Azərbaycanda baş verən iqlim dəyişmələri yaxın 20-30 il ərzində bəzi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına səbəb olacaq, bəzilərinin isə daha çox ərazidə əkilməsi üçün şərait yaranacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, iqlim dəyişmələri əhalinin ərzaqla təminatına və ölkənin ərzaq təhlükəsizliyinə təsirsiz ötüşməyəcək. İqlim dəyişmələrinin təsirlərini nəzərə alaraq, institut Azərbaycan ərazisində gələcəkdə həyata keçirilməsi zəruri olan adaptasiya tədbirlərini də müəyyənləşdirib. M.Həsənov deyib ki, iqlim dəyişmələri Azərbaycanda taxılın məhsuldarlığının azalmasına səbəb ola bilər. Buna görə də Azərbaycanda buğdanın quraqlığa daha davamlı sortları yetişdirilməlidir: "Taxıl strateji məhsuldur. Bu məhsulun istehsalının azaldılması ölkə üçün əlverişli deyil. Hazırda dünyanın bir çox ölkələri də çalışırlar ki, taxılın ixracını azaltsınlar. Çünki ölkənin bu məhsulla təminatı daha vacib məsələdir. Bu mənada Azərbaycanda gələcəkdə ərzaq problemi yarana bilər. Ona görə də buna qarşı indidən adaptasiya tədbirləri həyata keçirmək lazımdır". Elmi işçi bildirib ki, bu dəyişikliklər sayəsində Azərbaycanda taxıl dəniz səviyyəsindən daha yüksək ərazilərdə əkilə biləcək. Buna görə də ölkənin dağətəyi ərazilərinin daha geniş hissələrində taxıl əkə bilmək üçün quraqlığa davamlı buğda növləri yaradılmalıdır. M.Həsənov deyib ki, taxıl ilə yanaşı, qarğıdalının, arpanın və quru suptropik bitkilərin məhsuldarlığı da azala bilər. Ancaq bununla yanaşı, quru suptropik bitkilərin əkilməsi arealı genişlənə bilər. Hazırda bu bitkilərin əkilməsi mümkün olmayan ərazilərdə də gələcəkdə suptropik bitkilərin yetişdirilməsi üçün imkanların yaranacağı gözlənilir. Onun sözlərinə görə, Azərbaycanda baş verən iqlim dəyişikliklərinin təsiri ilə əlaqədar quraqlığa davamlı bitkilərin əkilməsinə daha çox önəm verilməlidir. Artıq Azərbaycanda quraqlığa davamlı bitki növlərinin yaradılması genetiklərin və seleksiyaçıların qarşısında bir nömrəli məsələ kimi dayanmalıdır. İqlim dəyişiklikləri ölkədə digər strateji məhsul olan pambığın arealının daha da genişlənməsi üçün şərait yaradacaq. Bununla yanaşı, quru suptropik bitkilərin arealını genişləndirmək, rütubətə qarşı o qədər də tələbkar olmayan püstə, badam, zeytun kimi bitkilərin əkin sahəsini artırmaq olar. Alim deyib ki, iqlim dəyişikləri indiki şəraitə uyğun gedərsə, hazırda dəmyə şəraitində becərilən ərazilərdə gələcəkdə suvarma şəraitində əkin aparmaq mümkün olacaq. Azərbaycan su ehtiyatları ilə zəif təmin olunmuş ölkələr sırasında olduğundan, suvarma əkinçiliyi üçün də ölkənin su ehtiyatlarından qənaətlə istifadə edilməlidir: "Çünki çaylarımızın əksər hissəsi xaricdə - Gürcüstanda, Ermənistanda formalaşaraq Azərbaycana daxil olur. Onlar da istənilən vaxt ölkəmizə daxil olan suyun həcmini azalda bilirlər. Buna görə də quraqlığa daha davamlı bitki növləri əkilməlidir ki, su ehtiyatlarına qənaət edə bilək". Qeyd edək ki, Coğrafiya İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən qiymətləndirib. Məlum olub ki, Azərbaycanın bütün ərazisində havanın temperaturu 0,2-0,9 dərəcə yüksəlib. Temperaturun ən çox yüksəlməsi Aran, ən az yüksəlməsi dağlıq rayonlarda müşahidə edilib. Bununla yanaşı, ölkə üzrə buludlu günlərin sayı azalıb, Naxçıvan Muxtar Respublikasında, Bakıda, Abşeron yarımadasında, Lənkəranda günəşli günlərin sayı artıb, Şəki-Zaqatala, Quba-Xaçmaz zonalarında günəşli günlərin sayı azalıb. Tədqiqatlar nəticəsində Azərbaycanda yağıntıların miqdarının 15-80 mm azaldığı da məlum olub.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Bənzərsiz səs-Müslüm Maqomayev
Şəkiyə güclü qar yağıb
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Doğum evinə getməyə hazırlaşanlar üçün
İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni görüntülər – VİDEO
Dünya qaranlığa qərq oldu
Bakı məktəblərində yeni tədris ilinə hazırlıq işləri görülür
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
Budapeştdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Azərbaycanda təhsil alan afrikalı tələbə qız: "Məni ələ salırlar..."
"Qarabağ"ın kapitanı benzinin bahalaşmasından danışdı
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Səhər yeməyi yeməməyin ziyanları
Yazıçı Anarın əsərinə qadağa qoyuldu?
Stul köməyi ilə edilə biləcək 10 idman hərəkəti
Sevginin üç növü (2)
Azərbaycanda bu gün koronavirusdan ölən olmadı: 139 yeni yoluxma - FOTO
Azərbaycanda pensiya ödənişləri artacaq
Günün ulduz falı - 05.09.2013
Ermənistandan Gürcüstana daha bir xəyanət
Heydər Əliyevin doğum günü münasibətilə onlayn konsert olacaq
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Azərbaycanda avtomobil bahalaşıb - STATİSTİKA
Aslı və Muradın barışıq xəbəri yalan çıxdı
Problemlərimiz barədə kimdən məsləhət almalıyıq?
Miqrantlar üçün ən yaxşı ölkələr
HAVA necə olacaq?
Sabah güclü yağış olacaq - Xəbərdarlıq
"Qəfil bir zəng"
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Ermənilər kəndlərimizi yandırıcı güllələrlə gülləbaran etdi
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
“Facebook” yenə çökdü
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
HAVA necə olacaq?
Çiyələkli piroq (foto resept)
Rəhbərlik etmək arzusu insanı həlak edər
Manatla bağlı xoş xəbər
Bakının balıq bazarından dəhşətli fakt
Uhanda yeni koronavirusa yoluxma halları aşkarlandı
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Colidən növbəti xeyirxah addım
Yanukoviçi prezident rütbəsindən məhrum edildi
HAVA necə olacaq? 17-yanvar
Sürətli saç uzatma
Bu qidaları soyuducuya qoymaq olmaz!
Balın faydaları