Deyirlər "Gözlər qəlbin aynasıdır" - bəs qaşlar? Bizə qaşlar ümümiyyətlə lazımdırmı?
Ondan başlayım ki, Allah necə ki təbiətdə, eləcə də insan bədənində hər bir üzvə bir funksiya verərək yaradib! Heç kəs deyə bilməz ki, məndə filan orqan və ya üzv artıqdır və mən ondan heç istifadə etmirəm! Eləcə də qaşlarımız bizə lazımlı əzalardandır. Amma aramızda elə xanımlarımız da var ki, öz təbii qaşlarını təmizləyib tatuaj olunmuş qaşları üstün tuturlar. Bəs tatuaj olunmuş qaşlar bizi "gözəl" göstərdiyi kimi müdafiyyə də edirmi?
Düşünürəm ki, qaşlarımızın funksiyalarını sadaladıqdan sonra qaşlarınızı tatuaj etməmişdən öncə iki dəfə düşünməli olacaqsız!
İnk öncə qeyd edim ki, hər birimiz tərləyirik və əksərən də alın nahiyyədən tərin axdığının şahidi oluruq. Amma bu tər heç də axıb bizim gözümüzə tökülmür - gicgahlarımızla üzü aşağı axır. Bu prosesi tənzimləyən bizim qaşlarımızdır.
1. Gözlərimizi yağan yağışdan kipriklərlə yanaşı qaşlar da qoruyur. Su damcıları öz istiqamətini dəyişmış olur. Bu da yağış suyunun görməmizi bulandırmasının qarşısını alır.
2. Gözlərimizi günəşin şüalarından qoruyur. Onun kölgəsi günəş şüalarının birbaşa gözə düşməsinin qarşısını alır.
3. Qaşlar hislərinizi ifadə edir - təəccüb, sevinc, kədər və s. İnsanın üzü belə görünmədən qaşların forması ilə bu ifadələrin hansını yaşamasını təyin etmək olar.
Fikir versək görərik ki, sağlam orqanizmdə yaş ötdüksə saçlar ağarıb tökülsə də qaş və kipriklər yerində qalır. Onun tökülməsi göbələk və bakteriyaların törətdiyi dəri xəstəlikləri və horman pozğunluğu zamanı ola bilər.
"Qaş" deyib keçməyin, "gözlər qəlbin aynasıdırsa, qaşlar da onun bəzəkli çərçivəsidir" Qaş dəbə baxmır, o sizin üz quruluşunuza yaraşan olmaldır. Qaşlarınızı alarkən onun sizin üzünüzə yaraşan formasını seçməlisin və belə ki, o sizin üz qüsurlarınızı gizlətməyə də xidmət etməlidir.
Qaşları alt hissədən kənar tüklərini təmizləməklə almağa başlayın və çıxış istiqamətində çıxarın, əks halda o qırılacaq. Üst hissəsinə isə dəyməyin ya da çox qalındısa azca incəldin. Eyni yerdən həmişə alınan tüklər həmin hissədə seyrələ və ya heç çıxmaya da bilər.
Qaşlarınızda boşluqlar varsa qaş darağı ilə onları aşağı darayın və boşluqları xüsusi qaş qələmi ilə nasik cizgilərlə doldurun və daraqla qaşlarınızı yuxarı darayıb təbii görünüşü verin.
Kvadrat üz quruluşu olan xanımlara qalın qaşlar yaraşır. Yumru üzlü xanımlar qövs şəkilli, uzun üzlu xanımlara qalın - qövsü qaşlar yaraşır. Oval üz quruluşu xanımlar daha şanslıdırlar belə ki, onlara hər bir model yaraşır və ən ideal variant uzun - iti uclu qaşlardır.
2013-2014 cü ilin dəbində də təbiiliyə daha çox üstünlük veriləcək. Qaşlar da qələmlə çəkilmiş kimi görünməməlidir. Qaşlarınızı tatuaj etdirməyin və ya çox naziklətməyin. Qalın, təbii görünüslü qaşlar daha yaxşıdır. Dəb mütəxəssisləri qaşların rənglənməsini məsləhət görmürlər. Əgər onlar çox seyrəkdirsə o zaman saçlarınızın və istifadə etdiyiniz tuşun rənginə zidd olan qələmdən istifadə etmək olmaz.
Hər kəs Kara Delevini, Runi Mara,Kira Naitli kimi ideal qalın qaşlara sahib deyil.
Qaşların da qulluğa ehtiyac duyur.
Nə qədər qeyd olunsa da ki, qalın və təbii qaşlar dəbdədir, heç də hər kəs buna riyayət etmir. Hər bir xanım öz zövqünə görə qaşlarına forma verir. Bu da ondan xəbər veriri ki, qaşların forması insan xasiyyətindən xəbər verir. Qeyd edim ki, qalın saç və qaşlara sahib olan qadınların qanında kişi hormonu olan tesstesteronun miqdarının çox olmasına işarədir. Ona görə də belə qadınlar azad olmağa üstünlük verir və gördüyü bütün işlərini planlı şəkildə edir və sonda mütləq nəaliyyət əldə etməyə çalışır. Orta qalınlıqlı qaşlara sahib olanlar cinsi bərarərliyin tərəfdarı olanlardır. Nazik qaşlı olanlar isə özlərini daha aciz hiss edir və daima yanlarında güclü birinin olmasına ehtiyac duyur. Qaşlarınızı çox incətməyin, çünki bu sizin arzuolunnmaz biri kimi özünüzü təqdim etməyiniz kimi qiymətləndirilə bilər.
Təbii olaq, gözəl görünək!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bənzərsiz səs-Müslüm Maqomayev
Şəkiyə güclü qar yağıb
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Doğum evinə getməyə hazırlaşanlar üçün
İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni görüntülər – VİDEO
Dünya qaranlığa qərq oldu
Bakı məktəblərində yeni tədris ilinə hazırlıq işləri görülür
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
Budapeştdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Azərbaycanda təhsil alan afrikalı tələbə qız: "Məni ələ salırlar..."
"Qarabağ"ın kapitanı benzinin bahalaşmasından danışdı
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Səhər yeməyi yeməməyin ziyanları
Yazıçı Anarın əsərinə qadağa qoyuldu?
Stul köməyi ilə edilə biləcək 10 idman hərəkəti
Sevginin üç növü (2)
Azərbaycanda bu gün koronavirusdan ölən olmadı: 139 yeni yoluxma - FOTO
Azərbaycanda pensiya ödənişləri artacaq
Günün ulduz falı - 05.09.2013
Ermənistandan Gürcüstana daha bir xəyanət
Heydər Əliyevin doğum günü münasibətilə onlayn konsert olacaq
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Azərbaycanda avtomobil bahalaşıb - STATİSTİKA
Aslı və Muradın barışıq xəbəri yalan çıxdı
Problemlərimiz barədə kimdən məsləhət almalıyıq?
Miqrantlar üçün ən yaxşı ölkələr
HAVA necə olacaq?
Sabah güclü yağış olacaq - Xəbərdarlıq
"Qəfil bir zəng"
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Ermənilər kəndlərimizi yandırıcı güllələrlə gülləbaran etdi
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
“Facebook” yenə çökdü
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
HAVA necə olacaq?
Çiyələkli piroq (foto resept)
Rəhbərlik etmək arzusu insanı həlak edər
Manatla bağlı xoş xəbər
Bakının balıq bazarından dəhşətli fakt
Uhanda yeni koronavirusa yoluxma halları aşkarlandı
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Colidən növbəti xeyirxah addım
Yanukoviçi prezident rütbəsindən məhrum edildi
HAVA necə olacaq? 17-yanvar
Sürətli saç uzatma
Bu qidaları soyuducuya qoymaq olmaz!
Balın faydaları
- ŞƏRHLƏR