Mədə-bağırsaq xəstəlikləri
Xarab olmuş yeməyi yedikdə zəhərlənmə baş verə bilər. Zəhərlənmə zamanı mədəni yumaq və qidanı ordan çıxarmaq lazımdır. Bunun üçün xəstə bir neçə stəkan ilıq su içməli, dilin dibini, yaxud udlağın arxa divarını çay qaşığı ilə qıcıqlandırıb özünü qusdurmalıdır.
Qida ilə birlikdə həzm kanalına xəstəlik törədən mikroorqanizimlər keçir. Bunların çoxu ağız suyundakı maddələrin təsirindən ölür. Bəzi mikrobları mədə şirəsinin tərkibindəki xlorid turşusu və öddəki maddələr zərərsizləşdirir. Lakin elə mikroorqanizimlərdə vardır ki, həmin maddələrin təsirinə dözümlüdür. Bunlar bağırsaqlarda törəyib artan qarın yatalağı, dizenteriya, vəba və s. kimi infeksion xəstəliklər törədir. Həmin xəstəlik törədicilərinin ifraz etdiyi zəhərlər orqanizmi zəhərləyir.
Dezinteriya, qarın yatalığı və vəba olduqca yoluxucudur. Buna görə də bu xəstəliklərə tutulmuş xəstələri dərhal xəstəxanaya göndərmək, mənzili isə dezinfeksiya etmək lazımdır.
Çox vaxt bağırsaq xəstəlikləri ilə yoluxma suyunu işlətdiyimiz su quyularına, çaylarına və başqa su hövzələrinə çirkab suları qarışdırdıqda baş verir. Bağırsaq xəstəliklərinin törədicilərini milçəklər də yayır. Xəstəliktörədici mikrobların bir qismi xəstənin işlətdiyi əşyalardan da keçir.
Bağırsaq infeksiyaları ilə mübarizədə antibiotiklərdən istifadə edilir. Lakin bunları həkimin nəzarəti altında qəbul etmək lazımdır. Antibiotiklər xəstəliktörədici mikroorqanizimlərdən başqa, faydalı bakteriyaları da, məsələn: bağırsaq çöpünü də öldürüb həzm prosesini ağır dərəcədə pozur. Bu isə öz növbəsində insanın sağlamlığına mənfi təsir edir. Belə hallarda qatıq, süzmə, tərəvəz, meyvə, kəpəkli undan bişirilmiş çörək yemək bağırsaq bakteriyalarının yaşama qabiliyyətini bərpa etməyə və həzm proseslərini qaydaya salmağa kömək edir.
Qurd xəstəlikləri
Bağırsaq qurdlarının yumurtaları düşmüş qida xəstəlik mənbəyidir. İnsan yağda yaxşı qızardılmamış, yaxud yaxşı bişirilməmiş əti yedikdə onun bədəninə soliter adlanan qurdlar keçir. Çiy balıq ətində də qurdlar ola bilər.
Bağırsaq və qurd xəstəliklərinin qarşısını almağın yolları.
Adam adi gigiyena qaydalarına riayət etmədikdə çox vaxt onun həzm kanalına mikroblar və zəhərlər düşür.
Yadda saxlayın: yeməkdən qabaq əlləri yaxşı yumalı, tərəvəz və meyvələri yaxşı yuduqfan sonra yeməli, toz düşməməsi və milçək qonmaması üçün qidanın üzərini örtməli, hər vasitə ilə milçəkləri qırmalı, çiy su içməməli, ət və balığı yaxşı bişirib, ya da yaxşı qızardıb yeməli. Ölkəmizdə dizenteriya və qarın yatalığına qarşı qoruyucu peyvəndlər tətbiq olunur. Bu cür peyvəndlər adətən yayda şiddətlənən epidemiyaların qarşısını alır və onları yayılmağa qoymur. Qurd xəstəliklərinin qarşısını almaq üçün məktəblərdə bütün şagirdləri müayinədən keçirib və xəstələrə müayinə tətbiq olunmalıdır.
