Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Qadin.TV ~ TV.Qadin.Net - Artıq istifadənizdədir!

Hörmətli istifadəçilər!
Nəhayət ki, uzun müddətdir hər bir kəsin böyük maraq və intizarla gözlədiyi yeni bölümümüzü sizlərin istifadəsinə təqdim edirik.
Hər zaman olduğu kimi bu işimizdə də mühüm məqamları unutmadan və ən əsası sizlərə maksimum faydalı olmağa çalışmışıq.

İş rejimi, vaxt və başqa bir çox səbəblərlə əlaqədar olaraq televiziya kanallarını, veriliş və serialları davamlı izləyə bilməyənlər artıq saatlarla hər hansı verilişinizi yaxud serialınızı internetdə axtarmağa ehtiyac yoxdur. İzləmək istədiyiniz materialı rahatlıqla sevimli saytınızdan tapa bilərsiniz.

Bəli, bu gündən etibarən Qadin.TV portalı sizlərin ixtiyarındadır. Elə bu andan etibarən günün ən baxımli televiziya verilişləri, ekranlarda böyük maraqla izlədiyiniz yerli və xarici seriallar, möhtəşəm konsert zallarından konsertlərin video yazıları, balaca dostlarımız üçün cizgi filmləri, bir çox fərqli mövzularda müxtəlif video yazılar və əlbbəttə ki, yerli və xarici kinomatoqrafçıların istehsal etmiş olduğu köhnə və yeni filmləri heç bir yere getmədən, sevdiyiniz insanlarla, sevgi dolu ailə ortamında seçdiyiniz məkanda rahatlıqla izləyə bilərsiniz.

Hər zaman olduğu kimi, bu rahatlığı sizlərə biz təklif edirik...))

Təxminən son altı aydır ki, əməkdaşlarımız bu bölümün, Qadin.TV layihəsinin hazırlanması üzərində çalışır. Bilirik bir çoxları sual edəcək ki, bu kimə lazımıydı, onsuz da film və serialları izlədiyimiz bir çox video servislər mövcuddur.
Tələşlanmayın...) Sizlərə əsəbləşmək olmaz!  Bütün suallarınızı cavablandırıb, qaranlıq məqamlara aydınlıq gətirəcəyik...

İlk növbədə ondan başlayaq ki, ən azından bu gün üçün Qadin.TV portalı - video saxlama, yayım servisi deyil!
Biz sadəcə ekspertlərimiz tərəfindən seçilmiş yerli televiziya verilişlərinin və fərqlənən yerli və xarici televiziya seriallarının videoyazılarını öz məlumat bazamızda olması şərti ilə sizlərə təqdim edirik. Biz bu siyahıya eynisi ilə filmləri, cizgi filmlərini və müxtəlif mövzulu video yazıları da əlavə edə bilərik. Həmçinin "Fərqli Həyat" bölməsində film, kino, teart, televiziya sahəsində çalışmış mədəniyyət və incəsənət xadimləri haqqında məlumatlar da təqdim edilir. 
Bu portalı sizlərə təqdim etməkdə ən böyük məqsədimiz, heçdə "biz də varıq" deyib meydana atılmaq deyil. Biz bütün işləri sizlər üçün, sizlərin rahatlığı və istirahəti üçün edirik! Sırf Qadin.Net ziyarərçilərinin vaxtlarını daha səmərəli, daha rahat, daha əyləncəli, şən və mehriban keçirmələri üçün çalışırıq.

Qeyd etdiyimiz kimi təxminən 200 gündür ki, əməkdaşlarımız gördüyünüz materailları toplamaqda idilər. Hal-hazırda, siz bu xəbəri oxuduğunuz anda belə yeni materialların əlavəsinə davam edilir. Bu gün üçün saytda sizə təqdim edilən toplu halda 1800-dən çox videonu rahatlıqla izləmək mümkündür. Bütün videolar öz növbəsində, 6 film bölməsi, ümumilikdə 29 fərqli serial, 13 televizya verilişi və təbii ki, cizgi filmləri, konsertlər, müxtəlif video bölmələri üzrə yerləşdirilmişdir.

Eyni zamanda daha əvvəl qeyd edildiyi kimi film, kino, teart, televiziya sahəsində çalışmış mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığı haqqında maraqlı məlumatları "Fərqli Həyat" bölməsində tapa bilərsiniz.
Hər zaman milli dəyərlərimizə böyük önəm verdiyimizi dönə-dönə vurğuladığımız kimi bu işimizdə də bu mühüm nüansı unutmadıq!
"Milli kinomuz" film bölməsində Azərbaycan istehsalı olan ümumilikdə 90-dan çox film və televiziya tamaşası əlavə edilmişdir.

Yaxın günlərdə "Canlı Yayım" bölməsində seçilmiş yerli və xarici ölkə telekanallarını da canlı olaraq izləyə biləcəksiniz.
Qadin.TV-ni başqalarından fərqləndirən önəmli məqamlardan biri - təqdim olunan bütün videolar, hər biri özü üçün ayrı-ayrılıqda məlumat "kartına" sahibdir. Beləki, siz sadəcə video izləməklə kifayətlənmirsiniz, eyni zamanda izlədiyiniz film, serialın bütün lazımı məlumatlarını (istehsal ili, rol almış aktyorlar, pərdə arxası heyət və s.) əldə etmiş olacaqsınız. Həmçinin bütün məlumatlar sizlərə öz doğma dilimizdə, Azərbaycan Respublikasının rəsmi Dövlət dili Azərbyacan dilində təqdim edilir!

