Azərbaycan sinoptikləri 2014-2015-ci ilin Qış fəsli üçün gözlənilən hava proqnozunu açıqlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, mövsüm proqnozları çoxillik iqlim göstəriciləri və çoxsaylı meteoroloji müşahidə məlumatlarının dinamik və riyazi modellərlə kompleks analizi əsasında hazırlanır.
Bu proqnozların tərtibi Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə (WMO) yüksək texnologiyalarla təchiz olunmuş 5 İqlim Mərkəzində həyata keçirilir. Bu İqlim mərkəzləri Asiya və Sakit Okean İqtisadi Birlyi Ölkələrinin İqlim Mərkəzi (APCC-Koreya), Avropa İqlim Mərkəzi (ECMWF), ABŞ-ın İqlim və Cəmiyyətin Problemləri üzrə Beynəlxalq Elmi Araşdırma İnstitutu (İRİ), METEO-France və multi-model sistemi ilə uzunmüddətli proqnozların tərtibi ilə məşqul olan ÜMT-nın (WMO) aparıcı mərkəzidir. Mövsüm proqnozları bu mərkəzlərdə fərqli rəqəmli hidrodinamik modellər vasitəsilə işlənildikdən sonra ÜMT-nin (WMO) dəstəyi ilə təşkil olunmuş forumlarda expertlər tərəfindən analiz olunur və istifadəçi ölkələr arasında yayımlanır. Azərbaycan da digər ölkələr kimi 2008-ci ildən etibarən mütəmadi olaraq ÜMT-nın dəstəyi ilə keçirilən Cənub-Şərqi Avropa Ölkələrinin İqlim Forumuna qatılır və ötən fəslin mövsüm proqnozunun özünüdoğrultmasına dair məruzə edir. Belə forumların keçirilməsi fəsillik proqnozların etibarlılığının artırılmasına xidmət göstərir. Növbəti forum 2014-cü il noyabr ayının 17-22-də Türkiyədə keçirilmişdir ki, burada qış fəsli üçün mövsüm proqnozlarının nəticələri təhlil olunduqdan sonra qış fəslində temperatur və yağıntıların gözlənilən ümumi tendensiyası barədə məlumat verilmişdir.
Beləliklə, bütün rəqəmli iqlim modellərinin nəticələrinə və təhlilinə görə İqlim Forumunda expertlərin rəyi ilə ümimilikdə Cənubi Qafqaz regionu üçün Qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturların iqlim norması daxilində və normadan bir qədər yüksək olacağı qənaətinə gəlinib: "Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyələrinə görə adətən yanvar və fevral aylarında bölgəmiz daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır və buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi də istisna olunmur. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi dövrlərdə normadan aşağı düşəcəyi ehtimal olunur.
Dekabr ayına gəlincə isə bu ayda hava şəraitinin adətən nisbətən mülayim keçməsi ilə xarakterizə olunmasına baxmayaraq soyuq hava kütlələrinin təsirinə daha tez tez məruz qalacaq. Buna görə də dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı, yağıntının iqlim normasına yaxın, bəzi rayonlarda iqlim normasından bir qədər çox olacağı proqnozlaşdırılır".
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Gürcüstandan maşın gətirənlərə BƏD XƏBƏR
Tənbəlliyə necə qalib gəlməli?
Mayonez maskası
Şokoladlı sufle (foto resept)
2010 və 2011-də ən dəbli ayaqqabılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bakı bulvarında əyləncə olacaq
Aprel ayının qalibləri!
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Ermənilər atəşkəsi pozmağa davam edir
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Dua Lipadan cazibədar FOTOlar
Sabah hava necə olacaq?
O qədər xoşbəxtdir ki...
Eylatda hökmdarlar şəhəri
Azərbaycanda Bilik Günüdür
Gənc qızlar, zamana dəyər verin
Köhnə paltarlarınızı atmayın!
2015 bahar modası trendi
Düşmənləri sevindirməmək üçün oxuyun
Hicablı qadınlar üçün don dəbi
İrana yağan qar bəla gətirdi
9 may - Qələbə günüdür!
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Uşaqlarınızın cinsini artıq əvvəlcədən bilməyəcəksiniz
Sellulitdən necə xilas olmalı?
Gözəlləşmək üçün buzu yoxlayın!
Hazal Kaya AÇIQLAMA verdi
Trend İnformasiya Agentliyinin erməni vandalizminə həsr olunan "Sözün bitdiyi zaman" sənədli filmi
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı İLK RƏSMİ REAKSİYA
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Möhtəşəm üzük modelləri
Muncuqla işlədiyim tablolar
Qabarıq ətək modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
Əhvala uyğun idman növü
Quyruq yağının faydaları
Atatürkün heykəlini söküb apardılar
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
İşləyənlərə xəbərdarlıq
İkiqat qohumluğa ehtiyac varmı?
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
Adəm və Həvva (psixoloji test)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Günün ulduz falı
- ŞƏRHLƏR