Köməkçi vasitələr:
1.Pişikotu suyunu hazırlamaq üçün 1 xörək qaşığı doğranmış köklərdən 1 stəkan qaynadılıb soyudulmuş suya tökmək və 6-8 saatdan sonra süzərək, günə 3 dəfə 1 x/q içmək məsləhətdir.
2. Qırxbuğum otundan 1 x/q 0,5 litr isti suya töküb 10 dəqiqə qaynadaraq soyudub, süzmək lazımdır. Mədə-bağırsaq sistemi iltihablarında gündə 3-4 dəfə 1\2 stəkan içmək məsləhətdir.
3. Dazıotu büzüşdürücü, iltihaba qarşı, bakteriya əleyhinə, qankəsici, ödqovucu xassəyə malikdir. Dəmləməsi mədə-bağırsaq xəstəliklərində istifadə olunur. Dəmləmə hazırlamaq üçün doğranmış otdan bir ç/q götürüb qaynar suya tökərək, 15 dəqiqə zəif od üzərində saxlayaraq süzmək lazımdır. Gündə 3 dəfə 1\4 stəkan içmək məsləhətdir.
5. Meşə çiyələklərinin yarpaqlarından 1 x/q 2 stəkan qaynadılmış soyuq suya tökülb, 6-8 satdan sonra süzmək lazımdır. Qastiritdə, yoğun və nazik bağırsaqların iltihabı zamanı, ishalda gündə 1\2 stəkan içilir.
6. Mədə-bağırsaq yolxucu xəstəliklərində gündə 2-3 diş sarımsaq yemək məsləhətdir.
Köməkçi vasitələri istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
XƏBƏR LENTİ
Günün ulduz falı - 16.09.2013
Azərbaycan kəlağayısı Qeyri-maddi mədəni irs Siyahısına daxil edilə bilər
Yay aylarının ən faydalı meyvələri
Qeyri-adi hallarda görə biləcəyiniz şəkillər
5 ən qorxulu reklam çarxı...
Ürəyi infarktdan qoruyan 10 faydalı qida
Hər gün aldığımız bu qidalar xərçəng yaradır-SİYAHI
Mətbəx üçün praktik məsləhətlər
Valideyinlərə SOS - Uşaqlar necə "zəhərlənir"?
Bu da yeni "iPhone"
Toxumağı öyrənək. Dərs-3
Dahilərdən gözəl sözlər-9
Cizgi filmləri xatırladan kafe
Uşaqlar üçün ad günü tortları
Zərif xanımlar üçün gecəliklər
Nişan şirniyyatları
Ah, qadınlar!
1 sözdən ibarət kitab
Sıla YENİ İMİCDƏ-FOTO
Kadırov bütün müsəlmanların əvəzinə sərt cavab verdi
Şəhidimizin ailəsinə yazdığı son məktub
Bulvarda 15 gün "Lazer şou" olacaq
Qızımıza yubka hazırlayaq
İtə ataram, yada satmaram !
Dərini cavanlaşdıran maska
Hava haqqında - 13.03.2014
Saçını yığmağı sevənlər üçün saç modelləri
Sürücülərin nəzərinə: 4 gün qaldı
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Britaniyalı sarışınları saç boyalarından məhrum edə bilərlər
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Putin İrəvanı susdurdu
"Instagram"da Yeni TƏLƏB
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Mayli Sayrus onunla bir evə köçdü
Uşaqların öz məhkəməsi olsun
Azərbaycanda mülayim hava şəraiti nə vaxta qədər davam edəcək?
Xocavəndin Böyük Tağlar kəndindən görüntülər - VİDEO
Arıqlamaq üçün səhərlər nə yeməli?
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Dünyanın ən varlı adamının gəlini olacaq-FOTO
Qadın.Net-lilərin qorxu dolu anları (I hissə)
Gözəlliyi ilə seçilən quşlar
Küçə rəssamının əlvan velosipedləri - FOTO
ÇÖKDÜRMƏ KABABI
Bulvarda yeni attraksionlar
Kral Oksanadan boşandı-SƏBƏB
Sadə çantaya dekorasiya vermək
Eşqə oyanmaq
Ağbənd sərhəd zastavasında Azərbaycan bayrağı dalğalanır - VİDEO
- ŞƏRHLƏR