Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam 10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38086

Mürəbbələrin faydaları

Mürəbbələrin faydaları

Artıq qış gəlir, hamı qışa tədarük görür. Komportlar, tutmalar, konservlər, mürəbbələr. 

Ev şəraitində hamı mürəbbə bişirir, lakin bu işin incəliyini hamı bilmir. Əvvəla mürəbbə emallı ləyəndə, az miqdarda, 2-3 kq. bişirilməlidir. Əgər alüminium ləyəndə bişirilsə, mürəbbə bişdikdən sonra başqa qaba boşaldılmalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tez buxarlansın. Bişib və soyudulmuş halda şüşə, saxsı küplərə töküb sərin yerdə saxlanmalıdır.

Mürəbbə bişirmək üçün tam yetişmiş, bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Vaxtı ötmüş meyvədən isə mürəbbə əzilmiş formada olur. Yaxşı olar ki, orta irilikdə olan meyvədən mürəbbə hazırlansın. İri olan meyvəni məsələn alma, heyva doğranıb bişirilsin. Doğranılıb bişirilən zaman, meyvə qaralmasın deyə onları 0,5 -1 %li limonlu suda saxlamaq yaxşıdır. Alça, göyəm, gavalı mütləq bir-iki yerdən deşilməlidir ki, şərbət meyvəyə keçsin. Yumşaq meyvələr əhəng məhlulunda saxlanmalıdır ki, bişmə zamanı əzilməsin. Mürəbbələr müxtəlif cür hazırlanır. Birbaşa və bir neçə dəfə bişirilmə üsulu ilə hazırlanır. Meyvələr əzilməsin deyə bir neçə dəfəyə bişirilir.

Mürəbbələrin faydaları

Mürəbbə bişirilərkən əmələ gələn köpük arada yığılmalıdır. Çalışmaq lazımdır ki, mürəbbənin içində köpük qalmasın. Limon turşusu bişməyə 10 dəqiqə qalmış əlavə edilir. Mürəbbənin hazır olmasını bilmək üçün bir neçə üsul var, əgər meyvə və gilə meyvə bişmişsə, onlar şirənin içində bərabər yayılır. Nəlbəkiyə töküb soyudulmuş azacıq mürəbbə şirəsini qaşıqla sıyırıb iki yerə ayırırıq və o uzun müddət birləşmir. Soyumuş mürəbbə damcısı yayılmadan öz formasını saxlayır. Bəzi meyvələr bişdikdə rəngi şəffaflaşır.

Hazır mürəbbəni 12 saat soyutmaq lazımdır. Soyuma zamanı ağzını qapaq və qəzetlə örtmək olmaz. Tənziflə örtülməlidir. Qapaqla örtüldüyü zaman qapaqda buxar suya dönür və mürəbbənin içinə tökülür, nəticədə mürəbbə turşuya bilər. Bankalar yuyulub və qurulanmış halda olmalıdır. Mürəbbəni bankaya yığdıqda fikir verməliyik ki, meyvə şirə ilə eyni bərabərlikdə olsun.

Xarlanmış mürəbbəni hər kiloqramına 3 xörək qaşığı su əlavə edib 5-8 dəq. qarışdırıla-qarışdırıla bişirilir. Qıcqırmış mürəbbə hər kiloqramına 200 qr toz-şəkər əlavə edilib yenidən qaynadılır. Əmələ gələn kəf yığılıb yenidən bankaya yığılır.

Mürəbbələrin faydaları

Əhəng məhlulunu hazırlamaq üçün 250 q əhəng 5 lıtr suda həll edilir, çökdürülür və tənzifdən süzülüb istifadə olunur.

Albalı mürəbbəsi - sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir.

Alma mürrəbbəsi - ürək bulanmaya qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir.

Badamdan hazırlanan mürəbbə öskürəyə görə çox yaxşıdır.

Qabaq mürəbbəsi bal və şəkərlə hazırlanır. Bal ilə hazırlanan mürəbbə cinsi həvəs artırır, bədəni kökəldir, qəbizliyə kömək edir. Bədən tərəfindən çox məsrəf olunandır, daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazırlanan mürəbbə təmiz qan yaradır. Sinə ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır.

Qarpız mürəbbəsi qorxu və vasvasalığı, sinə ağrısı, mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün işlədilir.

Qoz mürəbbəsi bədəni qüvvətləndirir, cinsi fəaliyyəti gücləndirir. Bel ağrısı və əsəbə qarşı xeyirlidir.

Zəncəfil mürəbbəsi sidik qovucu təsirə malikdir, mədə, böyrək və sidik kisəsini isti saxlayır. Bəlğəmə qarşı faydalıdır.

Yerkökü mürəbbəsi səsi və ağ ciyəri təmizləyir. Öskürəyi kəsir və qara ciyər üçün xeyirlidir, həzmə kömək edir, mədəni və cinsi fəaliyyəti qücləndirir.

