Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Qətran Təbrizi
(1012-1080)
Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda başlayan siyasi dirçəliş, müstəqil dövlətlərin meydana gəlməsi elm və mədəniyyətin inkişafında da özünü büruzə verdi. Bəhs edilən dövrdə Azərbaycan "Müsəlman intibahı" adlanan məşhur mədəni oyanışın ən mühüm mərkəzlərindən biri idi. Bəhmənyar ibn Mərzban kimi filosof, Xətib Təbrizi kimi filosof və ədəbiyyatşünas, Eynəlqüzzat Miyanəçi kimi şair və filosof, Əbu Miyaz Əbdai Xoylu kimi həkim, Əbu Bəkr Məhəmməd Şirvani və Fazil Fəriddin Şirvani kimi astronom, Yusif ibn Tahir Xoylu və Ömər Gəncəyi kimi ədəbiyyatşünas, Nizaməddin Əbül-üla Gəncəvi, Fələki Şirvani, Əmir İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Qivami Gəncəvi kimi şair, Məhsəti Gəncəvi kimi şairə yetişdirən Azərbaycan mədəni mühiti sonda "Müsəlman İntibahı"na Xaqani Şirvani və Nizami Gəncəvi kimi dahilər bəxş etdi.
Qətran Təbrizi (Əbu Mansur Qətran Cili Təbrizi Azərbaycani) 1012-ci ildə Təbriz yaxınlığında Şadiabad adlanan xırda şəhərcikdə anadan olmuşdur. Həmin şəhərcikdə məktəbi bitirən Qətran sonradan Təbrizə köçmüş və burada mədrəsədə təhsilini davam etdirmişdir. Artıq mədrəsədə oxuyarkən o, ilk qəsidələrini yazmışdır.
O dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü. Burada bir neçə müstəqil dövlət vardı. Cənubi Azərbaycan paytaxtı Təbriz şəhəri olan Rəvvadilər dövlətinin tərkibində idi. 1028-ci ildə Orta Asiya ərazisindən Azərbaycana oğuz türk tayfaları gəlir. Rəvvadilər dövlətinin hökmdarı Əbu Mənsur Vəhsudan onların azərbaycanlılarla qohum olmasını nəzərə alaraq bu oğuzlara dövlətin ərazilərində məskunlaşmağa icazə verir, sonra isə onları öz ordusuna yazır. Azərbaycanı ikinci vətənləri kimi qəbul edən oğuzlar canla-başla Bizansa qarşı vuruşurlar. Mədrəsədə təhsilini bitirdikdən sonra şairlik istedadı ilə seçilən Qətran Təbrizi Gəncəyə köçür. Bu dövrdə Gəncə Azərbaycan Şəddadilər dövlətinin paytaxtı idi. Əsasən Şimali Azərbaycanın qərb ərazilərində yerləşən bu dövlət cənub-qərbdən Bizansın, qərbdən isə onun müttəfiqi olan gürcü feodallarının təcavüzü ilə üzləşmişdi. Tiflis müsəlman əmirliyini (bu dövlət VIII-XII əsrlərdə mövcud olmuş, ərəbmənşəli Cəfərilər sülaləsi tərəfindən idarə olunsa da, əhalinin əksəriyyətini türklər təşkil edirdi) daim dəstəkləyən Şəddadilər dövləti hərbi baxımdan güclü dövlət olmuş, lazım gəldikdə Rəvvadilərə də köməklik göstərmişdir. Məhz bu dövlətin qoşunları Azərbaycanın digər feodal dövləti-Şirvanşahlar dövlətinə şimaldan edilən təcavüzlərə qarşı mübarizə aparmağa köməklik edirdi.
