Necə olsa, Allah bağışlayar.
İnanan, amma nəfsinə məğlub olduğu üçün inancını lazımi şəkildə yerinə yetirməyən insanların bir qisminin etmədikləri şeylərdən vicdan əzabı çəkdikləri görülür. Bir qisim insanlar isə xətaları səbəbindən peşman olmalarına baxmayaraq Allahın bağışlayan olmasına arxayınlaşıb xətalarını təkrar edərlər. Allah Rəhmandır, Mərhəmətlidir, Rəhimdir, Şəfqətlidir, Qafurdur, Əl-Əfuvvdur; xətaları və günahları bağışlayandır. Allahın bütün əmr və qadağalarına tam mənası ilə riayət etməyə çalışan bir qulun sığınacağı tək şey Allahın rəhmətidir.
Allahın rizasının xaricində bir həyat yaşayaraq isim və sifətlərinə sığınmaq isə riyakarlıqdır.
Nələri etsəm, Allah bağışlayar və bağışlamaz şəklində hesablayaraq Allaha iman edilməz. Bu şəkildə təslimiyyət olmaz. Peyğəmbərlər daxil bağışlanmağı istəyərkən, məsələn Hz. Yusif Allaha: "Rəbbim, Sən mənə mülk və səltənətindən bir nəsib verdin. Hadisələrin və yuxuların şərhi hikmətini öyrətdin. Ey göyləri və yeri Yaradan! Mənim dünyada da, axirətdə də Vəlim sənsən. Məni müsəlman, sənə təslim olmuş olaraq öldür və məni sülhsevər, xeyirli qullar arasına qat", deyə dua edərkən, kimsə necə olsa müsəlmanıq, bir şəkildə qurtulacağıq, ya da Allah necə olsa bağışlayacaq düşüncəsi ilə günahlara cəsarətlə girə bilməz. Bu, şeytanın insanı aldatma yollarından biridir. Şeytan "Sən işində ol", Allah necə olsa bağışlayır", "Görmürsən, millət nələr edir?", "Hər kəs yaxşıdır, bir sən pissən bəyəm?", "Bu fürsət bir də ələ keçməz", "Sən işini bitir, sonra tövbə edərsən", "Sən etməsən, bir başqası necə olsa, edəcək onsuz da", "Cənnətə sən də girməsən, kim girəcək ki?" bu cür vəsvəsələr ilə insana tələ qurar. Quran bu məsələdə insanları agah edir:
Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın. (Fatir surəsi, 5)
Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.(Hədid, 14)
Yer üzündə şeytanı ən çox sevindirəcək şey insanların Allah buyruqlarından uzaq bir həyat sürməsidir. İnsan Allahdan uzaqlaşdıqca şeytan insana yaxınlaşır. Mallarda, övladlarda ortaq olur onlarla. Xəsis, acgözlü, narazı edər onları. İnsan Allahın necə olsa, bağışlayacaq düşüncəsi içindəykən fərqində olmadan şeytanın kəlbətinində sıxılıb gedər.
Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir, 6)
Yenə ətrafımızdakı kimi insanlar da şeytani hipnozun təsiri altında bənzər bir şəkildə Allahın bağışlayacağını sübut kimi göstərərək insanların xətalar etməsinə səbəb olurlar. "Xətasız qul olmaz", "Qul xəta edər, Allah bağışlayar" şəklində yanaşmalar ilə Allahın bağışlayan olmasının əsl mənasını təhrif edərək azdırmağa çalışırlar. Bəzi pis niyyətli insanlar ayələrdən istifadə edərək qarşısındakının guya yaxşılığını istəyərək Allaha şahid tutarlar. İnsan da fərqində olmadan sözlərə etibar edərək "Nə edim, mən də insanam", deyər. Halbuki ayələrdə göstərilib, bu cür "dost" görünüşlü insanlar düşmənlərdir.
İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.(Bəqərə, 204)
Bəzi insanların etdiyi bir başqa xəta isə "Cəhənnəmdə bir az yandıqdan sonra necə olsa, Cənnətə gedərik" düşüncəsidir.
İnsan üçün hər hansı bir zəmanəti olmayan və ancaq Allahın istəyi halında mümkün ola biləcək vəziyyətləri istifadə edərək vəsvəsə şəklində şeytan zehinlərə göndərir. "Necə olsa, Allah bağışlayır" anlayışının bir başqa aldatmasıdır bu. Barmaq ucuna dəyən alov səbəbindən günlərcə acı çəkən insanlar Cəhənnəmdə yanmağı oyun hesab edərək "Nə olacaq, çox olsa, bir balaca yanacayıq" lağlağı sözlərlə dini həqiqətləri ələ salırlar.
