Milli Məclisi Zəngəzurun ermənilərə verilməsi qərarı ilə bağlı məsələsini qaldırıb bunu ləğv etməlidir. Çünki bu, Azərbaycan torpağıdır və qərar qeyri-qanunidir".Rusiyanın 1992-ci ildə müstəqilliyini elan etdiyini deyən C.Bayramov bildirib ki, Rusiya özünün qəbul etdiyi Konstitusiya qanununda sovet hakimiyyəti illərində Rusiyadan başqa dövlətlərə və respublikalara verilən ərazilərin qeyri-qanuni hesab olunması ilə bağlı bənd qeyd edib: "Azərbaycan torpaqları, xüsusilə Zəngəzuru, Göycə ətrafında olan bütün torpaqları ermənilərə sovet hökumətinin təzyiqi ilə veriblər. Azərbaycan xalqının da tam hüququ var ki, sovet dövründə xalqımıza qarşı törədilən cinayətləri, xüsusilə torpaqlarının ermənilərə verilməsi barədə qərarı qeyri-qanuni hesab etsin".C.Bayramovun sözlərinə görə, Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasına və 1991-ci il 18 oktyabrda qəbul edilən Konstitusiya qanununa istinad edərək, eyni zamanda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması hüququndan istifadə edərək torpaqların verilməsi məsələlərinə öz münasibətini bildirməli və həmin qərarları ləğv etməlidir.Beynəlxalq hüquqa istinad edən Azərbaycanın buna haqqının çatdığını vurğulayan tarixçi qeyd edib ki, Milli Məclisin deputatları bu məsələ ilə bağlı təşəbbüs göstərməli, bütün Azərbaycan xalqının bununla bağlı müraciəti qəbul olunmalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Günün qoroskopu: nəticələr çıxarmaq vaxtıdır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Fransız rejissor islamı qəbul etdi
Alimlər koronavirusu öldürən qoruyucu maska hazırladılar
Kim dünyanı qorxuya saldı
Bakı metrosunda sərnişinlərə fosforlu qolbaq paylanacaq-SƏBƏB
Merve Boluğurun bu addım təəccübləndirir-FOTO
Nazirlikdən əlillərə daha bir qayğı
Ailə ixtilafları - II hissə
Qeyri-adi faktlar
Təzyiqi aşağı salan idmanlar
Dəri gözəlliyi üçün 6 qida
İlin ən cəlbedici kişisi seçildi-FOTO
Ərdoğan əhalini Fransa məhsullarını almamağa çağırdı
"Viber" istifadəçilərinə şad xəbər!
Türkmən xoru Ginnes rekordu vurdu
HAVA necə olacaq?- 27 MART
Allergiya nədir?
Yeriməyə kömək edən şalvar istehsal edildi-FOTO
"İyul" salatı (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
HAVA necə olacaq?
İdmanla stresdən uzaq olun
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu
Bu gündən Bakıda satış yarmarkaları fəaliyyətə başlayır
Tanınmış musiqiçi 30 il özünə ilan zəhəri vurub
Sofi Lorendən tonik və maska
Yenə yağış yağdı: Bakını tıxac bürüdü
Yaşını eşidənlər qulaqlarına inanmırlar - FOTO
Özü hərəkət edən kresloları sınanacaq-VİDEO
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Günəş enerjisi ilə ilk qitələrarası səyahət
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
Bu stansiyaya giriş-çıxış vaxtı uzadıldı
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
64 -cü Kann film festivalı
Ronaldonun sevgilisi 1 milyonluq aksessuarları ilə DİQQƏT ÇƏKDİ-FOTO
Günün qoroskopu: laqeyd olmayın
Bakıda möhtəşəm yürüş olacaq
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA - FOTO
Uşaq ayaqqabıları
NASA-dan xəbərdarlıq: son üç əsrdə beləsi görünməyib!
Aslı Özcanla bağlı iddialara cavab verdi
Zəfər Gününün tarixinin dəyişdirilməsi “Haber Global”ın efirində: “Tarixi jest, Atatürk həssasiyyəti” - VİDEO
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək daha çətindir-FOTO
Vertigonun çarəsi manevr hərəkətləridir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Üçtərəfli displeyə malik smartfonun istehsalına başlandı
Ən qəribə rekordlar
- ŞƏRHLƏR