Güclü istehkamlarla qorunan Gəncə müsəlman dünyasının Şərq hüdudlarının mədəni mərkəzi sayılırdı. Burada məktəblər, mədrəsələr, şəxsi və şəhər kitabxanaları, rəsədxana, tibb ocaqları, çoxsaylı sənətkarlıq emalatxanaları və tacir dükanları fəaliyyət göstərirdi. Gəncədə dərs deməyə başlayan Qətran Təbrizinin şairlik istedadı barəsində söhbətlər Şəddadilər dövlətinin başçısı Əbdül Həsən Ləşkəriyə çatanda o, şairi çağırtdırıb dinləmiş və onu sarayına dəvət etmişdir. Lirik şeirlərində insana məhəbbət, təbiətə vurğunluğu tərənnüm edən şair bu təklifi qəbul etmişdir.
Həmin vaxtdan etibarən saray şairi Qətran Təbrizinin əksər şeirləri siyasi və hərbi-siyasi hadisələrin tərənnümünə, dövlət başçısı və onun köməkçilərinin vəsfinə həsr olunmuşdur. Maraqlıdır ki, bizim günlərdə onun bu şeirləri mühüm tarixi mənbə kimi tədqiqatçılar tərəfindən qiymətləndirilir. Belə ki, şair 1036-1037-ci illərdə Əbu Mənsur Vəhsudanın Gəncəyə səfərini təsvir edir, onun Əbdül Həsən Ləşkəri ilə apardıqları danışıqlardan xəbər verir. Həmçinin onun oğuzların Azərbaycana gəlişi, onların yerli əhali ilə qaynayıb-qarışması haqqında verdiyi məlumatları maraq doğurur. Məlumdur ki, oğuzların bir qismi Şəddadilər dövləti ərazisinə köçdükdə burada yaxşı qarşılanmış və Gəncə ətrafında məskunlaşmışlar. Hökmdar onları Şəddadi qoşunlarına daxil etmişdir. 1037 və 1038-ci illərdə Bizans və gürcü qoşunlarının Şəddadilər dövlətinə hücumlarının dəf edilməsində, düşmənlərin məğlubiyyətə uğradılmasında oğuzların böyük rolu olmuşdur.
Qətran Təbrizinin ən məşhur əsərləri "Qövsnamə", "Quşnamə", "Vamiq və Əzra" və "Divan"-dır ki, o da əsasən qəsidələr toplusundan ibarətdir. Şairin qəsidələrindəki məlumatlar çox vaxt obyektiv xarakter daşıdığından bir çox feodallar ona qarşı çıxır, onu hökmdarın gözündən salmağa çalışırdılar. Bu dövrdə ona qarşı olan kəskin münasibət şairin şeirlərində öz əksini tapmışdır.
Şair həqiqəti yazmaq əvəzinə məddahlıqla məşğul olmağı qəbul etmirdi. Təxminən 1041-1042-ci illərdə Qətran Təbrizi Şəddadilər dövlətini tərk edərək Təbrizə gəlir. O burada dəhşətli Təbriz zəlzələsinin şahidi olur və onu öz əsərində təsvir edir. 1046-cı ildə Təbrizə gəlmiş məşhur Şərq şairi və səyyahı Nəsir Xosrov burada bir çox alim və şairlərlə görüşmüşdür. O özünün "Səfərnamə" kitabında Qətran Təbrizinin şeirlərini yüksək qiymətləndirmişdir.
Filoloq alim Qətran Təbrizi fars leksiko-qrafiyası tarixində izahlı lüğət yazan ilk tədqiqatçı olmuşdur. Yaşadığı dövrdə "Lüğəti-Qətran" və ya "Fərhəngi- Qətran" ("Qətranın lüğəti") adlanan elmi əsər sonralar "Təfasir filuqatil-yurs" ("Fars sözlərinin izahlı lüğəti") və ya sadəcə, "Təfasir" adlandırılırdı. Lüğətdə o, fars sözlərinin izahını vermiş, onların türk analoqlarını göstərmişdir. Qeyd etmək lazımdır ki, bu dövrdə bütün elmi əsərləri ərəb dilində, bədii əsərləri fars dilində yazmaq dəbdə idi. Ona görə də türkmənşəli şairlərə, o cümlədən Azərbaycan şairlərinə belə bir lüğət olduqca vacib idi. Sonrakı dövrlərdə özləri lüğətlər tərtib etmiş bir çox şair və filoloqlar Qətran Təbrizinin lüğətini yüksək qiymətləndirmişlər. Azərbaycan və İran poeziyasının inkişafında Qətran Təbrizinin lüğətinin böyük rol oynadığını bir çox alimlər qeyd edir.
