Bakıda hava 12°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Sən bizim ellərin ruhuna bir bax!

 

Sən bizim ellərin ruhuna bir bax!

 

Sən bizim ellərin ruhuna bir bax

Ağstafa-Qazax mədəniyyətimizin beşiyidir.

 

Sığındım istəklli bir bala kimi,

Isti qucağına Ağstafanın.

Dolandım səhərdən axşam kimi,

Soluna, sağına Ağstafanın.

Azərbaycanın qərb qapısı adlandırılan Qazax-Ağstafa alınmaz qala, basılmaz eldir. Bu bölgənin ərazisi bəşər sivilizasiyasının ilk beşiklərindəndir. Iki milyonluq yaşı olan ibtidai insanlar burada məskunlaşmış, yaşamış, yaratmışlar. Ilk odun alınması, ocağın çatılmasında da Qazax və o zamanlar onun tərkibində olan Ağstafanın öz yeri, öz payı var.

Vətən uğrunda, qeyrət yolunda ərəblərə, farslara, ermənilərə, gürcülərə, ruslara qarşı sinə gərən oğulların vətənidir bu vətən. Koroğlunun, Qaçaq Kərəmin, İsrafil ağanın oylaqları, yaylaqlarıdır. İlk Azərbaycan şahini Fərrux Qayıbov, rus artilleriyasının atamanı Əliağa Şıxlinski, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev kimi qəhərmanlarımızın, unudulmaz şəhidlərimizin vətənidir bu yerlər. M.Carçıyev, F.Abbasov kimi əmək qəhrəmanlarının fəxr istinadgahıdır. Qəhrəmanları şair təbiətli, şairləri qəhrəman hünərlidir elimin. Hamısı zəfərli, hünərli, mübariz, həyata bariz nümunələrdir.

Altı min illik tarixi olan Kür-Araz mədəniyyətinin ilk ocaqlarından biri bu ərazidir. Azərbaycanda kurort-turizm təsərrüfatının inkişaf etdirilməsi üçün hər cür təbii, iqlim, landşaft şəraiti, iqtisadi imkanları və tarixi- arxeoloji abidələr kompleksi bu yerləri gözoxşayan, könülaçan edir, bəzəkli gəlinə bənzədir. Akademik Teymur Bünyadovun təbirincə desək, Dəli Kürüm qəlb oxşayan təranədir, şərqidir, duruşu Nigarın hörükləri, səsi Koroğluun nərəsidir.

Dilcan dərəsi min-min mənzərədir, dağdır, yaylaqdır, şır-şır bulaqdır, zümzümədir, ərənlərin sığınacağı, gözəllərin yığnağıdır.

Damcılı bulağı nakam sevgilərin pıçıltıları, göz yaşlarıdır.

Siyəzən dağı sirrdir-sehirdir, əfsanədir, nağıldır.

Bu torpağın təiətində bir ayrı şairanəlik, əsrarəngizlik, füsunkarlıq var. Burada  min illiklərdən xəbər verən dünyanın lal sükutuna qərq olan məzarıstandakı hər daşın altında bir şair ruhu qərar  tutur.   Vidadi, Vaqif  ilham pərisidir  Əbdürrəhman ağa Dilbazın, Mustafa ağa Arifin, Fədainin, Kazım ağa Salinin, Yəhya Bəy Qazağinin, İbrahim əfəndi Nicatinin, Abdulla ağa Şıxlinskinin, Hüseyn əfəndi Qayıbovun, Abbas ağa Nazirin və başqalarının.

 XIX əsrdə bu torpağın şeir-sənət səsi asimana ucaldı. Çünki yeni istiqamətli, yeni romantik ruhlu, xalq koloritli poeziyamızın möhtəşəm binasının özülünü qoyanlardan, al-əlvan çalarlı söz mülkünə öz töhvəsini verən Osman Sarıvəllisi, könüldən-könülə əsrlərlə silinməyən cığırlar, yollar salan Səməd Vurğunu, Azərbaycan yazıçılarının havadarı, mənəvi atası - Mehdi Hüseyni (Azərbaycan Yazıçılar İttifaqına uzun illər rəhbərlik etmişdir) vardı.

XX yüzilliyin ikinci yarısından məşhur yazarlarla yanaşı, nadir istedada malik olan yeni nəsl yetişdi. Böyük inamla və ilhamla qələmə sarıldı, sözünü dedi, əlçatmaz, ünyetməz oldu.