İnsanların böyük bir qismi "Necə olsa onsuz da dünyada bir şəkildə keçinirik" fikri ilə bütün zamanını maddi baxımdan həll etməyə çalışır, güclənir, amma iş axirət dünyası üçün gələndə "Necə olsa, Allah bağışlayandır" fikri ilə axirət üçün görəcəklərini Allaha buraxır.
Əslində gündəlik işlərində çox zaman insanlar məntiqli davranmağa çalışırlar. Məsələn, yola çıxmazdan əvvəl internetdən yol durumuna baxar, bir yerə getmədən əvvəl ən qısa zamanda ən az benzin xərcləyərək gedəcəyi yolu araşdırırlar. Belə sadə işlərə hər zaman vaxt ayırmağa insanlar yetişir, ancaq sonsuz həyatını müəyyən edəcək həqiqətlərə gəldikdə insan məntiqsiz bir varlığa çevrilir, bilə-bilə özünü xətaların içinə atır. Hesab gününü düşünmədən yaşayır. Dünya işlərində arzu etdiyi şeyləri tələm-tələsik əldə etməyə çalışan insan, axirəti üçün bir şey etməyərək Allahdan bağışlanma gözləyir. Halbuki həyatda insanın unutmaması lazım olan bir gerçək vardır: Hara gedirik? Hamımız birlikdə ölümə! Bəs yaşayarkən getdiyi hər yerə hazırlıq görən insan, ölüm üçün niyə hazırlıq görmür?
Madəm ölümə çarə yoxdur, ona hər dəm hazır olmaq lazımdır.
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Azərbaycanda nə qədər qadın sürücü var?
Məcburi köçkünlərə xəbərdarlıq edildi
Rəhbərlik bunları sevmir
Depressiyaya təbii zərbə
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Akvariumun içində restoran
Bakıda bu avtobusların marşrutu dəyişəcək
Göy qutabı və ətli qatlama (müəllif: AZS və emilya86)
Nə qədər su içilməlidir?
Bağça dekorasiyası üçün yaradıcı fikirlər
13 şəhər və rayona giriş-çıxış qaydası DƏYİŞDİ
Eksklüziv Hyundai Veloster
Uşaq otağı mebelləri
Azərbaycanda "yay havası" nə vaxta qədər davam edəcək?
Rejissorlarmızın filmləri beynəlxalq kinofestivalda iştirak edəcək
Hava haqqında
Sirkəli su temperaturu salırmı?
Ermənistan müharibə, yoxsa sülh seçimini edəcək?
Gün ərzində dərinin sağlamlığını pozan 4 hal
Suyun altında Dünya rekordunu təzələdi-FOTO
Azərbaycanda çobanlar qaz yatağı tapdılar
Şuba salatı (foto resept)
NAMAZ-III DƏRS Təmizlik,Qüsul, Qadınlar haqqında əsas məsləhətlər
XX əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür
Bakıda fermer dükanları olacaq
Ən kiçik güzgü hazırlandı
"Çirkin Betti"-nin Bettisi illər sonra-FOTO
Göbələk xəstəliyinin müalicəsi
Məşhur müğənninin səsi batdı
Sosial evlər layihəsi gündəmdədir
Ən çox satılan kitablar
Xocalı meşəsi salındı
İlham Əliyev Gürcüstana traktor bağışladı
Kottiqli pəriləri (1-ci hissə)
Əsgərlərimiz Türkiyəyə gedir
İş həyatında gərginliyi necə aradan qaldırmaq olar?
Seda Sayanın oğlu sevgilisinə evlilik təklifi edəcək
Azərbaycanda məktəblərin bağlanma müddəti uzadıla bilər - RƏSMİ
Daha səkkiz rayonda xüsusi karantin rejimi tətbiq olunacaq - SİYAHI
Ölümcül virus Avropada da can aldı
Smurfiklər şəhəri - FOTO
"Exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb
Ermənistan məhsullarını alardınızmı?
Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
"U" və "Ü" hərfləri ilə başlayan adların mənası
Azərbaycanda zəlzələ oldu
Dekorasiyada yaşıl rəng trendi
Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Quru meyvəli, yulaflı, şəkərsiz bisküvit (video-resept)
- ŞƏRHLƏR