Annotasiya
Roman, o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır. Əsərin sujet xətti də bu hadisədən sonra cərəyan edir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının həqiqi milli xarakterin, realist zadəgan-kübar obrazının ilk dolğun, tutumlu örnəyi Cahandar ağadır. “Dəli Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcıqla göstərən bir əsərdir.
Əsərdən seçmələr
Ət yeyən quş dimdiyindən bilinir.
***
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndə, onun qədrini bilməyib itirəndən sonra ayılır. Hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir.
***
Amma qəribə gözləri var. Adamın düz ürəyinin içinə baxır.
***
Gənclik qəlbinin sirrlərini məgər axıra qədər başa düşmək olurmu? Orada cücərən meyillərin, parıldayan qığılcımların, kül altında qalmış köz kimi işıldayıb sönən arzuların sayını-hesabını bilmək, hansının alovlanıb parıldayacağını, hansının vaxtsız sönəcəyini əvvəlcədən bilmək olurmu?!
***
Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.
Onun zənnincə, kişi ömrü boyu istədiyini arvadına bildirməməlidir. Arvad həmişə intizar içində yaşamalı, ərinin onu sevib-sevmədiyini bilməməlidir. Hərdənbir ötəri deyilən xoş sözün, adi bir təbəssümün, ya da nadir hallarda biruzə verilən nəvazişin aylarla həsrətini çəkməlidir. Belə olanda arvad kişinin qədrini bilər, ömrü boyu ondan xoş söz eşitmək eşqi ilə alışıb-yanardı. Kişinin əzəməti də, qüdrəti də, arvad yandındakı amiranəliyi də onun sirli, sehrli olmasındadır.
***
Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusa, onlardan da gözəl olarlar.
***
- Bu uşaqlar sənin qohumun deyil, tanışın deyil, heç bir kənddə də anadan olmayıbsınız, sənə nə düşüb ki, özünü öldürürsən? İndiki zamanda heç qardaş qardaşa bir tikə çörək vermir.
- Eh əmi -…, – elə dərd də burasındadır ki, bir-birimizə kömək etmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
- Bunlar hamısı Allahın işidir, ay bala.
- Allahın yox, bəndənin işidir. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib.
***
Kişinin namusu üç şeydir: at, arvad, bir də papaq. Bunlara toxunmaq, onun namusunu ayaq altına alıb tapdamaq demək idi.
***
- Cənab eks-poçtalyon, yaxın gəlin. Bir səmaya baxın. Orada, zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar! Elə bil qaranlıq gecə yer kürəsinin üzərinə qara pərdə salmaq, onu bürüyüb örtmək istəyir. İşıq isə onu deşir, ordan-burdan süzülüb parıldayır. O, tabe olmur, iynə ucu boyda da olsa yer tapıb, özünə yol açır, kimə isə işıq verir. Maraqlı deyilmi, hə, Aleksey Osipoviç, necə bilirsiniz, nə qalib gələcək, işıq, yoxsa qaranlıq?
Məktubu kənara atdı. “Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər”.
***
Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirlər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar?
***
- Nəyi nəzərdə tutursan?
- Şüurların oynamasını.
- Şüurların oynaması müxtəlif cür ola bilər.
- Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
- Bu mücərrəd oldu.
- Nə üçün?
- Çünki ədalət və vicdan məfhumu nisbidir.
***
- Yenə əvvəlki kimi xəyalpərvər və şairanəsən.
- xəyal olmasa, adamın qüssədən ürəyi partlayar. Bir də, mənim xəyallarım real xəyaldır. Bir təsəvvür et, biz bu uşaqların qəlbində məşəl yandırsaq, həmin məşəllər hər yerə səpələnsə, yurdumuz çıraqbana dönər.
KKO
XƏBƏR LENTİ
Xəstəliyə qarşı mürəbbələr (1)
Bəhram Bağırzadədən daha bir FOTO
Fahriye oğluna lay-lay oxudu - VİDEO
Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı artır
İntim gellə qaşınmaya son
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Cavanlığın sirri ondadır
Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir
Ev işləri kalori yandırmağa kömək edirmi?
Psixi sağlamlıq üçün 8 qayda
Lady Gaga Olimpiya Stadionunda!
Tibbi hədislər
“ASAN” dünya mükafatı aldı
Bananlı desert (foto resept)
"Gucci"-nin tarixi(1)
Tac Mahalda namaz qılmaq qadağan edildi
Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
Sabahın hava proqnozu
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Əroğanın qızının toyundan FOTOlar
“Azəriqaz”dan LİMİT AÇIQLAMASI
Dünyada ən minimalist telefon təqdim olundu
Ronaldo kilsəyə tez-tez getməsinin səbəbini dedi
8 saat yatmaq vacibdirmi?
Ermənistanın Rusiyadan asılılığı artdı
Bakı bulvarında bayram sürprizi
Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
Özümüz də bacararıq!
Ərik mürəbbəsi
Güləşçimiz ikiqat dünya çempionu oldu
Dəbli xanımlar üçün gündəlik geyimlər
Rayonlara qar yağacaq
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Azərbaycanda camaata qida əvəzinə zəhər satırdılar
Mehmet Ali Erbilən xəbər var
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Dünyanın ən qəribə, bahalı, maraqlı universitetləri
Tarkandan "Atalar günü"nə özəl paylaşım-FOTO
Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
Sağlam dişlərə sahib olmaq üçün nə etməli?
Emin övladları ilə FOTOsunu paylaşdı
Ukrayna prezidentindən çağırış
Tolga xanımına 50 minlik hədiyyə bağışladı-FOTO
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
Özün tap
Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi
Qorxunc silahlar İŞİD-in əlində
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olundu
- ŞƏRHLƏR