Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Kasıblığa aparan 10 yol

Kasıblığa aparan 10 yol

Dahilərdən biri deyib: "Kasıblıq insan beynini uşaqlıqdan məhv etdiyi üçün insan məhv olmuş beyinlə kasıblıqdan çıxa bilmir. Nəticədə kasıblıq nəsildən-nəslə ötürülür".

Kasıblığı bədbəxtliyə çevirən, ondan xilas olmağa çalışmayan insanlardakı kasıblığa aparan 10 yolla tanış olaq:

1. Özünə yazığı gəlmə hissi - belə insanların özünə yazığı gəlir və əlindən gələni edir ki, ətrafdakılar da ona acısın. Bu hiss əsasən qadınlarda  güclü olur. Fikirləşirlər ki, "Mən kişi olsaydım, qarşımda geniş imkanlar olardı, mən onlardan istifadə edərdim". Düşünün, əgər insanın özünə yazığı gəlirsə, onda ətrafdakılardan nə gözləmək olar? İstər-istəməz bu cür tiplər hər kəsin gözündə "şikəst" olur və mənəvi şikəstlik onların məhvinə yol açır.

Özünə yazığı gəlmək insanı inkişafdan saxlayan və kasıblığa aparan bir nömrəli yoldur.

2. Xəsislik - bu, hər zaman alış-veriş mərkəzlərində, ərzaq mağazalarında ucuz qiymət axtaran insanlara aiddir. Bu ona gətirib çıxarır ki, insan uşağının təhsilinə belə xəsislik edir. Səhv düşüncəyə düşüb lazımlı olana xəsislik edən bu cür tiplərin sonu kasıblığa gətirib çıxarır.

Kasıblığa aparan 10 yol

3. Sevmədiyin peşə ilə məşğul olmaq - bu cür insanlar sevmədiyi peşədən gələn gəliri heç də xoş qarşılamır, bəzən nifrətlə xərcləyir. Ən yaxşı üsul budur ki, özünüzü rahat, xoşbəxt hiss edəcəyiniz işlə məşgul olun ki, əlinizə keçəni havaya sovurmayasınız, inkişaf edib yüksələsiniz.

4. Pulu uğurla səhv salmaq - bu cür tiplər xoşbəxtlik və uğuru pulda görənlərdir. Gözəl geyimlər, brend kosmetik vasitələr, əyləncə və əşyalara, bahalı səyahətlərə pul xərcləyən bu cür insanlar pulun dəyərini yalnız bitdikdən sonra anlayır.

5. Həddən çox xərcləmək - bu cür insanlar da az deyil. Onlar kreditlə yaşamağı sevənlərdir. Gələn gəliri düşünmədən, hesablamadan hər istədiyini kreditlə alır və təbii ki, aldıqlarını satmaqla sonlarını gətirirlər.

6. Ani faydaları seçmək - insan bəzən istədiyini kiçik bir şirkətdə işləməklə almaq iqtidarında olmadığını anlamır. Həmişə ən bahalıya sahib olmaq üçün ani gələn gəlirdən faydalanmaq istəyi ilə əlindəkini də itirir. Düşünmək lazımdır ki, hər ani gələn gəliri xərcləmək yox üst-üstə yığmaq lazımdır.

Kasıblığa aparan 10 yol

7. Sızıldamaq - Həyat çətindirmi? Dözülməzdirmi? Uğura gedən yol bağlıdırmı? Cinayətlər çoxalıbmı? Bu cür suallar hər birimizin beynində var və bu suallar var deyə yaşamayaqmı? Ağıllı insan yolunu gedər, cığırını açar. Sızıldayıb əl çəkmək, yaşamamaq öz günahımızdır.

8. Özünü başqasıyla müqayisə etmək - biri rəfiqəsinin ailəsinə, digəri dostunun bahalı maşınına, o birisi qohumunun villasına həsəd aparıb yerində oturmaqla məşğuldur. Özünü müqayisə etməyi buraxıb ayağa durun, dünya sizindir. İstifadə etməyi bacarın. İnsan istəsə, hər şey edər. Bu istəyi özünüzdə tapın.

9. Sərvət, pul ölçüsü - əsl sərvət qazanan gəliri xərcləməklə yığılmır. İnsan qazandıqlarını mənasız xərcləməyi, onu saymağı deyil, işlətməyi öyrənməlidir. İnsanlıq qızıl dolu kisə ilə ölçülmür. Sərvəti saymaqla keçən vaxtını ətrafdakılara sərf et. Sayma, ölçmə, kömək et - gələcəyini düşün. Kimsə kasıblıqdan sığortalanmayıb. Heç nə və heç kim əbədi deyil.

Kasıblığa aparan 10 yol

10. Özünü ailədən təcrid etmək - ən böyük uğursuzluq ailədən uzaq düşməklə gəlir. Ailəni unutmamaq, ona diqqət yetirmək, əl tutmaq, borc vermək, mənəvi dayaq - bunların nəyi pisdir ki? Bir gün itirdiyin sərvət üçün ağlayanda yalnız sevdiklərinin sevgisi səni qaldıracaq. Heç bir ümidin olmayanda səni əhatə edən, sənə qayıdan o sevgi ən böyük sərvətin olacaq. Bunu onda anlamaq üçün indidən ətrafına nəzər et.

Hər nə olur-olsun, mənəviyyatımız kasıb olmasın, insanlığımızı, simamızı itirməyək və Allah bizi kasıbçılıqla imtahan etməsin.

