İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə, demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirər, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olar. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan bunları itirdikdə artıq qarşısındakı insanı sevməyə, ona hörmət etməyə davam etmək üçün heç bir səbəb tapa bilməz.
Sevgini, hörməti və sədaqəti daimi edən iman, Allah qorxusu və gözəl əxlaqdır. Bir insanı imanı və əxlaqı üçün sevən insan ailə həyatında da qarşısındakına qarşı hörmət bəsləyən, sadiq və gözəl əxlaqlı olar. Nə gəncliyini, sağlamlığını gözəlliyini itirməsi, nə də zənginlik kimi xüsusiyyətlərini itirməsi həmin insanın sevgisinə və qarşı tərəfə verdiyi dəyərə təsir edə bilər. İmanı və Allah qorxusu olduğundan heç vaxt qarşı tərəfi narahat etməz və çətinliyə salmaz. Quran əxlaqına uyğun olaraq həmişə şəfqətli, mərhəmətli, ədalətli və xoşniyyətli olar, Allah qarşısında məsuliyyət daşıdığını unutmaz. Allah Quranda ailədə qadın və kişinin bir-birlərinə olan məsuliyyətini “… Onlar sizin, siz də onların libasısınız …” (Bəqərə surəsi, 187) ayəsində bildirir. Allah bu ayədə insanlara qadın və kişinin ailə həyatında bir-birlərinə qarşı bərabərhüquqlu olduqlarını da xatırladır. Allahın ayədə bildirdiyi “libas” ifadəsi tərəflərin bir-birinin üzərindəki qoruma xüsusiyyətlərini göstərir. Bu ayədə həmçinin qadın və kişinin bir-birini tamamlayan xüsusiyyətlərinə də diqqət yetirilir.
Allah başqa bir ayədə də “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum surəsi, 21) ifadəsi ilə ailədə sevgi və mərhəmət anlayışlarının əhəmiyyətinə diqqət cəlb edir. İman edənlər ailədə qarşılıqlı olaraq bir-birini Allahın onlara olan bir neməti və əmanəti qəbul edir, bundan ötrü də bir-birinə böyük dəyər verirlər. Hər cür çətinlik, ya da səhvlik qarşısında sevgi və mərhəməti əsas götürərək hərəkət edirlər. Qurana uyğun davranışın hər çətinliyin öhdəsindən gələcəyini və qarşılaşdıqları problemləri həll edəcəyini bilirlər. Bu da Allahın ayədə ifadə etdiyi kimi, evliliyin mömin qadın və mömin kişinin rahatlığı üçün nemətə çevrilməsinə səbəb olur.
Allah Quranın “… bir-birinizlə yaxınlıq etmişdiniz…” (Nisa surəsi, 21) ayəsi ilə evliliyin verdiyi səmimiyyətə və yaxınlığa da diqqət yetirmişdir. İman edənlərin evlilikdəki bu səmimi və yaxınlıqlarının, bir-birlərini dəyərləndirməsinin səbəbi onların axirətdə də sonsuzadək davam edən bərabərliyi qarşılarına məqsəd qoymalarıdır. Əsl sədaqət bu düşüncəni tələb edir. Aralarında mənfəətə əsaslanan müvəqqəti sevgi olmadığından və qarşılarına axirətdə sonsuzadək birlikdə olmağı məqsəd qoyduqları üçün çox sadiq, yaxın və səmimi olurlar.
Göründüyü kimi, Quran əxlaqı əsas götürüldüyündən hər iki tərəf Allahdan qorxduqları və vicdanlı olduqları üçün daim gözəllik içində yaşayırlar. Bu cür sədaqət, vəfa, hörmət, sevgi, səmimiyyət, xoşniyyət kimi vacib əxlaq xüsusiyyətlərinin nəticəsində ailə davamlı və sabit olur. Bu xüsusiyyətlərdən məhrum insanların evliliyi isə qısa olur.
Buna görə də İslam əxlaqında ailəli olmaq qadın üçün böyük rahatlıqdır. Sevgini, hörməti, sədaqət və vəfa hisslərini ən gözəl şəkildə yaşadığı bərabərlikdir. Qarşısındakı insandan həmişə hörmət, sevgi və qayğı görür. Mübahisə, mənfəət mübarizəsi, üstünlük axtarışı, qürur, yalan kimi pis xüsusiyyətlərinin olmaması qadının ailədə Allahın ayədə bildirdiyi kimi, hüzur və rahatlıq tapmasını təmin edir.
