Qadin.NET / Pilateslə məşğul olanlar necə qidalanmalıdır?

Pilateslə məşğul olanlar necə qidalanmalıdır?

Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Pilates  toxqarına edilməlidir. Pilatesə boş mədə ilə başlamaq təhlükəlidir. Hərəkətlərin rahat edilməsi, qıcolmaların baş verməməsi, keyləşmənin meydana gəlməməsi və qan şəkəri tarazlığı baxımından ən uyğun olanı pilates etməyə başlamazdan 1-1,5 saat əvvəl bir pay yemək yeməkdir. Pilates edilən müddətdə yüksək miqdarda su içilməməlidir. Susadıqca qurtum-qurtum otaq temperaturunda olan suyu içmək olar.
Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Pilatesdən əvvəl karbohidrat və zülalla zəngin olan qidalar yeyilməlidir. Ağ şəkər, ağ un, düyü kimi qan şəkərini sürətlə yüksəldən karbohidratlardan istifadə edilməməlidir. Bunların yerinə çovdar, tam buğda və yulaf çörəkləri və ya yarma aşı qəbul edilə bilər. Zülal baxımından zəngin olan ət, toyuq və ya balığın isə az yağlı olanları seçilə bilər və bunların əvəzinə pendir və yumurta seçilə bilər.
Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Pilates üzgüçülük, qaçış, tennis kimi yüksək nisbətdə kalori yandırmağı təmin edən idmanlardan deyil. Burada əsas məqsəd enerji yandırmaqdan çox bədən əzələlərinin işlədilməsi və gücləndirilməsidir. Arıqlamaq istəyən pilates sevərlər onlar üçün tərtib edilmiş xüsusi pəhriz saxlamalıdır. Bu zaman onlar öz istədiklərinə qısa yolla və asanlıqla nail ola bilərlər. 
Pilateslə məşğul olanlar gündəlik həyatlarında balanslı bəslənməyə diqqət göstərməlidir. Dörd əsas qida qrupu olan süd və süd məhsulları, ət, toyuq və balıq kimi zülaldan zəngin qidalar, tərəvəz, meyvələr və tam taxıl məhsulları qidalanma planlarında kafi miqdarda və balanslı bir şəkildə iştirak etməlidir.
Pilateslə məşğul olanlar necə qidalanmalıdır?
Aparılan elmi araşdırmalarda əzələləri gücləndirən məşqlərdən sonra yağsız süd istehlakının əzələ kütləsinin artmasında köməkçi olduğu təyin olunmuşdur. 
Arıqlamaq istəyən pilates sevərlər qida qəbulu zamanı iki amilə diqqət yetirməlidir. İlkin olaraq, bu, nizamlı kalsium qəbuludur. Kalsiumun yetərincə qəbul edilməməsi arıqlama prosesini zəiflədən amillərdən biridir. Buna görə də hər gün iki stəkan az yağlı və ya yağsız süd içilməlidir. İkinci amil isə omeqa-3 yağ turşularının nizamlı alınmasıdır. Bunun üçün isə həftədə 2-3 dəfə balıq yemək lazımdır.
Pilatesin əsas fəlsəfəsi tarazlıqdır. Burada zehin ilə bədən arasındakı tarazlıqdan söhbət gedir. Bu tarazlığın bir parçası da sağlam qidadır. Sağlam qidalanaq ki, sağlam inkişaf edək və sağlam olaq!
27 aprel 2014
GO BACK