Səslərin sayı: 7
29
5185
loading...
Şərhlər
Offline
ilhame ibrahimova
Pul insanin bezeyidir eyiblerini ortendir.varli i sanin birden bire kasiblasmasi dehsetli bir seydi
13 sentyabr 2015 23:28
Offline
AYGUN_1981.
NIKIN MUBUSH KIIZZZZZZ give_ros
28 may 2014 23:37
Offline
איסון ממדוב.
Biy canim mende ele biuldim teze istifadeci xeberi hazrlayan sen deme oz bacimiz imis sadece nikin deisib.
Canim xeberin cox maraqlidi cox saqol
22 may 2014 22:08
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
.
Allah kasibciligin uzunu qara etsin. Hec kim kasib yasamasin heyati boyunca mende iclerinde Amin.
22 may 2014 20:03
Offline
GülnaR
HUSNA, air_kiss Sonay give_ros teşekküüüüürleeer
22 may 2014 16:25
Offline
♥NiLuFeR♥
Xəbərə görə təşəkkürlər give_ros
21 may 2014 23:08
Offline
HUSNA
GulnaR
Yeni nikin mubarek,adash give_ros
21 may 2014 21:02
Offline
Sonay Quluzade
GülnaR,
Yeni nikin də mübarək olsun, ay bacı. Yeni nikinlə faydalı xəbərlərin olsun inşəAllah.
21 may 2014 10:51
Offline
GülnaR
Sonay Quluzade,-SƏNİN XATİRİNƏ DƏYİŞDİM,OLDUMUUU biggrin sonda kişinin baş hərfini böyük hərflə yazdımki inciməsinki nikində məndən iz yoxdu biggrin
21 may 2014 10:43
Offline
Sonay Quluzade
R.G.AL-SU,
Yadına gəlir mən səndən adını niyə soruşmuşdum? Şərhdə təşəkkür edəndə, neçə dəfə qalxıb-düşürdüm ki, niki düzgün yazım. Ay bacı, gözəl-göyçək adın var, camaatı niyə əziyyətə salırsan axı mocking
Gözləyirəm xəbərlərini onda.
21 may 2014 10:39
Offline
GülnaR
HUSNA,
Sonay Quluzade,
Nədənsə adımı çəkəndə mənə xoş gəlir-bəlkə niki gotürüb adımı qoyam bura winked
xanımlar əziyyət çəkib şərh yazan həəəər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm give_ros

Sonay-artıq oyandım deyesen-imkan edən kimi qoyuram xeber
21 may 2014 10:35
Offline
HUSNA
Varliliq ve kasibliq insanin sinaga cekilmesi ucundur,ALLAH istediyinin ruzisini artirir,digerini ise
kasibciliqla sinaga cekir,uzerimize dusen odur ki,ALLAHIN verdiyine sukr edib,kasibciliga ise sebr edek.
Gulnar xanim,xebere gore cox sag ol give_ros
20 may 2014 22:45
Offline
Deniz N-va
Canim hec biri mene aid deyil blum
20 may 2014 22:36
Offline
ღМоя большой любовьღ(Ailəli)
Elnure Quliyeva,
Sizin fikrinizlə tam razıyam təşəkkürlər xəbərə görə give_ros
20 may 2014 22:24
Offline
Elnure Quliyeva
Insan oz nefsinin ucbatindan kasiblasir insan heyatda qenaetle yasasa israf etmese ve sedeqe verse Allah onun ruzisini coxaldar ve puluna bereket qatar
20 may 2014 20:20
Offline
AYKA
Insanin heyatinda vacib olan seylerden biride puldu ama en esas gerek qelbi zengin olsun
20 may 2014 18:19
Offline
Qəribə
Ceylan Mumoğlu

Yoxsulluq əslində bilirsiz nədir? Nəfsin hər şeyə tamah salmasıdır yoxsulluq.
Tesekkurler gozel movzuya gore give_ros
20 may 2014 17:49
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
PERI
GOZEL MOVZUDU.ALLAH ADAMA PUL VERINCE AGIL VERSIN.AGIL OLANDAN SONRA PULU QAZANMAQ ASANDI,MENCE.TESEKKURLER.
20 may 2014 17:46
Offline
Sonay Quluzade
1. Heç vaxt özümü aciz, çarəsiz göstərməmişəm, heç vaxt da yoldaşım daxil, heç kimdən pul istəməmişəm. Üzüm gəlməyib.
2. Bəlkə nəyinsə də ucuzunu alaram, amma ərzaqların, geyimlərin ucuzunu almaram, birini geyinərəm, amma keyfiyyətli geyinərəm.
3. Eləsi də olur yəni blum
4. Allah pulu olanlar o pulu sərfəli xərcləmək qabiliyyəti də versin.
5. Kreditə nifrət edirəm, olar yeyərəm, olmaz yox.
6. Normal insan maddiyyatda özündən arxadakılarla özünü müqayisə etməlidir.
7. Ağlayıb-sızıldayan deyiləm.
8. Heç vaxt özümü başqaları ilə müqayisə etməmişəm, maddi imkanım çatsa da, heç kimlə bəhsəbəhs girmirəm.
9. İnsan işlətməyi yox, verməyi bacarmalıdır. Hər müsəlmanın pulunda müsəlman bacı-qardaşlarının haqqı var.
10. Xərcləməsən, varlı olmağa nə var ki. İnsanın gərək verən əli olsun.
Əgər kimsə kasıb olmaq istəmirsə, sədəqə versin, Allah həmin şəxsin malına bərəkət verər inşəAllah.
Allah çox verib azdırmasın, az verib kimsəyə möhtac etməsin Özündən başqa.
Çox sağ ol, Gülnar, sənin belə maraqlı xəbərlərin olur, amma gec-gec rastlaşıram mən. Davamlı olsun inşəAllah.
20 may 2014 16:57
Offline
lara zaynallı
Maraqlı xəbərdir təşəkkürlər.
20 may 2014 16:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!