Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyul 19:20Ayla Ayla Vauu mən də istiyirəm!!! 18 iyul 19:20Ayla Ayla Bu nə gözəl saçlardı belə
40758

Hər qadına 5 dost

 Hər qadına 5 dost

Görəsən, biz qadınlar ömrümüz boyu neçə dosta ehtiyac duyuruq? Hər birimiz bilirik ki, dost olmadan, dostluq hissini dadmadan yaşamaq mümkün deyil. Hər kəsin dosta, dostluğa ehtiyacı olur. Tədqiqatlara görə, hər bir insan uşaqlıq çağlarından etibarən həyatı boyunca ən az beş dosta ehtiyac duyur. Məhz həmin 5 dostun kimliyi və həyatımızdakı əhəmiyyətli rolu haqda yazacağam.

Hər qadına 5 dost

1. Orta məktəb dostu

Evindən, adət etdiyi oyuncaqlarından, valideynlərindən kənar bir dünyaya ilk addımını atan uşağa dost çox lazımlıdır. Dostu sinif yoldaşı olarsa, birlikdə “yad dünyaya” daha tez alışar və çətinlik çəkmədən sıxıntılarından xilas olar. Məhz dostunun da hər gün tezdən oyanıb məktəbə gəlməsini, dərsdən sonra evinə tələsməsini görməsi, bilməsi olduqca vacibdir. Bu yaşlarda qurulan dostluq insanın həyatında xüsusi yer tutur. 

Hər qadına 5 dost

2. Universitet dostu

Uşaqlıq çağı bitdikdən sonra gənc qızın həyata hazır olması və bu həyatın verə biləcəyi sınaqlardan məharətlə çıxa bilməsi üçün dosta ehtiyacı var. Eyni zamanda ilk sevgi hissi ilə bu yaşlarda tanış olduğundan sirdaşa, qəlb dostuna, etibar edə biləcəyi bir insana ehtiyac duyur. Çox vaxt gənclik çağında qızlar ana və bacısına etiraf etməyə çəkindiklərini dostuna deyə bilir. Bəzən bu illərdəki dostluq əbədi olur, bəzən isə qısa ömürlü. Yetər ki, düzgün insanla uyğun vaxtda dostluq etmiş olasan.

Hər qadına 5 dost

3. Ananın dostu

Bir qadın üçün  həyatında ilk dəfə analıq hissi ilə tanış olmaq çox gözəldir. Yuxusuz gecəsi və gündüzü olan yeni ananı anlaya biləcək, onunla bənzər həyatı yaşayan ana ilə dostluğa ehtiyacı var. Yuxusuzluqdan əziyyət çəkməmək üçün çarə axtarmaqda, körpəsinə qulluq etməkdə çətinlik çəkdiyi bəzi məqamlar haqda soruşa biləcəyi, məsləhət ala biləcəyi insana ehtiyac duyur. Körpəsi ilə hər gün gəzəcəyi yaxın parklarda yeni ana olmuş qadınlarla daha tez ünsiyyət qurar, dost olarlar. Bu dostluqlar bəzən uzun ömürlü, bəzən də qısa ömürlü hesab edilir. 

Hər qadına 5 dost

4. İş dostu

Qadınlar iş həyatında fərqli təbiətə malik insanlarla ünsiyyət qurub, fikir paylaşırlar. Əlbəttə, hər bir iş yerində hər kəslə münasibət eyni olmur. İş yoldaşı kişi və ya qadın ola bilər. Onlarla həftə içi ən az beş gününü paylaşır, birlikdə nahar edir, çiyin-çiyinə işləyirlər. İş dostluğu qadın və ya kişi olmağından asılı olmayaraq qısa ömürlü dostluq hesab edilir. 

Hər qadına 5 dost

5. Dar günün dostu

Hər bir insanın həyatında arzuedilməz hadisələr yaşanır. Məsələn: ölüm, xəstəlik, boşanma, ayrılıq və s. Məhz belə anlarında insan öz yanında dərdinə şərik çıxacaq, ona dəstək ola biləcək dosta ehtiyac duyur. Və əgər belə bir anda yanınızda dostunuz varsa, sizə dayaq olursa, demək həmin dost bütün bu sadaladığım dostlardan da dəyərli və yaxındır. Məhz dar günün dostu həyatımızda qazana bildiyimiz əsl dostumuz hesab edilir. 

Səslərin sayı: 11
42
5005
loading...
Şərhlər
Offline
pure love
eehhhh insanlara düzünü desem inanmiram ona görede kiminlese ne dost oluram nede ürey sözlerimii deyirem.bu heyatda yegane dostum ANAMDİ o qeder Allahima şükür ediremki ele bir anam var diye.ALLAHIM BAŞIMIN ÜSTÜNDEN HEÇ VAXT AYİRMASIN ONU.amin
15 dekabr 2016 16:34
Offline
S.S.E.
Dar gunumun dostu var cox sukur
16 yanvar 2015 19:10
Offline
Aysel İ.
Ən yaxın dostlarım anam və həyat yoldaşımdır. Hər ikisnə də həyatım qurban.
26 oktyabr 2014 01:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Deniz N-va
Bes 5i birinde olssa nece biggrin
2 avqust 2014 12:07
Offline
Ayan,Abiyeva
DOSTUN OZ YERI VAR AMA SIRDAW DEYENDE MENIM BACIM OLMAYIB ANAM OLUB INDIDE YOLDAWIMDI
21 mart 2014 20:39
Offline
Ayka Eliyeva
Dost coxdur bu heyatda.Gulduyun,danisdiqin,eylendiyin..Ama sirdas cox tesufki yoxdur cunku birine bir sir verirsen seher kusduyun zaman hemin dediyin sozu demediyin insanlardan esidirsen angry ..Ona gore yaxsi sirdas ANA yada Bacidir indiki zamanda."ALAHIMA" cox sukurki indi birde urek sirdasi verib mene oda yoldasimdir give_hea girl_ang ..COX saqolun maraqli movzuya gore give_ros
20 mart 2014 00:16
Offline
lala aliyeva
Indiki dzamanda esl dost tapmaq biraz cetindi sirr vermek onnan da cetindi insanin en yaxin dostu sirdasi onun anasidir mence movzu ucun cox sagolun
19 mart 2014 16:03
Offline
GUNAY ELIYEVA
HER INSAN SIRR VERRMEK OLMAZ CUNKI DEYIRLER DOSTUVUNDA DOSTU VAR
19 mart 2014 11:51
Offline
Elvida
Dost vardır Amma əsl dost yoxdur.Dostu tapmaq çətindir amma itirmək asandır.Mən öz əsl dostumu tapmışam Nuriyyə,Dream_girl,Prenses Yagmur,Asi və ən başda olmaqla canım sinifyoldaşım Nurlana sizi çooooooox sevirəm nə yaxşıki mənim dostlarımsız give_ros
6 mart 2014 16:02
Offline
Aminim
Dost ucun kureyimi korpu etmeye haziram, yeterki temiz urekler dawiyan dostlar kecsin ustunden...1olsun Pir olsun dostum besimdi.
28 fevral 2014 14:03
imza: qadin.net
Offline
Gülbəniz
REALDA DOSTUM ANAM VE ERIM BASQA HECKIM BURDAKI QIZLARDANDA COX RAZIYAM ALLAH HAMISINI XOSBEXT ELESIN
26 fevral 2014 15:29
Offline
Senem
Bir dost tapmaq cetindi.qaldiki 5 dost.Allah adama gozel ana ve heyat yoldawi versin kifayet eder.
26 fevral 2014 15:17
Offline
NAR çiçəyi
Movuzuya gore tesekkurler xeyale xanim... chox sukur ki 5 dostum var deye bilecek insanlardanam love
26 fevral 2014 10:02
Offline
Xəyalə Murad
sag olun Xəyalə xanım,daha demərəm dostum yoxdu,dostluq yoxdur-çünki var....sayənizdə oyrəndim

Demək bir savab işləmiş oldum bu xəbərlə love

Afət,
Düzdür Afət xanım, 5 dost çoxdur. Təki beşi birinə dəyməyən dostlardan olmayalar. Dar günün dostu bütün dostlardən öndə gəlir.
.Amma ANANIN yerini heç kim vermir.ALLAH sənin də anana rəhmət eləsin,qəbri nurla dolsun Amin

Allah sizin də ananıza rəhmət etsin. Çətin günlərin tək dayağı onun xəyalıdır

Çox sağolun xanımlar belə səmimi qəlbdən yazdığınız şərhlər üçün. Allah dostluğunuzun və dostlarınızın ömrünü uzun etsin. Hər zaman mehriban olasız.

26 fevral 2014 09:28
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
قنڶ Ra Gunel Mi Le Yu قنڶ
Menim dostum menim usaqlarimdi esil dost ugrunda caninan gecen dostum
26 fevral 2014 00:02
Offline
GUNIS
Dogurdanda,eldir insan fikirlesince basa dusur
25 fevral 2014 21:50
Offline
Xedice 033
Maraqlı mövzudu ama dost dar gündə tanınar bunu düz deyiblər
25 fevral 2014 21:48
Offline
Zehra.
Çox bəyəndim.
25 fevral 2014 20:26
Offline
Xelilova Sehla
Maraqli movzudu EHHHHHHHHHH dost var yanar dosta var yandirar indiye kimi bir cox dost demek olmaz yaxin insanlar olubdu indi hec kim yoxdu sukurler olsunki meni anlayacaq derdimi bolusduyum yoldasim ve ailem var yahoo
25 fevral 2014 14:22
Offline
Ruhəngiz
Xəyalə bacım,çox gözəl mövzudur,təşəkkür edirəm.Şükür ALLAHIN məsləhətinə,həyat məni də çox sınaqlara çəkdi. cray Əsl dost deyilən bir şey mənə yaddır.Adamı başa düşən,çətin anlarında yanında olan yalnız ANASIDIR.Mən bunun şahidi oldum.Düzdür məktəb,texnikum dostlarım var.Amma ANANIN yerini heç kim vermir.ALLAH sənin də anana rəhmət eləsin,qəbri nurla dolsun Amin.
25 fevral 2014 11:49
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )