Necə olsa, Allah bağışlayar.
İnanan, amma nəfsinə məğlub olduğu üçün inancını lazımi şəkildə yerinə yetirməyən insanların bir qisminin etmədikləri şeylərdən vicdan əzabı çəkdikləri görülür. Bir qisim insanlar isə xətaları səbəbindən peşman olmalarına baxmayaraq Allahın bağışlayan olmasına arxayınlaşıb xətalarını təkrar edərlər. Allah Rəhmandır, Mərhəmətlidir, Rəhimdir, Şəfqətlidir, Qafurdur, Əl-Əfuvvdur; xətaları və günahları bağışlayandır. Allahın bütün əmr və qadağalarına tam mənası ilə riayət etməyə çalışan bir qulun sığınacağı tək şey Allahın rəhmətidir.
Allahın rizasının xaricində bir həyat yaşayaraq isim və sifətlərinə sığınmaq isə riyakarlıqdır.
Nələri etsəm, Allah bağışlayar və bağışlamaz şəklində hesablayaraq Allaha iman edilməz. Bu şəkildə təslimiyyət olmaz. Peyğəmbərlər daxil bağışlanmağı istəyərkən, məsələn Hz. Yusif Allaha: "Rəbbim, Sən mənə mülk və səltənətindən bir nəsib verdin. Hadisələrin və yuxuların şərhi hikmətini öyrətdin. Ey göyləri və yeri Yaradan! Mənim dünyada da, axirətdə də Vəlim sənsən. Məni müsəlman, sənə təslim olmuş olaraq öldür və məni sülhsevər, xeyirli qullar arasına qat", deyə dua edərkən, kimsə necə olsa müsəlmanıq, bir şəkildə qurtulacağıq, ya da Allah necə olsa bağışlayacaq düşüncəsi ilə günahlara cəsarətlə girə bilməz. Bu, şeytanın insanı aldatma yollarından biridir. Şeytan "Sən işində ol", Allah necə olsa bağışlayır", "Görmürsən, millət nələr edir?", "Hər kəs yaxşıdır, bir sən pissən bəyəm?", "Bu fürsət bir də ələ keçməz", "Sən işini bitir, sonra tövbə edərsən", "Sən etməsən, bir başqası necə olsa, edəcək onsuz da", "Cənnətə sən də girməsən, kim girəcək ki?" bu cür vəsvəsələr ilə insana tələ qurar. Quran bu məsələdə insanları agah edir:
Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın. (Fatir surəsi, 5)
Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.(Hədid, 14)
Yer üzündə şeytanı ən çox sevindirəcək şey insanların Allah buyruqlarından uzaq bir həyat sürməsidir. İnsan Allahdan uzaqlaşdıqca şeytan insana yaxınlaşır. Mallarda, övladlarda ortaq olur onlarla. Xəsis, acgözlü, narazı edər onları. İnsan Allahın necə olsa, bağışlayacaq düşüncəsi içindəykən fərqində olmadan şeytanın kəlbətinində sıxılıb gedər.
Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir, 6)
Yenə ətrafımızdakı kimi insanlar da şeytani hipnozun təsiri altında bənzər bir şəkildə Allahın bağışlayacağını sübut kimi göstərərək insanların xətalar etməsinə səbəb olurlar. "Xətasız qul olmaz", "Qul xəta edər, Allah bağışlayar" şəklində yanaşmalar ilə Allahın bağışlayan olmasının əsl mənasını təhrif edərək azdırmağa çalışırlar. Bəzi pis niyyətli insanlar ayələrdən istifadə edərək qarşısındakının guya yaxşılığını istəyərək Allaha şahid tutarlar. İnsan da fərqində olmadan sözlərə etibar edərək "Nə edim, mən də insanam", deyər. Halbuki ayələrdə göstərilib, bu cür "dost" görünüşlü insanlar düşmənlərdir.
İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.(Bəqərə, 204)
Bəzi insanların etdiyi bir başqa xəta isə "Cəhənnəmdə bir az yandıqdan sonra necə olsa, Cənnətə gedərik" düşüncəsidir.
İnsan üçün hər hansı bir zəmanəti olmayan və ancaq Allahın istəyi halında mümkün ola biləcək vəziyyətləri istifadə edərək vəsvəsə şəklində şeytan zehinlərə göndərir. "Necə olsa, Allah bağışlayır" anlayışının bir başqa aldatmasıdır bu. Barmaq ucuna dəyən alov səbəbindən günlərcə acı çəkən insanlar Cəhənnəmdə yanmağı oyun hesab edərək "Nə olacaq, çox olsa, bir balaca yanacayıq" lağlağı sözlərlə dini həqiqətləri ələ salırlar.
İnsanların böyük bir qismi "Necə olsa onsuz da dünyada bir şəkildə keçinirik" fikri ilə bütün zamanını maddi baxımdan həll etməyə çalışır, güclənir, amma iş axirət dünyası üçün gələndə "Necə olsa, Allah bağışlayandır" fikri ilə axirət üçün görəcəklərini Allaha buraxır.
Əslində gündəlik işlərində çox zaman insanlar məntiqli davranmağa çalışırlar. Məsələn, yola çıxmazdan əvvəl internetdən yol durumuna baxar, bir yerə getmədən əvvəl ən qısa zamanda ən az benzin xərcləyərək gedəcəyi yolu araşdırırlar. Belə sadə işlərə hər zaman vaxt ayırmağa insanlar yetişir, ancaq sonsuz həyatını müəyyən edəcək həqiqətlərə gəldikdə insan məntiqsiz bir varlığa çevrilir, bilə-bilə özünü xətaların içinə atır. Hesab gününü düşünmədən yaşayır. Dünya işlərində arzu etdiyi şeyləri tələm-tələsik əldə etməyə çalışan insan, axirəti üçün bir şey etməyərək Allahdan bağışlanma gözləyir. Halbuki həyatda insanın unutmaması lazım olan bir gerçək vardır: Hara gedirik? Hamımız birlikdə ölümə! Bəs yaşayarkən getdiyi hər yerə hazırlıq görən insan, ölüm üçün niyə hazırlıq görmür?
Madəm ölümə çarə yoxdur, ona hər dəm hazır olmaq lazımdır.
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı
- ŞƏRHLƏR