Düşünürük ki, hər zaman insanları maarifləndirməyi özü üçün prioritet mövzu olaraq təyin etmiş bir layihə üçün bu nüanslar çox mühüm bağlantı nöqtələrindən biridir.
Qeyd edilənlərlə yanaşı, bir çox film, serialları təqdim edən saytlardan fərqli olaraq "18+" mövzusunda saytda heç bir bölmə mövcud deyil. Hər zaman saytınızı izlədiyiniz kimi, video bölmənizi də rahatlıqla bütün ailənizlə birlikdə, baş ucalığı ilə izləyə bilərsiniz.

Müəllif hüquqları hər zaman bizlər üçün çox həssas bir məqamdır. Bu səbəbdəndir ki, material müəllifləri onları narahat edən istənilən sualları ilə bizlərə müraciət edə bilərlər. Etirazı olan müəlliflərin materialları yayımdan çıxarıla bilər!
Əlaqə bölməmiz vasitəsi ilə daha əvvəl izləmiş olduğunuz, tapa bilmədiyiniz, ən əsası yenidən izləmək istədiyiniz hər hansı film və ya serialın adını, onun haqqında bildiyiniz bütün məlumatlatları yazıb bizə göndərməyiniz kifayətdir ki, qısa bir zamanda istəyiniz reallaşdırılsın, siz həmin film və ya serialı sevimli saytınız vasitəsi ilə yenidən izləyəsiniz.

Xoş seyirlər...

Səslərin sayı: 17
63
6471
loading...
Şərhlər
Offline
Mələksima
Çox sağ olun verlişlərə kinolara burdan baxıram.
27 yanvar 2015 22:05
Offline
Xanim_Xatun
ÇOx vaxt seriallarma burdan baxiram.superdi.

ÇOx vaxt seriallarma burdan baxiram.superdi.
27 yanvar 2015 09:03
Offline
H.M
Gozel layihedir, baxdigim 1-2 serial var ki, onlarin son bolumlerini izlememiwem, vaxt edib burda izleyecem.
24 dekabr 2014 17:05
Offline
Elvida
Cox cox cox sagolun
give_ros give_ros give_ros give_ros give_ros
6 mart 2014 16:22
Offline
♥AyTaDj HəSəNzAdə♥
Cox sag olun Allah razi olsun bezen bezi seriallarin bezi bolumlerini tapa bilmiriq inwallah burda rahatliqla tapacagiq tewekkurler
31 yanvar 2014 23:31
Offline
Xedice 033
Məndə bəzi filmlər açılmıree?
28 yanvar 2014 21:55
Offline
Aysel İ.
Super saytin super layihesi. Amma indi acilmir.Isler gedir yeqin.

Anlamadım nə açılmır canım? Axı mən istədiyim hər şeyə baxıram))
28 yanvar 2014 21:50
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
gf
Sehifeni yaratdiginiz ucun cox sagolun sizden bir xahisim var kino bolmesine azerbaycan dili tercumesinde olan "TITANIK" ve yehudilerin ve almanlarin birge isleri olan "PIANOCU"filimlerini yerlesdiresiz amma tercume edilmis versiyalarini men o filimleri cox sevirem sizin sayitda da olsa cox sevinerem
28 yanvar 2014 13:14
Offline
Рояна Акперова
Odnoklassnikde grupunuza uzvem give_ros
28 yanvar 2014 11:19
Offline
konul hesenova
Soz xetrine demirem bura gelende hem mariflenirem hemde vextim heder yere getmir.
28 yanvar 2014 08:19
Offline
ToRmEnTo
Super saytin super layihesi. good Amma indi acilmir.Isler gedir yeqin.
27 yanvar 2014 21:37
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
SARA91
Bu layihe QADIN.NET ucun ugurlu olsun.
27 yanvar 2014 16:31
Offline
Gulnarə
Mən də edilən bütün təbriklərə, xoş arzulara,dualara qoşulur və yeni-yeni uğurlarla daha böyük zirvələri fəth etməyinizi arzulayıram. give_ros give_ros : give_ros
27 yanvar 2014 09:47
Offline
GUNES
Xeyirli olsun tebrikler
27 yanvar 2014 09:26
Offline
Seli
Çox bəyəndim..və çox təqdirəlayiq bir yenilikdir, əməyi keçən hər kəsə təşəkkürlər!
26 yanvar 2014 23:31
Offline
Nigar
Her zaman zirvelerde olsun Qadin net ve her zaman birinci olsun amin
26 yanvar 2014 23:27
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Vəliyeva Arzu
Allah butun islerinizi avand etsin.islerinizde uqurlar.
26 yanvar 2014 23:06
Offline
Weyla
Cox sevindim.Tewekkurler!
26 yanvar 2014 22:31
Offline
yusifova zibeyde
Supppppppppppppperrrrrrrrrrrrrrrr bu saytdan yoxdu
26 yanvar 2014 22:07
Offline
Flowers
"Qaraçı qanı" serialın verin də

Mən də istəyirəm o seriala 2-ci dəfə baxmağı. Çox sağ olun. love
26 yanvar 2014 19:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış