MM-in komitə sədri ikinci qız uşağı olan ailələrə 10 min manat veriləcəyi haqda məlumatlara aydınlıq gətirib
“Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manatın vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır. Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur”.
Bunu APA-nın sualına cavabda Milli Məclisin Sosial siyasət komitəsinin sədriHadi Rəcəbli deyib. Dünyada başqa bir təcrübənin olduğunu da bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: “Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə həvəsləndirməsi də olsa kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır”.
Qeyd edək ki, dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov mətbuata açıqlamasında deyib ki, ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 min manat vəsait köçürüləcək. O bildirib ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb. Bu təklif Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsaiti məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq. Sözügedən Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Müraciət edənlərin sayı 23 mini keçdi
2 həftədə sürətli zəiflədəcək 10 təklif
Riyaziyyat bəyi şoka saldı
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Yay üçün hündür daban ayaqqabılar
Naməlum obyekt yunanları dəhşətə gətirdi-FOTO
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Çin yeni peyk buraxdı
Mətbəxdə bilmədiklərimiz
Göz allergiyası və səbəbləri
Unikal əməliyyat: ağzı bağlayan şiş kəsildi
Günün ulduz falı
Bananla hazırlaya biləcəyiniz 3 maska
Cemli piroq (foto resept)
İnstaqramdan möhtəşəm yenilik
Soyuq duşun dəriyə faydaları
Paşinyan Rusiyaya səfər edəcək
Gəlin, birlikdə hazırlayaq
Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər? - FOTO
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Kate Hudsonun gözəllik sirləri
Maşininiz varsa, bu xəbəri mütləq oxuyun – QƏNAƏT REJİMİ
Keks qabında börək (foto resept)
Ancelina Colidən ŞOK QƏRAR
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaqlar
Hər kəs bu gimnastdan danışır-FOTO
KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya - VIDEO
Möcüzə enerji-3
Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi
Lily-Rose Deppin gözəllik sirləri
Ətli, badımcanlı qızartma (foto resept)
Dadlı kartoflu yemək (foto resept)
Türkiyə ilə Azərbaycanın birgə istehsalı olan “Qızıl Qatar” filmi ekranlara çıxacaq
Sudoku necə oynanır?
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Niyə məhz Qadın.Net?
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
O xoşbəxt olarsa, bəşəriyyət xoşbəxt olar…
Polis narkotik maddəni yandırdı, bütün şəhər sərxoş oldu
Demet Akalından sərt mesaj - FOTO
Dünyanı silkələyən kəşf - FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
TQDK-dan təhsil sənədi ala bilməyənlərə
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Məşhur həkim qırmızı ətin faydasından danışdı
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Manatın taleyi necə olacaq?
- ŞƏRHLƏR