Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Pilateslə məşğul olanlar necə qidalanmalıdır?

Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Pilates  toxqarına edilməlidir. Pilatesə boş mədə ilə başlamaq təhlükəlidir. Hərəkətlərin rahat edilməsi, qıcolmaların baş verməməsi, keyləşmənin meydana gəlməməsi və qan şəkəri tarazlığı baxımından ən uyğun olanı pilates etməyə başlamazdan 1-1,5 saat əvvəl bir pay yemək yeməkdir. Pilates edilən müddətdə yüksək miqdarda su içilməməlidir. Susadıqca qurtum-qurtum otaq temperaturunda olan suyu içmək olar.
Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Pilatesdən əvvəl karbohidrat və zülalla zəngin olan qidalar yeyilməlidir. Ağ şəkər, ağ un, düyü kimi qan şəkərini sürətlə yüksəldən karbohidratlardan istifadə edilməməlidir. Bunların yerinə çovdar, tam buğda və yulaf çörəkləri və ya yarma aşı qəbul edilə bilər. Zülal baxımından zəngin olan ət, toyuq və ya balığın isə az yağlı olanları seçilə bilər və bunların əvəzinə pendir və yumurta seçilə bilər.
Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Pilates üzgüçülük, qaçış, tennis kimi yüksək nisbətdə kalori yandırmağı təmin edən idmanlardan deyil. Burada əsas məqsəd enerji yandırmaqdan çox bədən əzələlərinin işlədilməsi və gücləndirilməsidir. Arıqlamaq istəyən pilates sevərlər onlar üçün tərtib edilmiş xüsusi pəhriz saxlamalıdır. Bu zaman onlar öz istədiklərinə qısa yolla və asanlıqla nail ola bilərlər. 
Pilateslə məşğul olanlar gündəlik həyatlarında balanslı bəslənməyə diqqət göstərməlidir. Dörd əsas qida qrupu olan süd və süd məhsulları, ət, toyuq və balıq kimi zülaldan zəngin qidalar, tərəvəz, meyvələr və tam taxıl məhsulları qidalanma planlarında kafi miqdarda və balanslı bir şəkildə iştirak etməlidir.
Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Aparılan elmi araşdırmalarda əzələləri gücləndirən məşqlərdən sonra yağsız süd istehlakının əzələ kütləsinin artmasında köməkçi olduğu təyin olunmuşdur. 
Arıqlamaq istəyən pilates sevərlər qida qəbulu zamanı iki amilə diqqət yetirməlidir. İlkin olaraq, bu, nizamlı kalsium qəbuludur. Kalsiumun yetərincə qəbul edilməməsi arıqlama prosesini zəiflədən amillərdən biridir. Buna görə də hər gün iki stəkan az yağlı və ya yağsız süd içilməlidir. İkinci amil isə omeqa-3 yağ turşularının nizamlı alınmasıdır. Bunun üçün isə həftədə 2-3 dəfə balıq yemək lazımdır.
Pilatesin əsas fəlsəfəsi tarazlıqdır. Burada zehin ilə bədən arasındakı tarazlıqdan söhbət gedir. Bu tarazlığın bir parçası da sağlam qidadır. Sağlam qidalanaq ki, sağlam inkişaf edək və sağlam olaq!
Səslərin sayı: 4
12
2068
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
♥Aynişka Gülüm♥,
Mahmudzade,
Zeyneb-Esger,
Minira Aslanzade,
Ləman_,
Ramile,
...,
pari,
ESNA,
Ceylan Mumoğlu,
Onur Huseyn,
Hər birinizə şərhləriniz üçün təşəkkür edirəm give_ros air_kiss
30 aprel 2014 16:55
Offline
Onur Huseyn
Hec plates etmemisem.Ama menim ucun maraqlidi.
27 aprel 2014 23:14
Offline
Ceylan Mumoğlu
Ramile,
1 ay olarki pilatesle mesgulam hamiya da tovsiyye edirem

Çox gözəl, İnşAllah yarım buraxmayın, sona qədər davam edin.
27 aprel 2014 14:49
Offline
AFƏR
Pilatesle hec mesqul olmamisam nea ,hec ehtiyacimda yoxdu dance1 ,
27 aprel 2014 14:37
Offline
PERI
SON DOVRLERIN EN COX DANISILAN VE IS TIFADE EDILEN BIR IDMAN NOVUDU.MARAQLIDI TESEKKURLER.

MEN HEC VAXT MESGUL OLMAMISAM,MENIM OZ IDMAN USULUM VAR:USAQLARIN DALINCA QACIS.GUNDE 50 DEFE EVIN ORTASINDA YERIS good
27 aprel 2014 12:54
Offline
Qəribə
Cox sagol bacim maraqli xeberdir. kiss
27 aprel 2014 12:47
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ramile
1 ay olarki pilatesle mesgulam hamiya da tovsiyye edirem duzdur bu xeberi oxumamisdan qabaq bezi melumatlari bilmirdim sayende oyrendim bacim .pilatesle mesgul oldugum ilk gunden hiss etmisem ki bu idman novu insani heqiqetende canlandirir en esasi seher tembelliyini aradan qaldirir crazy
27 aprel 2014 12:33
Offline
Nigar
Cox sagol bacim maraqli xeberdir mende hec vaxt pilatesden istifade etmemiwem
27 aprel 2014 11:29
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Minira Aslanzade
Tesekkurler gozel xeberdi.
27 aprel 2014 11:18
Offline
Zeyneb-Esger
Məsləhətlər üçün sağ olun
27 aprel 2014 10:28
Offline
Aida M-ova
Heç pilates etməmişəm unknown necə edərlərdə bilmirəm scratch_ təşəkkürlər
27 aprel 2014 10:15
Offline
♥Aynişka Gülüm♥
Çox sağ ol Nilufər give_ros mən ac qarına edirdim platesi demək ki düzgün deyilmiş sayəndə oyrəndim!
27 aprel 2014 07:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır