Artıq qış gəlir, hamı qışa tədarük görür. Komportlar, tutmalar, konservlər, mürəbbələr.
Ev şəraitində hamı mürəbbə bişirir, lakin bu işin incəliyini hamı bilmir. Əvvəla mürəbbə emallı ləyəndə, az miqdarda, 2-3 kq. bişirilməlidir. Əgər alüminium ləyəndə bişirilsə, mürəbbə bişdikdən sonra başqa qaba boşaldılmalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tez buxarlansın. Bişib və soyudulmuş halda şüşə, saxsı küplərə töküb sərin yerdə saxlanmalıdır.
Mürəbbə bişirmək üçün tam yetişmiş, bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Vaxtı ötmüş meyvədən isə mürəbbə əzilmiş formada olur. Yaxşı olar ki, orta irilikdə olan meyvədən mürəbbə hazırlansın. İri olan meyvəni məsələn alma, heyva doğranıb bişirilsin. Doğranılıb bişirilən zaman, meyvə qaralmasın deyə onları 0,5 -1 %li limonlu suda saxlamaq yaxşıdır. Alça, göyəm, gavalı mütləq bir-iki yerdən deşilməlidir ki, şərbət meyvəyə keçsin. Yumşaq meyvələr əhəng məhlulunda saxlanmalıdır ki, bişmə zamanı əzilməsin. Mürəbbələr müxtəlif cür hazırlanır. Birbaşa və bir neçə dəfə bişirilmə üsulu ilə hazırlanır. Meyvələr əzilməsin deyə bir neçə dəfəyə bişirilir.
Mürəbbə bişirilərkən əmələ gələn köpük arada yığılmalıdır. Çalışmaq lazımdır ki, mürəbbənin içində köpük qalmasın. Limon turşusu bişməyə 10 dəqiqə qalmış əlavə edilir. Mürəbbənin hazır olmasını bilmək üçün bir neçə üsul var, əgər meyvə və gilə meyvə bişmişsə, onlar şirənin içində bərabər yayılır. Nəlbəkiyə töküb soyudulmuş azacıq mürəbbə şirəsini qaşıqla sıyırıb iki yerə ayırırıq və o uzun müddət birləşmir. Soyumuş mürəbbə damcısı yayılmadan öz formasını saxlayır. Bəzi meyvələr bişdikdə rəngi şəffaflaşır.
Hazır mürəbbəni 12 saat soyutmaq lazımdır. Soyuma zamanı ağzını qapaq və qəzetlə örtmək olmaz. Tənziflə örtülməlidir. Qapaqla örtüldüyü zaman qapaqda buxar suya dönür və mürəbbənin içinə tökülür, nəticədə mürəbbə turşuya bilər. Bankalar yuyulub və qurulanmış halda olmalıdır. Mürəbbəni bankaya yığdıqda fikir verməliyik ki, meyvə şirə ilə eyni bərabərlikdə olsun.
Xarlanmış mürəbbəni hər kiloqramına 3 xörək qaşığı su əlavə edib 5-8 dəq. qarışdırıla-qarışdırıla bişirilir. Qıcqırmış mürəbbə hər kiloqramına 200 qr toz-şəkər əlavə edilib yenidən qaynadılır. Əmələ gələn kəf yığılıb yenidən bankaya yığılır.
Əhəng məhlulunu hazırlamaq üçün 250 q əhəng 5 lıtr suda həll edilir, çökdürülür və tənzifdən süzülüb istifadə olunur.
Albalı mürəbbəsi - sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir.
Alma mürrəbbəsi - ürək bulanmaya qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir.
Badamdan hazırlanan mürəbbə öskürəyə görə çox yaxşıdır.
Qabaq mürəbbəsi bal və şəkərlə hazırlanır. Bal ilə hazırlanan mürəbbə cinsi həvəs artırır, bədəni kökəldir, qəbizliyə kömək edir. Bədən tərəfindən çox məsrəf olunandır, daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazırlanan mürəbbə təmiz qan yaradır. Sinə ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır.
Qarpız mürəbbəsi qorxu və vasvasalığı, sinə ağrısı, mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün işlədilir.
Qoz mürəbbəsi bədəni qüvvətləndirir, cinsi fəaliyyəti gücləndirir. Bel ağrısı və əsəbə qarşı xeyirlidir.
Zəncəfil mürəbbəsi sidik qovucu təsirə malikdir, mədə, böyrək və sidik kisəsini isti saxlayır. Bəlğəmə qarşı faydalıdır.
Yerkökü mürəbbəsi səsi və ağ ciyəri təmizləyir. Öskürəyi kəsir və qara ciyər üçün xeyirlidir, həzmə kömək edir, mədəni və cinsi fəaliyyəti qücləndirir.
Qənd iıə hazırlanan gülqənd və ya gülşəkər, bal ilə hazırlanan güləngəbin adlanılır. Bal ilə təsiri 4 ilədək təsir edir, qənd ilə hazırlanan 2 ilədək qalır. Hər ikisi də başı, mədəni, beyni möhkəmləndirir. Gül ləçəklərini toxumlardan və əlavə zibillərdən təmizlənir, döyüb qənd ilə qarışdırılır. Sonra qatışığı şüşə qaba töküb günün altında 40 gün ərzində saxlanılır. Gül və qəndin miqdarı eyni olmalıdır.
Bal ilə olan oynaq ağrları, iflic, böyrək və sidik kisəsində olan daş, sidik tutulması zamanı faydalıdır. Ona 1/4 ölçüsündə zirə qatmaq mədə-bağlrsaqdakı qəliz qazları həll edir, bel ağrısı və həzm üçün yararlıdır.
Naringi və limon mürəbbəsi ödü sakitləşdirir, mədəni və ürəyi möhləmləndirir.
Püstə mürəbbəsi ürək, mədə, qaraciyər və beyni möhkəmləndirir.
Heyva mürəbbəsi həzm üçün münasibdir. Ürəkbulanma və ishala qarşı təsirlidir. Tumu isə öskürəyə qarşı çox xeyirlidir. Tumunu fincana qoyub üzərinə qaynar su əlavə edib dəmə qoyub, sonra ilıq halda yeyilir.
XƏBƏR LENTİ
Tarixin ilk selfisi
Dövlət Komitəsinin yas qərarı nə oldu?
Merve Boluğurun anası qızının sevgilisindən danışdı
Bu dəfə yol bağlanmayacaq
190 manatlıq yardımla bağlı rəsmi açıqlama
Amerikanı məğlub edən ölkədən
Monika Belluçi imicini dəyişdi-FOTO
Bakıda 219 bina söküləcək: 11 min sakin köçürülür
Azərbaycanda havanın temperaturu yüksələcək
"Evlilik mənlik deyil" deyə düşünənlər
Bu gün Ərbəindir
Dində məcburiyyət yoxdur
Məşhur tərzi: Rihanna
Duzun bilinməyən faydaları
Milyarder qadının "ucuz" geyimi QALMAQAL yaratdı-FOTO
Baş komandan: "Türkiyə hər zaman Azərbaycanın yanında yer alacaq"
Bakıda yol çökdü
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Meyvə qabıqlarının faydaları
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı
Rulet formasında lazyana (foto resept)
Dünyanın sonu-1
Sevimli fiqurlar
"Xolesterini yüksək olan daha çox yaşayır"
Stil ikonuna çevrilən tayvanlı cütlük
Zəncəfilli-bəhməzli "Ev peçenyesi"
Ac qalmadan necə arıqlamalı?
BBC Maykl Ceksonun mahnılarına qadağa qoydu-SƏBƏB
Millimizin başına bu məşqçi keçsə, vay futbolçularımızın halına!
56 yaşında model olan Kathy Jacobs
Ev üsulu şirniyyat kremi (foto resept)
Xalq rəssamı vəfat etdi
Pulsuz maska paylanacaq
ABŞ xəbərdarlıq etdi
HAVA necə olacaq?
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı MÜHÜM QƏRAR
Bakı metrosu sutkalıq iş rejiminə keçir?
Bakıda Azərbaycan-Ermənistan qarşılaşması
Növbəti 4 günün havası AÇIQLANDI
Hava haqqında - 14.01.2014
Dəniz Səki arıqlayıb 57 kq oldu-FOTO
Azərbaycanda orqan köçürmənin qiymətlərinin
Nədir milli ruh?
20 ani çəkilmiş foto
V-forma gövdə əldə eləmək üçün 5 effektiv idman
"Dərs vaxtı"nın 22 sentyabr cədvəli AÇIQLANDI
Attraksion xarab oldu, insanlar bir neçə saat təhlükəli vəziyyətdə qaldılar - VİDEO
Daha 339 nəfərdə koronavirus aşkarlandı - 4 xəstə vəfat etdi
Özan Güven krantin günlərindən danışdı
Almaz ekranlı smartfon buraxılacaq
- ŞƏRHLƏR