Mürəbbələrin faydaları

Qənd iıə hazırlanan gülqənd və ya gülşəkər, bal ilə hazırlanan güləngəbin adlanılır. Bal ilə təsiri 4 ilədək təsir edir, qənd ilə hazırlanan 2 ilədək qalır. Hər ikisi də başı, mədəni, beyni möhkəmləndirir. Gül ləçəklərini toxumlardan və əlavə zibillərdən təmizlənir, döyüb qənd ilə qarışdırılır. Sonra qatışığı şüşə qaba töküb günün altında 40 gün ərzində saxlanılır. Gül və qəndin miqdarı eyni olmalıdır.

Bal ilə olan oynaq ağrları, iflic, böyrək və sidik kisəsində olan daş, sidik tutulması zamanı faydalıdır. Ona 1/4 ölçüsündə zirə qatmaq mədə-bağlrsaqdakı qəliz qazları həll edir, bel ağrısı və həzm üçün yararlıdır.

Naringi və limon mürəbbəsi ödü sakitləşdirir, mədəni və ürəyi möhləmləndirir.

Püstə mürəbbəsi ürək, mədə, qaraciyər və beyni möhkəmləndirir.

Heyva mürəbbəsi həzm üçün münasibdir. Ürəkbulanma və ishala qarşı təsirlidir. Tumu isə öskürəyə qarşı çox xeyirlidir. Tumunu fincana qoyub üzərinə qaynar su əlavə edib dəmə qoyub, sonra ilıq halda yeyilir.

Səslərin sayı: 8
55
18636
loading...
Şərhlər
Offline
Yağmur....)
Dadlı gorunur sevırem çıyelek mürebbesını.
10 avqust 2017 11:56
Offline
איסון ממדוב.
Murebbeleri cox sevirem ciyelekdise lap bankanin sonuna cixmasam el cekmerem nyam
16 noyabr 2014 18:26
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Naile Ehmedli
tesekkkkur/allah raz; olsun
20 yanvar 2014 12:32
Offline
yagmur hesenova
mende murebbeleri cox sevirem.en sevdiyim myrebbe erik murebbesidi.mamamdi deye demirem am erik murebbesini cox dadli bisirir
24 dekabr 2013 00:49
Offline
SEVA
cox faydali xeberdi baci tesekkurler.mende murebbeynen cay icmeyi sevirem.ama en cox sevdiyim murebbe qarpizdir.ama mene iki ildiki qarpiz murebbesini yemeye qismet olmur.tesekkurler. unknown
26 noyabr 2013 22:16
Offline
Elnur Məmmədov
Xəbərdi şəkillərlə bəzəyən redaksiyaya da təşəkkür..hər adamın əlindən eyni reseptlə bişsə də,eyni cür alınmır mürəbələr...əllərin yorulmasın,canım...diln şəkər qənddisə,mürəbbəni neynirəm?!
25 noyabr 2013 17:48
Offline
Deniz Memmedli
bye cox gozel mende murebbeler sevirem
25 noyabr 2013 16:13
Offline
Maya
tesekkurler.sevdiyim murebbe encil ,erik ve ciyelek murebbesidir
25 noyabr 2013 13:09
Offline
_BeautifuL_
maraqli idi.bezilerini dimek olarki bilirdim.. murebbenide coooooooox sevirem... nyam
25 noyabr 2013 11:17
Offline
Ayka S
Aytac Mammedova,
3 olmur hele var az qala 10 catir
25 noyabr 2013 09:13
Offline
S U S E N _BACI
ELA ONSUZDA SIRNIYCUN OLLEM
MURBBE VAY VAY
COX SAGOL
25 noyabr 2013 09:10
Offline
Aytac Mammedova
Ayka S,
çoxsağol şərhə görə,canım mənim adaşığ məyər,lap əla Aytac 3 dənə oldu
24 noyabr 2013 17:05
Offline
Ayka S
Murebellerin hamisini sevirem melumatlar ucun cooooooooox sagol ADAŞ
24 noyabr 2013 16:59
Offline
Emma Eliyeva
duzdu en cox murebbelere qis aylarinda istifade edirik bir cox xesteliklerin demanidi ve insanlar terefinden sevilerek istafade edilir mende cox xoslayiram esasen de ciyelek murebbesini melumata gore tsk biggrin
24 noyabr 2013 14:03
Offline
TEVEKKUL ETDIM ALLAHA
cox sag olun maraqli idi en cox sevdiyim murebbe heyva ve saftalidi bayiliram onlarin dadina nyam good
24 noyabr 2013 13:03
Offline
Дождь ♪
Deyirlər qoz mürəbbəsi daha da xeyirlidir..
Mən mürəbbəli çay içə bilmirəm bütün ollerjiya verirəm.(
24 noyabr 2013 09:49
Offline
AFET
mürebbeleri çox sevirem çalışıramki yayda hamısınnan hazırlayam çaynan içilir bizde teşekkürler
24 noyabr 2013 08:47
Offline
Qəribə
Chox deyerli melumatlardir, chox sag olun Bacim. give_ros
24 noyabr 2013 01:30
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Hemolina
Çox maraqlı xəbərdir. Təşəkkürlər. Bu il apensin və kəklikotu mürəbbəsi yemişəm. Çox ləzzətli idi. Hamıya məsləhətdir. good
24 noyabr 2013 00:49
Offline
Aysun Memmedova
BEZILERI HAQQDA MELUMATIM VAR IDI YENEDE MELUMAT UCUN TESEKKUR
23 noyabr 2013 22:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır