Astronomik araşdırmaları ilə Neptun planetinin kəşfinə gedən yolu açan Meri Somervill həmçinin elmin xalq tərəfindən geniş anlaşıla bilməsi üçün böyük işlər görmüşdür.
Meri Ferfakx Somervill 26 dekabr 1780-ci ildə Şotlandiyanın Jedburq şəhərində anadan olub. Merinin vitse-admiral olan atası Villiam Corc Ferfaks qızının həm doğulduğu zaman, həm də uşaqlıq çağında dənizdə idi. Anasının qızından tək istəyi İncil kitabını oxuyub dua etməsi olub. Merinin özünün də yazdığı kimi, vəhşi bir varlıq olmağa buraxılmışdı.
18-ci yüzillikdə bütün qız uşaqlarında olduğu kimi ,Merinin də təhsili təsadüflərə bağlı və məhdud idi. Yeganə rəsmi təhsilini bir il müddətində Edinburq yaxınlarındakı Musselburqda məmnun olmadığı qız məktəbində alır.
İlk hesab çalışmalarına 13 yaşındaykən bir qadın jurnalındakı məqaləni oxuduğu zaman rastladığı cəbr problemininin həlli ilə başlayır. Qardaşının müəllimini ona maraqlandığı ədəbiyyatı gətirməsinə razı salır və beləliklə, daha mürəkkəb çalışmalar həll etmək imkanı əldə edir.
Meri 1804-cü ildə Londonda rus səfiri olan uzaq qohumu kapitan Samuel Qreyq ilə ailə qurur. Qreyqin elm və riyaziyyata marağı yox idi. İntellektual qadınlara da hörmətlə yanaşmırdı. Ancaq həyat yoldaşının çalışmalarına mane olmadı. Samuel Qreyq 1807-ci ildə vəfat edir. Buna qədər ailənin iki övladı dünyaya gəlir.
Dul qalması və üstəlik, yoldaşından əhəmiyyətli miqdarda miras qalması Meriyə elm öyrənmək yolunda geniş imkanlar açır və istədiyi kimi çalışa bilmək imkanı əldə edir.
Meri riyaziyyatda sağlam bir təməl atmışdı və artıq astronomiya ilə maraqlanırdı. 1812-ci ildə o, yenidən ailə qurur. İkinci həyat yoldaşı Dr. Villiam Somervill orduda hərbi tibb şura müfəttişi idi. O, Merinin çalışmalarını dəstəkləməklə kifayətlənmir, onun redaktoru və katibi kimi davranaraq elmi cəmiyyətə daxil edir. Londondakı sosial əhatələrində Çarlz Babbaqe və Herşel ailəsi kimi məşhur elm insanları vardı. Merinin ikinci ailə həyatından da dörd övladı olur.
Əvvəlki nigahdan dul qaldığı zamanlarda Meri riyaziyyat yarışmasında gümüş medal qazanaraq ilk elmi uğurunu əldə etmişdi. Yeni həyat yoldaşı ilə birlikdə geologiya elmi ilə maraqlanmağa başlayır, mineralları toplayaraq siniflərə bölür. Daha sonra maraq dairəsini çox genişləndirir, yunan dilini öyrənir, botanika, metereologiya və astronomiya çalışmalarına başlayır.
1825-ci ilin yayında maqnetizm üzrə elmi təcrübələrini hıyata keçirir. Növbəti il Günəş spektrumundakı bənövşəyi şüaların maqnetik xüsusiyyətləri üzrə hazırladığı məqaləsini həyat yoldaşı Kral Elmlər Akademiyasına təqdim edir. Bu məqalə diqqət çəkir və nəşr edilir. Məqaləsində olan nəzəriyyənin daha sonralar rədd edilməsinə baxmayaraq, həmin məqalə Merinin mütəxəssis elm yazarı olduğunu ortaya çıxarır.
Bu uğurunun ardından 1831-ci ildə Meri Laplasın "Şeytanın mexanizmi" kitabını tərcümə edir və beləliklə, geniş bir kütlə böyük fransız riyaziyyatçısı, astronomu olan Laplası sadə bir dildə anlaya bilir. Meri özü də bu haqda yazmışdı ki: "Mən Laplasın cəbr kitabını ümumi (sadə) dilə çevirdim". Meri tərcümə etdiyi əsərə uzun bir giriş yazısı da yazır. Kral Elmlər Akademiyası onun bu əməyini qarşılıqsız buraxmır və Akademiya salonuna Merinin büstü qoyulur.
Merinin ikinci kitabı fizika elmi üzrə idi və 1834-cü ildə yayımlandı. Kitabda Urana təsir edən hipotetik planet haqqında müzakirələr edilirdi. Həmin müzakirələr sonralar Neptun planetini kəşf etməsində Con Koux Adamsa ilham mənbəyi olur.
