Bakcell futbol jurnalistləri üçün multimedia üzrə təlimtəşkil edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə“Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində idman jurnalistləri üçün nəzərdə tutulmuş təlimlərin ikinci mərhələsini başa vurub.
Britaniyalı təlimçi Den Meyson (Dan Mason)tərəfindən aparılan iki günlük mobil multimedia təlimlərində idman sahəsində ixtisaslaşmış, xüsusilə futboldan yazan jurnalistlərə multimediadan effektiv istifadəyə dair bilik və bacarıqlar öyrədilib.
Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır. Bundan başqa, xüsusi təlim proqramı vasitəsilə jurnalistlərin futbol xəbərlərini yerli auditoriyaya daha yaxşı şəkildə çatdırması üçün müasir medianın bütün üstünlükləri barəsində onlara məlumatlar vermək, eləcə də praktik məşğələlərlə yeni biliklər öyrətməkdir.
İki ay davam edən layihədə 4 günlük təlim sessiyası və 6 həftəlik onlayn təlimlər keçirilir. Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər və multimedia üzrə təlimlər isə yeni media üzrə britaniyalı mütəxəssistərəfindən keçirilib.
Təlimin bağlanış mərasimi iyul ayında Milli Mətbuat Günü ərəfəsindəkeçiriləcək və iştriakçılara sertifikatlar paylanacaq. Onlayn tapşırıq və təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılardan biri Mançesterə yollanacaq.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Şon Konneri 6 mərtəbəli villasını rekord məbləğə satır
Sevgini tapmaq üçün 6 addım + 2 Bonus
Mehmet Ali 235 gün sonra evə buraxıldı
Biometrik bazar böyüyür
Aleyna Tilkinin bacısı aktrisalığa başladı-FOTO
Mikrobların düşməni
Bakıda yaşayış binasına ilan daraşıb -FOTO
Ramazanda qidalanma xətaları
Nazir orta məktəblərdəki kompüterlərin internetə qoşulmamasından danışdı.
BÜRCLƏR bizə nə vəd edir?-19 yanvar
Anna və Lusiyə bu dəfə də qanun "YOX" dedi-FOTO
Geyim seçərkən etdiyimiz səhvlər
Uşaqlarda yerini islatma
Ermənilər cəbhə xəttində gərginlik yaratmağa davam edirlər
İran Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
AFFA tərəddüd etdi, Moldovanın yolu açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
23 avqust-Fizuli və Cəbrayıl Rayonlarının işğalı günüdür!
Sentyabrın 30-dək qüvvədə olan qadağalar - Siyahı
Pekində 42 illik rekord yeniləndi
ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb
Evdə hazırlanan konservlər “ölüm” gətirməsin
0-2 yaş arası uşaq psixologiyası
Beyons Cəlaləddin Rumi haqda film çəkəcək
Memarlığın mükəmməliyi
Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanır
Azərbaycanda ipoteka kreditlərinin 20 faizdən çoxu güzəştli əsasda verilib
İyun ayının qalibləri!
Kıvanç Tatlıtuğa ağır itki
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Tərəvəzli qəhvə ilə arıqlama
HAVA necə olacaq?-16 dekabr
Hazal Kayanın toy DƏVƏTNAMƏLƏRİ-FOTO
Mehriban Əliyevadan yeni “Instagram” paylaşımı
BNA sürücü və sərnişinlərə müraciət etdi
Ərdoğandan ermənilərə sillə
Oğlan uşaqlarının saçlarını uzatmayın-SƏBƏB
İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik”
Yayın dəbi
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Dəmir tellərdən hazırlanmış heykəllər
Psixozun gecə "həyatı"
Qida infeksiyasından qoruyan ədviyyat
100 min uşaqdan biri kisədə doğulur-FOTO
Sərhəd Qoşunlarının peşə bayramıdır
- ŞƏRHLƏR