Azərbaycanda icbari tibbi sığorta sisteminin ilkin mərhələdə bütün respublika ərazisində tətbiq edilməyəcəyi, bu işin pilot layihə şəklində həyata keçiriləcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabinetindən bildiriblər.
NK-dan bildirilib ki, yaxın zamanlarda icbari tibbi sığorta sistemi reallaşacaq. Hazırda isə NK-da icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı bır sıra hüquqi sənədlər hazırlanır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin müavini Musa Quliyev isə Trend-ə bildirib ki, icbari tibbi sığorta üçün təqdim edilən paketlərə ilkin mərhələdə çox böyük həcmdə tibbi xidmətləri daxil etmək olmaz. Paketlərə yalnız insan orqanizmində həyatı vacib funksiyaların tənzimlənməsi, ən çox rast gəlinən xəstəliklərin müayinə və müalicəsi ilə bağlı xidmətlər daxil edilməlidir. İcbari tibbi sığorta sistemi tətbiqi edildikdən sonra dövlət proqramları əsasında xüsusi büdcə əsasında maliyyələşən xəstəliklərin-şəkərli diabet, vərəm, talassemiya, irsi qan xəstəlikləri, ana və uşağın sağlamlığının mühafizəsi və s. sahəsində görülən tədbirlər büdcədən maliyyələşməlidir: "Çünki onlar sosial, ictimai əhəmiyyətli xəstəliklərdir. Onları paketə daxil etmək olmaz və büdcədən ayrı xətt üzrə maliyyəlışməlidir".
M.Quliyev qeyd edib ki, icbarı tibbi sığorta paketinə ilkin mərhələdə yalnız zəruri tibbi xidmətlər daxil olmalıdır. Çünki paketin həcmi böyüdükcə xərclər də artacaq ki, həmin xərcləri də ilkin etapda ödəmək dövlət üçün çətin olar.
Millət vəkilinin sözlərinə görə, paketin məbləğinin nə qədər olmasını müəyyən etmək üçün monitorinq aparılmalıdır: "Hər bir ölkədə bu paketin məbləği fərqlidir. Azərbaycanda da öyrənilməlidir ki, hər hansı bir xəstəlik üzrə müayinə, müalicə necəyə başa gəlir. Bu, ciddi hesablama tələb edən metodikadır. Bundan ötrü xüsusi qrup işləməlidir".
M.Quliyev qeyd edib ki, çox vacib məsələlərdən biri Azərbaycanda bütün xəstəliklərin müayinə və müalicə protokollarının hazırlanmasıdır.
Millət vəkili qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı insanlar üçün 500-ə yaxın həyati vacib dərman müəyyənləşdirib. Həmin dərmanların siyahısı SN tərəfindən hazırlanmalı və NK tərəfindən təsdiqlənməlidir ki, onlar da icbari tibbi sığorta paketinə daxil olunsun. Həmin dərmanlar Azərbaycana ən ucuz qiymətə alınaraq gətiriməlidir: "Çünki icbari tibbi sığortanın əsas fəlsəfəsi ondan ibarətdir ki, xəstə ikinci dəfə pul ödəməsin. Icbarı tibb sığorta paketini alan xəstənin həm müayinə, həm müalicə, həm də dərmanlara çəkəcəyi xərclər burada öz əksini tapmalıdır".
Qeyd edək ki, 1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2008-ci ildə ölkə Prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. İcbari tibbi sığorta sisteminin tətbiqi üçün hər il büdcədən maliyyə vəsaiti ayrılsa da, müəyyən səbəblər üzündən onun tətbiqi mümkün olmur.
Bu sistemin tətbiqini reallaşdırmaq üçün fevralın 21-də Nazirlər Kabinetinin səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiqinə həsr olunmuş geniş iclası keçirilib. Həmin iclasda Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılması üçün işçi qrupun yaradılması qərarına gəlinib.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar