Azərbaycan sularında 9 balıq növünün ehtiyatları kəskin şəkildə azalıb, onlar artıq nəsli tükənmək üzrədir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "İxtiologiya" laboratoriyasının böyük elmi işçisi, alim Namiq Mustafayev Trend-ə bildirib ki, bu, Azərbaycanın ərazi sularında aparılan tədqiqatlar nəticəsində məlum olub.
Azərbaycanın "Qırmızı kitab"ının II nəşrinə daxil edilmiş balıqların 7-si Xəzərin Azərbaycan sektorunda yaşayır. Bu balıqlar Zərdəpər, (Barbus capito (Güldenstaedt, 1773) - Усач-чанари - Barbel), Xəzər qızılbalığı (kumja) - Salmo trutta caspius Kessler, 1870 - Каспийская кумжа (лосось) - Caspian Salmon (Bulltrout), Dəniz sıfı (Sander marinus (Cuvier, 1828) - РњРѕСЂСЃРєРѕР№ судак - Sea Sander), Qılıncbalıq (Pelecus cultratus (Linnaeus, 1758) - Чехонь - Sabrefish), Xəzər şirbiti (Barbus brachycephalus Kessler, 1877 - Каспийский усач - Caspian barbell), Poru ( Abramis sapa (Pallas, 1814) - Южнокаспийская белоглазка - White-eye) və Qaya balığıdır (Acipenser nudiventris Lovetsky, 1828 - РЁРёРї - Ship sturgeon).
Bununla yanaşı, Azərbaycanın şirin sularında Qızılxallı (Salmo trutta fario Linneus, 1758 - Речной форель - Rainbow trout) və Şirvan külməsinin (Rutilus atropatenus Derjavin, 1937 - Ширванская плотва - Shirvan roach) də ehtiyatları kəskin şəkildə azalıb.
Hazırda bu balıqlara çox nadir hallarda rast gəlindiyini deyən N.Mustafayev bildirib ki, həmin balıqların ehtiyatlarının kəskin şəkildə azalmasının əsas səbəblərindən biri onların çayda kürü tökmə imkanlarının olmamasıdır.
Alim qeyd edib ki, Xəzər dənizindəki əksər balıqlar kürülərini çaylarda tökürlər. Ancaq çaylar üzərində su anbarlarının inşası balıqların bu imkanını xeyli azaldıb. Artıq balıqların Xəzərə tökülən çayların 90 faizinə girmək imkanı yoxdur. Həmin balıqlar o çaylara girsələr belə, bir neçə km-dən sonra çayın yuxarı hissələrinə gedə bilmirlər: "O balıqlar çayın yuxarı hissələrinə qalxmalıdırlar. Çünki onların kürülərinin inkişafı üçün suda olan oksigenin miqdarının çox olması lazımdır. Çayların da ən çox yuxarı hissələrində oksigen bol olur".
N.Mustafayev bildirib ki, Xəzərin Azərbaycan sektorunda nərəkimilərin azalmasına onların yem bazasının azalması, qanunsuz balıq ovu da da təsir göstərib.
Alim balıqların ehtiyatlarının azalmasında Xəzər dənizinin neftlə çirklənməsinin də rol oynadığını söyləyib.
O, qeyd edib ki, Dəniz sıfı balığı Xəzər dənizində - Bakı şəhəri yaxınlığında dənizin dibində yaşayır və kürü tökür. Amma neftlə çirklənmə nəticəsində yaranan tullantılar dənizin dibinə çökdüyündən Dəniz sıfı balıqları kürü tökə bilməyərək oradan uzaqlaşıblar. Buna görə də həmin balıqların ehtiyatları kəskin şəkildə azalıb.
N.Mustafayev əlavə edib ki, ehtiyatları kəskin şəkildə azalan balıqların kürü tökmə imkanlarının artırılması üçün müvafiq qurumlara təkliflər də veriblər. Təkliflərdə qeyd edilir ki, çayların üzərindəki su anbarlarının bir hissəsində qapı qoyulsun: "Bəzi çayların üzərində 1970-1980-ci illərdə tikilmiş su anbarları artıq su anbarı kimi fəaliyyət göstərmir, çünki onlar tamamilə dolublar. Həmin su anbarlarında rekonstruksiya işləri aparmaq, onların bir hissəsində həm lili təmizləmək, həm də balıqların keçməsi üçün qapılar qoymaq olar".
Nənbə:trend.az
XƏBƏR LENTİ
Çuğundur salatı
Hay-küyü çox, faydası yox
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Monika Belluçidən yeni FOTOlar
Sosyopatı necə tanımalı?(1)
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Hepatitdən qorunmağın yolları
Qiymət artıranlar sərt cəzalandırılacaq
Müəllimlərə veriləcək testlər
Günün ulduz falı
Bədən tipinə uyğun ətək seçimi
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxdı
Sevgi münasibətləriniz necədir?
Dedektivlər barədə
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
Yeni girovun 15 yaşı var imiş
Yeni tikilən mənzillər ucuzlaşdı, köhnə tikililər isə əksinə
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Azərbaycanda 15 yaşlı oğlanı zorla nişanladılar
31 il əvvəl itkin düşmüş oğlan ailəsinə qovuşdu - VİDEO
Atanın genləri ilə keçən xüsusiyyətlər
Qədim hamamlar dağılmaq təhlükəsi ilə üz-üzə
Əlillərə xəbər var
Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb
Monika Belluçidən YENİ FOTO
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
İstanbulda Şuşa sevinci - VİDEO
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçiriləcək
Qarğalar haqqında maraqlı məlumatlar
Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
“ASAN Xidmət” rüsumları açıqladı - SİYAHI
Türkiyə-Azərbaycan-Türkmənistan üçlər formatı yaradılır
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Yalnız kişilər üçün!
Zəmzəm suyunun möcüzəsi
Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı
Bakıda Quba alması qıtdır, Qubada isə alıcı
Albalılı piroq (foto resept)
Gec evlənən kişilər bu yazını mütləq oxusunlar
Bu geyimlər koronavirusdan qoruyur
39083 brilyant qaşlı çəkmə göstərildi
"Bizim mobil telefonlar"
Ancelina Bredlə barışmaq istəyir?
Dəbli və zövqlü koftalar
Eyfel qülləsinin "kiçik bacı"sı
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
Sabahın HAVAsı
Yeni il şəkilləri
- ŞƏRHLƏR