Xalq yazıçıları İ.Şıxlı, İ.Hüseynov, Y.Səmədoğlu, söz sərrafları Vidadi Babanlı, Sabir Azəri, Fərman Eyvazlı, Vaqif Nəsib və başqaları xalqımıza layiq əsərləri ilə təkcə Azərbaycanın hüdudlarında deyil, keçmiş Sovetlər ölkəsində qələbələr qazana-qazana eldən-elə, dildən-dilə gəzdilər. Əsərləri bir sıra dünya xalqlarının dilinə tərcümə olundu.

Xalq şairi M.Dilbazi, H.Arif, N.Həsənzadə, V.Səmədoğlu, görkəmli şairlərimiz A.Aslanov, N.Kəsəmənli, H.Abbas, A.Kəmərli, D. Nəsib, T,Saleh, E.Nəsibli və başqaları şeir-sənət aləmində sayıldı, seçildilər.

Sən bizim ellərin ruhuna bir bax!

Sözlü,sazlı,min bir avazlı;

Bu mahalın sazlı-sözlü, mənəvi dünyasının bir şah budağı da sinədəftərlərdir, haqq aşıqları, el şairləridir. Boşuna Qazax aşıq məktəbi Göyçəgöl və Borçalı aşıq məktəblərinin ayrılmazlığının təsdiqi deyil ki!  

Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Dərya Məhəmməd, Aşıq Avdı, Aşıq Ədalət ustad sənətkarlardır.

Sinələrində min dastan yuvalanan Aşıq Hüseyn Xalaoğlu, Aşıq Aslan Aslanov, Aşıq Solmaz Kosayeva, Aşıq Pakizə Musaköylü, Aşıq Rakif, Aşıq Camoy Qurbanov, Aşıq Yaqub Yaqubov, Aşıq Hacı Avdıyev, Aşıq Şəhadət Gülməmmədov, Aşıq Avdı Avdıyev sazı bağrına basanda mədəniyyətimizin soy kökü özünü göstərir.

 Bir də ki ,vallah, bu torpağın qoxusu bir başqadır!

Qazax-Ağstafa bölgəsi o qədər də böyük deyil, lakin şairlər yurdu adını qazanmaq böyük şərəfdir. S.Vurğunun dili ilə desək, “şairlər vətəni bizim tərəflər”dəki bu şeir, sənət dühaları ilə təkcə Azərbaycan, Qafqaz deyil, bəşəriyyət fəxr edə bilər. 

 

Sən bizim ellərin ruhuna bir bax!



 

Sən bizim ellərin ruhuna bir bax!

Bizdən inciməmiş bir əziz qonaq.

 

Xeyli vaxtdır həsrətini çəkdiyim torpağıma, vətənimə, elimə yolandım. Ilkin olaraq yolum Ağstafa şəhər İcra Hakimiyyətinə düşdü. Elə bil utopik bir dünyaya yollanmışdım. Insanları mehriban, qayğıkeş, səmimi, düzlük tərəfdarı. Deyirlər vəzifə insanı dəyişir. Burada isə hər kəs insan kimi insandır. Vətənə olan fəxarət hissim bir daha coşdu, çağladı.

Oradan bir başa Ağstafa şəhər Mədəniyyət Evinə yollandım. Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimovun qonaqpərvərliyi, humanist təbiəti, eləcə də bu torpağın sənət inciləri haqqında və son zamanlar görülən yenidənqurma işləri  barədə qürur hissi ilə danışması məni torpağım, elim, ağstafalılarım, qazaxlılarım haqqında yazmağa vadar etdi. Gülgün müəllim idman yarışlarında iştirak edən gənclərin qələbə çələnglərini, fırça dünyası olanların rəsm əsərlərini də göstərdi. H.Arif adına ədəbi-birliyin  almanaxları ilə də məni tanış etdi və ürəkdolusu danışdı. Hələ qulaq müsafiri olduğum bir mədəniyyət nümunəsi də oldu. 

Mədəniyyət Evində rəqs dərsi gedirdi. Müəllimin uşaqlara son dərəcə diqqətli və işinə məsuliyyəti hər kəsə göstəriləcək nümunə ola bilər deyə düşündüm.

Xaliq müəllim (rəqs müəllmi) xalq artisti Z.baratzadənin tələbəsi olmuş, Göygöl Dövlət Rəqs Ansamblının tərkibində dünyanın 28 xarici ölkəsində özünün dediyi kimi Azərbaycan bayrağının sədaları altında rəqs etmişdir. Hal-haızrda Gəncə, Tovuz və Ağstafa şəhər Mədəniyyət Evlərində rəqs dərsi deyir. Xaliq müəllimin rəqsi kimi siması da insanpərvərliyindən xəbər verirdi.