1835-ci ildə Meri Somervill astronom Karolina Herşellə birlikdə Kral Astronomiya Dərnəyinin ilk qadın üzvü olur. Hökümət Meriyə öncə ildə 200 funt, daha sonralar 300 funt məbləğində maaş təyin edir.
Meri 1838-ci ildə səhhəti pisləşən həyat yoldaşı ilə İtaliyaya gedir. Həyatının geri qalan hissəsini bu ölkədə keçirir. Ona böyük uğur gətirən "Fiziki coğrafiya" kitabı 1848-ci ildə yayımlanır. Bu kitabın nəşrindən sonrakı yarım əsr boyunca məktəblərdə və universitetlərdə geniş istifadə edildi. Meri daha iki kitab da yazır. Onlardan biri "Molekulyar və mikroskopik elm" kitabıdır. Digəri isə avtobioqrafiyası olan və 92-ci yaş gününə bir ay qalmış - 28 oktyabr 1872-ci ildə Napolidəki ölümündən az əvvəl tamamladığı və 1873-cü ildə nəşr edilən xatirələr kitabı idi.
Meri Somervill çalışmalarını həm yeni nəzəriyyələr üzrə irəli sürüb, həm də ən qarışıq mövzuları adi oxuculara asan dildə yetişəcək şəkildə hazırlayıb verə bilmişdir. Merinin intellektual mütəxəssisliyi sadəliyi ilə birləşirdi. Bundan başqa, uğurları və mükafatları ilə qadınların da kişilərlə birlikdə akademiya dünyasında iştirak edib yarışa biləcəyini göstərdi. Həyatı boyunca qadınların sosial və intellektual imkanlarının genişləndirilməsinə çalışdı. Oksford Universitetində qadınlar üçün açılmış olan ilk kolleclərdən birinə ölümündən sonra adı verildi - Somervill kolleci. Merinin adı həm də bir asteroidə və Ay kraterinə verilərək xatirəsi əbədiləşdirilib.
XƏBƏR LENTİ
Düşmənin iki ədəd “Qrad”ı məhv edilib - VİDEO
Günün qoroskopu:Yaranan imkanları dəyərləndirin
Baş İnfeksionistdən Koronavirusla bağlı Əhaliyə Müraciət
Yeni məktəb ilində şagirdləri nə gözləyir?
Erməni deputat: "Xocalı qətliamını törədənləri lənətləyirəm"
İnsan əlləri-ən böyük möcüzədir
Mayın 31-dən karantinlə bağlı bu qaydalar yumşaldılır
İrandan daha çox nə alırıq?
Qadın ev işlərini görməyə məcburdurmu?
Gözəl toy gecəsi otaqları
Alişan çaldı, oğlu oynadı - VİDEO
Anamın həsrəti....
Acunun xanımı Hellouin üçün geyindi - FOTO
2015-ci ilin dəbli jaket modelləri
Heç kəsi geyiminə görə qarşılamayın
Özbək plovu (video-resept)
Qorxulu meşədən
Bakı mağazalarında satış dayandı
Soba qutabı (foto resept)
Piylənməyə səbəb olan 3 hal
Yemiş yeyin, çünki...
Hiperaktiv uşaqla necə davranmalı?
Doğum gününə görə xarekter ( sentyabr)
Nazir rütbələr verdi
Çingiz bu gün sonuncu oxuyacaq
500 illik məscid məhv olmaq üzrədir
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Arzularını gerçəkləşdirən yaşlılar
Pazllar ("Süngər Bob")
Dərmansız ağıl dəvası?
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
Oktyarbr ayı üçün bayram və tarixi günlər
Azərbaycanın bank bazarında ixtisar təhlükəsi varmı?
Keti Perrinin hamiləlik xəbərləri yayıldı- FOTO
Ayaqqabınızı seçmisiniz?
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
"İnter" və "Qəbələ"nin oyunlarının tarixi açıqlandı
Qida məhsulları ilə bağlı vacib qərar
Deniz Sekinin geyimi tənqid olundu-FOTO
Qurban bayramınız mübarək!
"Atiye" filminin Tanıtım Çarxı yayımlandı-VİDEO
Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
Putindən Dağlıq Qarabağla bağlı növbəti çağırış - VİDEO
Bakıda taksi dayanacaqları yaradılır
Bayden prezident olmaq istəyir
Ən böyük təhlükə: insanı insanlıqdan çıxaran hal
Namaz və onun qaydaları (7-ci hissə)
Benzin ucuzlaşır?
Dəmir defisitli anemiyanın diaqnostikası
- ŞƏRHLƏR