Peyğəmbərimiz (səv) öz həyatı ilə bu mövzuda bütün möminlər üçün nümunə olmuşdur. Allah “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab surəsi, 21) ayəsi ilə buna diqqət yetirmişdir. Peyğəmbərimiz (səv) bir çox sözündə mömin qadınların nə qədər dəyərli olduqlarını ifadə etmişdir. Bu sözlərindən birində: “Dünya müvəqqəti bərbəzəkdir. Dünya bərbəzəyinin ən xeyirlisi isə salehə qadındır”, -şəklində buyurmuşdur.
Bir başqa hədisdə isə ailədə qadına göstərilməsi gərəkən qayğını və verilməli olan dəyəri: “Ən yetkin imana sahib mömin xasiyyəti ən gözəl və ailəsinə qarşı ən nəzakətli, lütfkar olandır”, -sözləri ilə ifadə etmişdir. Bundan başqa, Peyğəmbərimizin (səv) göstərdiyi gözəl əxlaq bu sahədə bütün müsəlmanlar üçün gözəl nümunə olmuşdur. Bir hədisdə evlilikdə qadınlara qarşı göstəriləcək gözəl əxlaqın əhəmiyyətini belə xatırlatmışdır:
“Ən xeyirliniz, xanımlarına qarşı ən xeyirli olanınızdır. Mən xanımlarına qarşı sizdən ən yaxşı olanıyam”.
Bundan başqa Peyğəmbərimiz (səv) vida xütbəsində: “Qadınlar sizə Allahın bir əmanətidir“, -şəklində buyuraraq qadınlara qarşı necə münasibət göstərmək lazım olduğunu bir daha vurğulamışdır.
Bütün həyatında olduğu kimi, ailə həyatında da iman edənlər üçün gözəl nümunə olan Peyğəmbərimiz (səv) xanımlarına qarşı daima şəfqət, mərhəmət və gözəlliklə davranmışdır. Hz. Aişədən (rə) rəvayət edildiyinə görə, Peyğəmbərimiz (səv) xanımlarına qarşı insanların ən mülayimi, ən gülərüzlü olanı idi.
XƏBƏR LENTİ
"Ən yaxşı sosial çarx" müsabiqəsinin qalibləri açıqlanacaq
Hadise paylaşımı ilə GÜNDƏM oldu
Bengünün xına gecəsindən ilk FOTOlar
Reklamlar beynimizə necə təsir edir?
2018-də qarşınıza çıxacaq 3 trend
Məşhurların daxil ola bilmədiyi ölkələr
Kim ki yüz il yaşamırsa...
Günün qoroskopu:Hisslərinizə uymayın!
Dünya bazarlarında neft 50 dollardan baha satılır
Botoks etdirən qadınlar eybəcər hala düşdülər - FOTO
Ev dekorasiyasında köhnə çamadanlara yer verin
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Model olduğunu düşünənlər peşəsinə TƏƏCCÜBlənirlər-FOTO
Günün qoroskopu: yeni tanışlıqlar məsləhətli deyil
Bizə xarici həkimlər lazımdırmı?
Kondinsionersiz sağ qalmağın 7 yolu
“WhatsApp”dan iki maraqlı yenilik
Fransız rejissor islamı qəbul etdi
Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul
Görənlər 70 yaşı olduğuna inanmır - FOTO
Kolleclərə qeydiyyat başlayıb
Şəki xan sarayı
Ər 17 ildir həyat yoldaşının cəsədi ilə yatır – FOTO
Sabahın HAVASI
2010-cu ildə qadın kombinezonları yenə dəbdədir
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
"ATƏT MQ Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam etdirilməsində maraqlıdır"
Tikə ətdən sulu yemək (foto resept)
Badımcan ruleti (foto resept)
Bu xanım Türkiyənin “first lady”si olmağa hazırlaşır
Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan Smerç raketi yaşayış evinin bağçasına düşüb”
Çuğundur salatı
Payız fəslinin ən aktual rəngləri
"Azəriqaz" istehlakçıların smart-sayğaclarla təchizatını davam etdirir
ABŞ səfirliyi qrant qalmaqalına aydınlıq gətirdi
İnna Bakıya gəlir
Kürd lider PKK-ya yox, TSK-ya səsləndi: silahı yerə qoyun
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
Dövlət başçısı üç ay vaxt verdi
Azərbaycanda daha 70 nəfər koronavirusa yoluxdu - RƏSMİ
15 dəqiqəlik görüşünü hərraca qoydu
Messi Ronaldunun "Qızıl top" almasından danışdı
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
Hörümçək toru insan həyatını dəyişdirəcək
Sabah Qaz Olmayacaq!
Dövlət atdığı addımı geri çəkməməlidir
Məşhur əsərlər günümüzdə
Məşhurları bir də belə tanıyın
Çay sodasının faydaları
Diabet xəstəsinin əl işləri
- ŞƏRHLƏR