Hər kəsə bəllidir ki, aktiv həyat tərzi sürən insanların sağlamlıq göstəriciləri oturaq həyat keçirənlərlə müqayisə olunmayacaq qədər fərqlidir. Son illər Azərbaycan da oturaq həyata meylli insanların yaşadığı ölkəyə çevrilmək üzrədir. Günün müəyyən saatlarını işdə oturaraq keçirən insanların, demək olar ki, sosial həyatı və davamlı olaraq bir məşğuliyyəti yoxdur. Hətta gündəlik hərəkət tələb edən işlər üçün belə daha asan yollardan istifadə etmək imkanı varkən, hərəkət üçün çalışan çox az insana rast gəlmək mümkündür.Fiziki aktivliyin çatışmazlığı artıq çəkinin yaranmasından əlavə, həm də psixi pozğunluqlara səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən, Britaniyada yalnız kişilərin 35%-i, qadınların isə 25%-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər. Bristol Universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alzheimer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək-damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur.Əksər ölkələrdə velosiped sürmək, daim qaçışla məşğul olmaq, tenis kortlarına yazılmaq normal hal kimi qəbul edildiyi halda nədənsə Azərbaycanda yaşı 30-u keçmiş insanlar üçün bu, bir növ ayıb hesab olunur. Elə bu səbəbdən çox nadir hallarda velosiped sürən orta yaşlı insanlara rast gəlmək mümkündür. Üstəlik, son zamanlar mağazalarda belə "alo" servislərinin olması insanları daha oturaq həyata alışdırır. Bu isə insan ömrünün öz əli ilə kəsilməsi deməkdir. Maraqlı haldır ki, şəhər sakinləri bu cür həyat tərzini "rahat həyat" adlandırır və bu cür xidmətlərin olmasını heç də pis qəbul etmirlər. Tənbəl həyat tərzinin əslində xəstəlik olduğunu dərk edənlər belə rahat həyatdan əl çəkmək istəmir, bunu isə yorğunluğa bağlayırlar.
Həkimlər isə hər gün yalnız yarım saat gəzintinin insan ömrünə ömür qatacağı fikrindədirlər. Həkim-kardioloq Maqsud Mirzəyevin sözlərinə görə, ən sağlam olanlar 3-20 yaş arasında olan insanlardır. Çünki bu yaş həddində olanların aktiv həyata meyli daha çoxdur və onlar daim gəzərək müəyyən məsafələri qət edirlər. Bu yaş həddindən sonra insanda baş qaldıran tənbəllik onu avtomobildən istifadəyə sövq edir: "Fiziki hərəkətlər çox gözəl müalicə vasitəsidir. İntensiv fiziki fəaliyyət zamanı orqanizmdə endorfin və ya "xoşbəxtlik hormonu" yaranır. Streslərə davamlığı artırır, fiziki fəaliyyət zamanı stress hormonu olan adrenalinin səviyyəsi aşağı düşür. "Pis" xolesterinin, triqliseridlərin səviyyəsi enir, "yaxşı" xolesterinin miqdarı artır ki, bu da aterosklerozdan müdafiədir. Arterial təzyiqi normalaşdırır və nəticədə insult, ürək tutmaları riskini azaldır. Kalori sərfi iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəkisinin aşağı düşməsinə kömək edir. Sümük və oynaqların davamlılığını artırır. Orqanizmin adaptasiya imkanlarını, insanın iradəsini inkişaf etdirir".
Kardioloq deyir ki, insanlar arasında yaranan bir sıra diaqnozu hec cür qoyula bilməyən yalançı xəstəliklərin ən başlıca səbəbi oturaq həyatdır. İnsanın ağrımayan yerlərinin belə ağrıması oturaq həyatın insanlara verdiyi əvəzdir. Hansı işdə çalışılmasından asılı olmayaraq gün ərzində mütləq yarım saat gəzintiyə vaxt ayırmaq həm var olan narahatlıqların azalmasına, həm də əlavə xəstəliklərin baş qaldırmamasına səbəb olar:
"Gündəlik gəzinti vacibdir. Xüsusən yemək yedikdən sonra televizor qarşısında əyləşməkdənsə, təmiz havada gəzmək həm yeyiləni həzm etməyə, həm beynin və bədənin oksigenlə təmin olunmasına, bədənin dincəlməsinə, stressin azalmasına, xolesterolun azalmasına, əzələ və sümük sisteminin möhkəmlənməsinə və bir çox sağlamlıq göstəricilərinin müsbətə doğru dəyişməsinə səbəb olur".
Mənbə: Ekspress Az
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı
- ŞƏRHLƏR