AFFA və Bakcell şirkəti Bakıda Mançester Yunayted Futbol Məktəbini təqdim etdi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu ilə əməkdaşlıq çərçivəsində iki il ərzində Mançester Yunayted Yay Futbol Məktəbinin uğurla həyata keçirilməsinin ardındanBakıda Mançester YunaytedFutbol Məktəbinin açıldığını elan edir.
İlkin mərhələdə Akademiyanın istedadlar qruplarında 32 uşaqtəlim keçəcək. İstedadlar qruplarında təhsil ödənişsizdir.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Hər bir kateqoriya üzrə uşaqlarıMançester Yunaytedklubunun ezam olunmuş məşqçiləriseçəcəklər.
Məşqlər Mançester YunaytedFutbol Məktəbindənezam olunan məşqçilər və iki nəfər yerli məşqçiassistenttərəfindən keçiriləcək. Məşqlərdən əvvəl uşaqlara ingilis dili tədris olunacaq(həftədə ən azı iki dəfə).
Futbol Məktəbinə qeydiyyat 15-22sentyabr tarixləri arasında keçirilib. İstedad qruplarına seçim isə sentyabrın 23-də Bayıl Arena Stadionunda aparılıb.
AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev:“Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləribu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması –ölkənin futbol həyatında çox önəmli bir hadisədir.Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol MəktəbininAzərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada təlim keçən uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.
“Bakcell iki il ərzində AFFA və Mançester Yunayted klubu ilə əməkdaşlıq şəraitində Mançester Yunayted Yay Futbol Məktəbini uğurla təşkil edib. Bu layihədə iştirak edən uşaqların böyük uğurları biziMançester Yunayted Futbol MəktəbiniAzərbaycana gətirməyə ruhlandırdı. Bu uşaqların sayəsində biz Azərbaycan futbolunun böyük potensiala malik olduğunu gördük və daha böyük imkanları Azərbaycan futboluna yaxın gətirməyə qərar verdik. Mən inanıram ki, Mançester Yunayted Futbol Məktəbi bundan öncə təşkil etdiyimiz yay futbol məktəbi kimi uğurlu layihə olacaq və biz gələcəkdə bundan da yaxşı nəticələri sizinlə bölüşəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
AFFA və Bakcell şirkəti Azərbaycandafutbolun inkişafı naminə əməkdaşlığı davam etdirir.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Günün qoroskopu: nəticələr çıxarmaq vaxtıdır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Fransız rejissor islamı qəbul etdi
Alimlər koronavirusu öldürən qoruyucu maska hazırladılar
Kim dünyanı qorxuya saldı
Bakı metrosunda sərnişinlərə fosforlu qolbaq paylanacaq-SƏBƏB
Merve Boluğurun bu addım təəccübləndirir-FOTO
Nazirlikdən əlillərə daha bir qayğı
Ailə ixtilafları - II hissə
Qeyri-adi faktlar
Təzyiqi aşağı salan idmanlar
Dəri gözəlliyi üçün 6 qida
İlin ən cəlbedici kişisi seçildi-FOTO
Ərdoğan əhalini Fransa məhsullarını almamağa çağırdı
"Viber" istifadəçilərinə şad xəbər!
Türkmən xoru Ginnes rekordu vurdu
HAVA necə olacaq?- 27 MART
Allergiya nədir?
Yeriməyə kömək edən şalvar istehsal edildi-FOTO
"İyul" salatı (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
HAVA necə olacaq?
İdmanla stresdən uzaq olun
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu
Bu gündən Bakıda satış yarmarkaları fəaliyyətə başlayır
Tanınmış musiqiçi 30 il özünə ilan zəhəri vurub
Sofi Lorendən tonik və maska
Yenə yağış yağdı: Bakını tıxac bürüdü
Yaşını eşidənlər qulaqlarına inanmırlar - FOTO
Özü hərəkət edən kresloları sınanacaq-VİDEO
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Günəş enerjisi ilə ilk qitələrarası səyahət
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
Bu stansiyaya giriş-çıxış vaxtı uzadıldı
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
64 -cü Kann film festivalı
Ronaldonun sevgilisi 1 milyonluq aksessuarları ilə DİQQƏT ÇƏKDİ-FOTO
Günün qoroskopu: laqeyd olmayın
Bakıda möhtəşəm yürüş olacaq
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA - FOTO
Uşaq ayaqqabıları
NASA-dan xəbərdarlıq: son üç əsrdə beləsi görünməyib!
Aslı Özcanla bağlı iddialara cavab verdi
Zəfər Gününün tarixinin dəyişdirilməsi “Haber Global”ın efirində: “Tarixi jest, Atatürk həssasiyyəti” - VİDEO
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək daha çətindir-FOTO
Vertigonun çarəsi manevr hərəkətləridir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Üçtərəfli displeyə malik smartfonun istehsalına başlandı
Ən qəribə rekordlar
- ŞƏRHLƏR