Daha sonrakı dövrlərin mənbələrində Qətran Təbrizinin bir ara Naxçıvanda yaşadığı göstərilir. Lakin ömrünün axırında o, yenidən Təbrizə qayıdır. Qətran Təbrizi 1086-cı ildə Təbrizdə vəfat etmiş və Söhrab məhəlləsi yanında şairlər qəbiristanlığında dəfn olunmuşdur.
XII əsr Mərkəzi Asiya şairi Rəşidəddin Vatvat yazırdı ki, onun təsəvvüründə təkcə bir əsl şair vardır ki, o da Qətran Təbrizidir.
XƏBƏR LENTİ
Rəngarəng dəst geyimlər
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Gözəlliyinin sirri sevgidədir
ABŞ müharibə elan edir
"Grammy": mərasim və qaliblər
Səhnəmizin ilk Gülçöhrəsinin anım günüdür
Koronavirusla bağlı SON STATİSTİKA
Rusiya FHN Dağlıq Qarabağa 30 nəfərlik qrup göndərdi
"Xüsusi" günlər haqqında miflər
Günahsız sevgi
Günün qoroskopu: hər şey o qədər də pis deyil
Hadisə 10 milyonluq ev alır
"Neftçi" ilə heç-heçə "Qəbələ"nin işinə yaradı
Ermənistan geri çəkildi
Günün qoroskopu:Səhvlərdən nəticə çıxarın
Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir
"Böyüyəndə kim olacaqsan?"
Gəlin makiyajı trendi
Bakıda itkin düşən məktəblilər tapıldı
Xəstəliklərə qarşı likopen
Aslı və Murat barışdıqdan sonra ilk dəfə-FOTO
Seren Serengil 2,5 milyona yaxta aldı
Hikmət Hacıyevdən 80 jurnalistin Xankəndidən çıxa bilməməsi məsələsi ilə bağlı AÇIQLAMA
Pomidor tomatı (foto resept)
Ən gözəl qadın kimdir?
Alma maskası
Cinsi problemlərə yol açan duyğular
4 ayda 668 vətəndaşımız əcnəbilərlə evlənib
Saç ustası koronavirusdan belə qorunur-VİDEO
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
Saçları yumşaldan və nəmləndirən maska
Yumurtasız şokoladlı tort (foto resept)
Sabahın HAVAsı
“WhatsApp” istifadəçilərinə daha bir xoş xəbər
Kakaolu paxlava(foto-resept)
Hər kəs bu qızdan danışır-SƏBƏB/FOTO
BÜRCLƏR bizə nə vəd edir?-16 noyabr
14 yaşı tamam olmamış şəxslərə dərman satılması QADAДћAN EDİLDİ
Bağırsağınız SAAT KİMİ işləyəcək - SADƏ VASİTƏ
Emin konsertlərindən imtina etdi-SƏBƏB
45 dəqiqədə aşiq edə bilərsiniz! (suallar)
Təbiətin möcüzəsi: qanı axan ağac
Avro getdikcə ölür
Kıvanç Tatlıtuğ məhkəmədə ifadə verdi
Yeməkdən sonra 7 təhlükəli vərdiş
Nağıl kimi toy üçün gəlinliklər
Dünya gözəlləri səhnədə və real həyatda (2)
Xəzər dənizində zəlzələ oldu
Qadına baxış
- ŞƏRHLƏR