 

P.S. Kəhkəşandır bu elin hər daşı, hər torpağı, eləcə də insanı!

 

Rübabə Sahib  (filoloq)

Səslərin sayı: 13
52
5807
loading...
Şərhlər
Offline
Aysel İ.
Kəhkəşandır bu elin hər daşı, hər torpağı, eləcə də insanı!
3 fevral 2015 00:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
oksana
Agstafada olmamisam deye bilmerem nece yerdiii
15 oktyabr 2011 17:01
Offline
Banu
Əvvəla Rubabə xanıma təşəkkürlər, həqiqətən gözəl yerlərdi , çox olmuşam bu zonada, insanları da mehriban, qayğıkeş ,qonaqpərvərdi.Qohumlarımız da çoxdu orda ,gedəndə gözəl istirahət keçiririk.

22 sentyabr 2011 20:35
Offline
SARA91
yazarlarimizin cox hissesi qazaxdan olub. tebieti gozel olmalidir .
22 sentyabr 2011 20:32
Offline
Flowers
2 ildir ki bu zonaya gedirem yayda, bele de ....bezi yerlerini beyenirem
22 sentyabr 2011 20:21
Offline
aishvarya rai
Mən bu yaxinlarda getmisdim agstafaya bibim oglunun nisanina yaxsi yerleri var ama istiden olduk dehset isti var idi tesekkurler xebere gore love
5 avqust 2011 13:49
Offline
creativka
bu rayonda olmamiwam,qrup yoldawim Agstafadandi
5 avqust 2011 13:42
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Bilmirem
BURDA OLMAMIWAM AMA COX GOZELDIR am XEBERE GORE COX SAG OLUN
13 may 2011 13:25
Offline
gunay
COXX GOZEL RAYONDUR.TWK
1 may 2011 01:48
Offline
Riana
XƏBƏRƏ GÖRƏ TƏŞƏKKÜRLƏR.
10 aprel 2011 17:02
Offline
Hokume xanim
AZERI TORPAGI COX GOZEL ,SERVETLI,SEYAHET EDILESI,GEZIB-GORULESI,SEFA TAPILASI, ISTIRAHET EDILESI BIR YERDIR.COX-COX HEYIF AGZI QARA DUSMENLER AZERBAYCANIN MUSIQI BESIYI SAYILAN QARABAGLA BAHEM EN GOZEL YERLERIMIZI ELIMIZDEN ALDILAR.HELEDE ATA EVIMDEN YUXU GORENDE ORDA, DUSMEN TAODAGI ALTINDA INILDEYEN EV-ESIYIMIZI GORUREM.HARDA KI USAQLIGIM VE GENCLIYIM KECIB.COX AGRILI BIR TESSURAT.........
5 aprel 2011 23:14
Offline
Gülüm
Azerbaycanin her bir bolgesi gozeldi. Tezelikde Genceye getmiwdim cox gozeldi ora da.
4 aprel 2011 22:52
Offline
Alishka
Yoldasim Qazaxlidi,cox olmusam orda.ancaq men oz rayonumu XACMAZI daha cox beyenirem.her yerin oz gozelliyi var.
4 aprel 2011 20:56
Offline
Aytən
orada olmamisam.ilk xeberiniz tebrik edirem
4 aprel 2011 15:56
Offline
AYSIN
Agstafada olmamiwam anca dostum oralidi cox maraqli insandi.Azerbaycanin her yeri gozeldi..twk
4 aprel 2011 15:25
Offline
Gulya-nur
Xəbərin uğurlu olsun.
4 aprel 2011 13:01
Offline
leylahuseynova
Bizim bir işçimiz var Aqstafadandı oraları o qədər tərifləyir ki heç olmamışam.Deyirəm kaş Allah mənə bir imkan verəydi ki Azərbaycanın hər yerini gəzə bileydim. Bəzən görürəm eşidirəm ki deyirlər ay getdik Terkiyəni Amerikanı Fransanı belə gəzdik amma mən deyərdim ki əz gəzməli yerlər elə Azərbaycandadı fellow
4 aprel 2011 11:56
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Malvina555
winked maraqlidir
4 aprel 2011 09:09
Offline
Ayka
Tewekkurler
4 aprel 2011 01:02
Offline
sirin89
Azerbaycanimin her bir yeri gozeldir.
3 aprel 2011 20:20
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
  • Təzə zəncəfil çayı (video-resept)

    Zəncəfili də həmişə içməy olmur
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!