əl-Hucurat (Otaqlar) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
- Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
- Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.
- Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!
- (Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!
- Əgər onlar sən qarşılarına çıxıncaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah (tövbə edənləri) bağışlayandır, rəhm edəndir!
- Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!
- (Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!
- Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
- Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!
- Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!
- Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)
- Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
- Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
- (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: Biz iman gətirdik! dedilər. (Ya Peyğəmbər! Onlara) de: Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik! deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
- Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!
- (Ya Peyğəmbər! Bu bədəvilərə) de: Siz dininizi (həqiqi müsəlman olduğunuzu) Allahamı öyrədirsiniz? Halbuki Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Allah hər şeyi biləndir!
- Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!
- Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah sizin nə etdiklərinizi görəndir.
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR