Dahilərdən biri deyib: "Kasıblıq insan beynini uşaqlıqdan məhv etdiyi üçün insan məhv olmuş beyinlə kasıblıqdan çıxa bilmir. Nəticədə kasıblıq nəsildən-nəslə ötürülür".
Kasıblığı bədbəxtliyə çevirən, ondan xilas olmağa çalışmayan insanlardakı kasıblığa aparan 10 yolla tanış olaq:
1. Özünə yazığı gəlmə hissi - belə insanların özünə yazığı gəlir və əlindən gələni edir ki, ətrafdakılar da ona acısın. Bu hiss əsasən qadınlarda güclü olur. Fikirləşirlər ki, "Mən kişi olsaydım, qarşımda geniş imkanlar olardı, mən onlardan istifadə edərdim". Düşünün, əgər insanın özünə yazığı gəlirsə, onda ətrafdakılardan nə gözləmək olar? İstər-istəməz bu cür tiplər hər kəsin gözündə "şikəst" olur və mənəvi şikəstlik onların məhvinə yol açır.
Özünə yazığı gəlmək insanı inkişafdan saxlayan və kasıblığa aparan bir nömrəli yoldur.
2. Xəsislik - bu, hər zaman alış-veriş mərkəzlərində, ərzaq mağazalarında ucuz qiymət axtaran insanlara aiddir. Bu ona gətirib çıxarır ki, insan uşağının təhsilinə belə xəsislik edir. Səhv düşüncəyə düşüb lazımlı olana xəsislik edən bu cür tiplərin sonu kasıblığa gətirib çıxarır.
3. Sevmədiyin peşə ilə məşğul olmaq - bu cür insanlar sevmədiyi peşədən gələn gəliri heç də xoş qarşılamır, bəzən nifrətlə xərcləyir. Ən yaxşı üsul budur ki, özünüzü rahat, xoşbəxt hiss edəcəyiniz işlə məşgul olun ki, əlinizə keçəni havaya sovurmayasınız, inkişaf edib yüksələsiniz.
4. Pulu uğurla səhv salmaq - bu cür tiplər xoşbəxtlik və uğuru pulda görənlərdir. Gözəl geyimlər, brend kosmetik vasitələr, əyləncə və əşyalara, bahalı səyahətlərə pul xərcləyən bu cür insanlar pulun dəyərini yalnız bitdikdən sonra anlayır.
5. Həddən çox xərcləmək - bu cür insanlar da az deyil. Onlar kreditlə yaşamağı sevənlərdir. Gələn gəliri düşünmədən, hesablamadan hər istədiyini kreditlə alır və təbii ki, aldıqlarını satmaqla sonlarını gətirirlər.
6. Ani faydaları seçmək - insan bəzən istədiyini kiçik bir şirkətdə işləməklə almaq iqtidarında olmadığını anlamır. Həmişə ən bahalıya sahib olmaq üçün ani gələn gəlirdən faydalanmaq istəyi ilə əlindəkini də itirir. Düşünmək lazımdır ki, hər ani gələn gəliri xərcləmək yox üst-üstə yığmaq lazımdır.
7. Sızıldamaq - Həyat çətindirmi? Dözülməzdirmi? Uğura gedən yol bağlıdırmı? Cinayətlər çoxalıbmı? Bu cür suallar hər birimizin beynində var və bu suallar var deyə yaşamayaqmı? Ağıllı insan yolunu gedər, cığırını açar. Sızıldayıb əl çəkmək, yaşamamaq öz günahımızdır.
8. Özünü başqasıyla müqayisə etmək - biri rəfiqəsinin ailəsinə, digəri dostunun bahalı maşınına, o birisi qohumunun villasına həsəd aparıb yerində oturmaqla məşğuldur. Özünü müqayisə etməyi buraxıb ayağa durun, dünya sizindir. İstifadə etməyi bacarın. İnsan istəsə, hər şey edər. Bu istəyi özünüzdə tapın.
9. Sərvət, pul ölçüsü - əsl sərvət qazanan gəliri xərcləməklə yığılmır. İnsan qazandıqlarını mənasız xərcləməyi, onu saymağı deyil, işlətməyi öyrənməlidir. İnsanlıq qızıl dolu kisə ilə ölçülmür. Sərvəti saymaqla keçən vaxtını ətrafdakılara sərf et. Sayma, ölçmə, kömək et - gələcəyini düşün. Kimsə kasıblıqdan sığortalanmayıb. Heç nə və heç kim əbədi deyil.
10. Özünü ailədən təcrid etmək - ən böyük uğursuzluq ailədən uzaq düşməklə gəlir. Ailəni unutmamaq, ona diqqət yetirmək, əl tutmaq, borc vermək, mənəvi dayaq - bunların nəyi pisdir ki? Bir gün itirdiyin sərvət üçün ağlayanda yalnız sevdiklərinin sevgisi səni qaldıracaq. Heç bir ümidin olmayanda səni əhatə edən, sənə qayıdan o sevgi ən böyük sərvətin olacaq. Bunu onda anlamaq üçün indidən ətrafına nəzər et.
Hər nə olur-olsun, mənəviyyatımız kasıb olmasın, insanlığımızı, simamızı itirməyək və Allah bizi kasıbçılıqla imtahan etməsin.
XƏBƏR LENTİ
Cazibədar xanımlar üçün donlar
Türkan Şoray sevincdən ağladı-FOTO
Prezident maaşları artırdı
Fərqli manikür nümunələri
"Facebook" istifadəçilərinin sayı 1 milyarda çatıb
Əl işləri- Toxunma ayaqqabılar
Bu sezonun eynək modelləri
Gəlinlərə saç düzümləri
Azyaşlı uşaqların erkən nigaha təhrik edilməsi problemi
Mavi qar yağdı
Zəhərli qidalar
Qidaların orqanizmə təsiri
Müəllimləri onu pulsuz hazırladı - 692 bal yığdı
Məşhur reper 4-cü dəfə ata olacaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
Təmiz evin 4 sirri
Misir ehramlarını tikənləri niyə gizlədirlər?
Evdə heyvan saxlamağın faydaları
Canerlə Selinin AYRILIQ xəbərləri yayıldı-FOTO
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Kəsmikli-moruqlu kekslər (foto resept)
“YouTube” yeni qaydalar tətbiq edir: hansı videolar ləğv ediləcək?
Əməkdar artistin səhhəti ağırlaşdı
Keçi südünün faydaları
Göygölə 25-30 santimetr qar yağdı
Bir həftəyə 4 kq arıqladan pəhriz
SON DƏQİQƏ: Çində koronavirusa yoluxan onlarla insan güllələndi - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-3 Yanvar
Facebook videoreklama başlayır?
Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Ətli-göbələkli qəlyanaltı (foto resept)
Maykl Cekson dirildi – VİDEO\FOTO
Çiyələkli "Rafaello" (foto resept)
Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
Apple geriləyir
Öz maketini hazırlayan ana
Günün ulduz falı
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Sobada ətli pirojki (foto-resept)
Arzular, arzular, gözəl arzular...
Düyülü balıq şorbası (foto resept)
Bakı polisinindən xəbərdarlıq: "Sürücülər gözləməsinlər ki..."
Mütəxəssislər xəbərdarlıq edir - İnternetdə belə səhifələrdən uzaq olun!
Arıqlamağa kömək edən 3 içki
İnsanın ən böyük düşməni elə özüdür!
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Valideynlərin nəzərinə!
- ŞƏRHLƏR