Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “ASAN İmza” mobil elektron xidmətinə qoşulan şanslı abunəçilərinə ALOV smartfonu hədiyyə edib.
“Bakcell”in dekabr ayının əvvəlində öz rəsmi “Facebook” səhifəsində elan etdiyi kampaniyanın şərtlərinə görə, ötən ilin son ayı ərzində ASAN İmza xidmətinə qoşulan hər yüzüncü abunəçi qalib hesab olunurdu.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru “B.EST Solutions” şirkəti ilə birlikdə həyata keçirilən “ASAN İmza” mobil imza xidməti elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.
Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “ASAN İmza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi “Bakcell”in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni “SİM kart” əldə edə bilər.
“ASAN İmza” kartlarını Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən, həmçinin 1 saylı “ASAN Xidmət” mərkəzindən əldə etmək olar.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
* * *
“ASAN İmza” haqqında
“ASAN İmza” istifadəçilərə mobil telefon vasitəsilə elektron mühitdə rəqəmsal kimliyi təsdiqləmək və sənədlərə elektron imza qoymaq imkanı verən və bu sahədə ən qabaqcıl təhlükəsizlik tələblərinə cavab verən mobil xidmətdir. “ASAN İmza” xidməti mobil operatorlar tərəfindən istifadəçinin mobil nömrəsində aktiv edilir.
“ASAN İmza” dövlət qurumlarının və özəl şirkətlərin İnternet üzərindən təqdim etdiyi elektron xidmətlərindən yararlanmaq məqsədilə istifadə edilir. “ASAN İmza” bütün müasir mobil telefonlarda istifadə üçün yararlıdır. Ətraflı məlumat üçün: www.asanimza.az
“ASAN İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az
XƏBƏR LENTİ
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Gürcüstandan maşın gətirənlərə BƏD XƏBƏR
Tənbəlliyə necə qalib gəlməli?
Mayonez maskası
Şokoladlı sufle (foto resept)
2010 və 2011-də ən dəbli ayaqqabılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bakı bulvarında əyləncə olacaq
Aprel ayının qalibləri!
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Ermənilər atəşkəsi pozmağa davam edir
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Dua Lipadan cazibədar FOTOlar
Sabah hava necə olacaq?
O qədər xoşbəxtdir ki...
Eylatda hökmdarlar şəhəri
Azərbaycanda Bilik Günüdür
Gənc qızlar, zamana dəyər verin
Köhnə paltarlarınızı atmayın!
2015 bahar modası trendi
Düşmənləri sevindirməmək üçün oxuyun
Hicablı qadınlar üçün don dəbi
İrana yağan qar bəla gətirdi
9 may - Qələbə günüdür!
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Uşaqlarınızın cinsini artıq əvvəlcədən bilməyəcəksiniz
Sellulitdən necə xilas olmalı?
Gözəlləşmək üçün buzu yoxlayın!
Hazal Kaya AÇIQLAMA verdi
Trend İnformasiya Agentliyinin erməni vandalizminə həsr olunan "Sözün bitdiyi zaman" sənədli filmi
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı İLK RƏSMİ REAKSİYA
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Möhtəşəm üzük modelləri
Muncuqla işlədiyim tablolar
Qabarıq ətək modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
Əhvala uyğun idman növü
Quyruq yağının faydaları
Atatürkün heykəlini söküb apardılar
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
İşləyənlərə xəbərdarlıq
İkiqat qohumluğa ehtiyac varmı?
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
Adəm və Həvva (psixoloji test)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Günün ulduz falı
- ŞƏRHLƏR