Tolstoyun "Uşaqlıq, Yeniyetməlik və Gənclik" (Детство. Отрочество. Юност) triologiyasının ikincisi "Yeniyetməlik"-dir (Отрочествa). Burada da "Uşaqlıq" əsərində olduğu kimi insan qəlbinin analizindən söhbət gedir. Çox yazıçılar məhz bu mövzuya müraciət etmişlər, amma Tolstoy öz dəst-xətti ilə insan zəkasını qanadlandırır.
Nikolenkanın yeniyetməliyi anasının ölümündən sonra başlayır. Yeniyetməlik psixologiyası olduqca mürəkkəb və həssasdır. Elə özümüzdən bilirik. Bu dövrdə insan çox şeyi yenidən kəşf edir, çox şey haqqında yenidən bir fikrə gəlir. Məhz bu dövrdə biz müəyyən düşüncə tərzini özümüzə əsas seçib onun çərçivəsində formalaşırıq. Sonrada nə qədər dəyişsək də, həmin düşüncələr yaxamızdan əl çəkmir.
Nikolenka isə başa düşür ki, həyat təkcə onun başına fırlanmır. O, mərkəzdə deyil. Ondan başqa çox insan var və o insanların da onun varlığı haqqında heç bir qayğısı yoxdur. Nikolenka digər insanların həyatları haqqında öyrənmək istəyir. O, sosial təbəqə fərqləri haqqında öyrənir. Nikolenka utancaqdır. Nikolenka sevilmək istəyir, amma fərqli vəziyyətlərlə qarşılaşır. Bu onu çox məyus edir. O, üsyan edir. Çünki o, uşaqlıq dövründən xoşbəxtlik, qayğı və sevinclə qarşılaşıb. Bunu həyatın norması bilib. Ağrını, əzabı isə bu normanın pozulması kimi başa düşüb.
Nikolenka öz xarici görünüşü ilə əlaqədar çox komplekslər yaşayır. Ümumiyyətlə isə bu normaldır. Çünki yeniyetməlik dövrünün xarakteristik xüsusiyyətlərindən birisi də məhz budur.
Nikolenkanın ətrafında olan böyükləri: quvernoru və atası ilə münasibətləri pisləşir. Quvernoruna olan münasibətlər və düşüncələr, çox güman ki, hamımıza doğma gələcək. Zaman keçdikcə o, həyatın mənası və öz şəxsi missiyası barəsində düşünür. Yeniyetməlik dövrünün xarakteristik xüsusiyyətlərindən bir digəri isə eqosentrizmdir. İnsan yeniyetməlik vaxtlarında müxtəlif fəlsəfi nəzəriyyələr ilə maraqlansa, özünü böyük şəxsiyyət kimi başa düşəcək. Maraqlı bir digər nüans isə Nikolenkanın Allaha olan ilk şübhələrinin yaranmasıdır. Məncə, belələri aramızda çoxdur. Şübhənin yaranmasında əsas motiv isə haqsızlıqdır. Dmitri ilə həyatında ilk möhkəm və ümidverici dostluq yaranır. Əsərin zavyaskası Moskvaya gəlişdir. Kuliminasiya nöqtəsi Nikolenkanın nənəsinin ölümü, razvyaskası isə universitet hazırlıqlarıdır.
Bu triologiya insan şəxsiyyətinin formalaşmağından bəhs edir. Odur ki, hər bir insan bu triologiyada özündən nə isə görə bilər. Tolstoyun bütün əsərlərində hər bir nüans çox vacibdir. Xırdalıq və ya lazımsız yer yoxdur. Tolstoy hər bir söz və sözlər kombinasiyası üzərində o qədər gözəl işləyib, insan qəlbinin, düşüncələrinin dərinliyini, qaranlıq məqamlarını işıqlandırıb ki, oxucu "klassik" sözünün həqiqi mənasını dərindən başa düşür. Klassiklər kaprizlidirlər. Onları oxuyub bəyənmək bəs edir ki, həmişə onlara müraciət edəsən. Bilavasitə bu əsərlər haqqında nə qədər yazsaq da, araşdırmalar aparsaq da, azdır ki az...
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Bakıda avtobus qəza şəraiti yaratdı
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO
Çimdirməzdən əvvəl körpəyə qulluq
Qat-qat xəmirdən qatlama (foto resept)
Azərbaycan coğrafiyasının inkişaf tarixi-1
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Məktəb bufetləri şagirdləri təhlükəyə atır - Yoxlamalar bərpa olunacaq?
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar
Ananaslı toyuq əti (foto resept)
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Cons Taysonla görüşdən əvvəl qulağını sığortalada bilər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Gül dərənə İnanılmaz Cəza
Rahat və gözəl
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
Dəriniz çoxmu qurudur?
Yeni dişi çıxan körpələrə necə kömək etməli?
Məşhur aktrisa sağdır!
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
"Mançester Yunayted" portuqaliyalı ulduzu alır?
Bakıya 151 avtobus gətiriləcək
Ev dekorasiyasında yeni dövr
HAVA necə olacaq?
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Məşhur futbolçu bu gün evlənir
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Qubalılar axar suya səməni atdılar
Tanış olun: 14 yaşında biznes qurdu, indi 250 milyon dollar qazanır
Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
Film qəhrəmanları gündəlik həyatda
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Bələdiyyələrə qadağa qoyuldu
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Doğulduğu aya görə uşağın xarakteri
Beyrutu məhv olmaqdan bu qoruyubmuş - AÇIQLANDI
Grunge makiyaj trendi
Tanınmış rejissor vəfat etdi
Metropoliten rəisi sərt tənqid edildi
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi - VİDEO
Məşhur serial FİNAL EDİR
Filmə baxdıqdan sonra xəstəxanalıq oldu - FOTO
Uşaqlarda yetkinlik dövrü
Ayaqların donması və tərləməsi
Yaponlar dünyanı heyrətləndirdi
- ŞƏRHLƏR