Natamam səhər yeməyini çox zaman vaxtın çatışmazlığı ilə izah edirlər: ya yeməyi hazırlamağa vaxt yoxdur, ya da onu yeməyə. Bəziləri ümumiyyətlə səhərlər yemək yemirlər: bir fincan qəhvə və ya çay içir, iş yerində peçenye ilə dolanırlar. Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, beləcə həzm sisteminin "evi yıxılır": mədə xorası, qastrit, meteorizm və s. məhz səhər yeməyinin düzgün və tam yeyilməməsi nəticəsində yaranır.
Bunu anlayan adam səhvini düzəltməyə çalışır: səhər mədəsini nə iləsə doldurur. Bəziləri isə səhər süfrəsinə yoqurt, təbii qəhvə, isti kruassan kimi gözoxşayan təamları düzürlər. Bunun da öz "tikanları" var.
Bəs onda səhər yeməyindən nəyi çıxarmaq lazımdır?
Qəhvə. Təbii, gümrahlaşdırıcı, südlü və ya darçınlı - çoxları üçün onsuz səhər yeməyinin dadı yoxdur, ya da elə yeganə səhər yeməyidir. Əlbəttə, onun faydaları çoxdur, amma qəhvə ilə nəsə də yeyilməlidir. Əks halda onun tərkibindəki kofein mədənin selikli qişasını qıcıqlandırır, mədə çoxlu şirə buraxır, amma o şirənin əridəcəyi heç nə yoxdur; qəhvənin acısı isə öd kisəsindən lazımsız yerə öd axmasına səbəb olur.
Sitrus məhsulları. Sitrus şirələri, yaxud təzə portağal - populyar və son vaxtlar dəbə düşmüş səhər yeməyi sayılır. Bunlar çox faydalıdır, çünki C vitamini ilə zəngindir. Amma hər səhər sitrus şirəsi və ya meyvəsi qəbul etmək qastritin yaranma riskini artırır. İş burasındadır ki, sitrus məhsullarının tərkibində turşu çoxdur və o, mədəni aşındırır. Xroniki qastrit və turşuluğun çoxluğundan əziyyət çəkən adamlara belə qidalar məsləhət görülmür.
Yoqurt və qatıq. Heç bir faydası olmasa da, ədalət naminə demək lazımdır ki, orqanizmə heç bir zərəri də yoxdur. Sadəcə, neytral səhər yeməyidir. Günün başqa vaxtı içilən qatıq və yeyilən yoqurt daha faydalı olar, çünki tərkibində bağırsaq mikroflorasını normallaşdıran probiotiklər var. Səhər çağı isə mədənin aqressiv turş mühiti o probiotiklərdən əsər-əlamət qoymayacaq, bağırsaqlar da "döyüşçüsüz" qalacaq.
Mayalı un məmulatları. Səhər-səhər mayalı bişmişlər yemək meteorizmi artırır. Əvəzinə mayasız bişmişlərdən yeyin. Məsələn, çörək əvəzinə lavaş.
Şirniyyat. Hər səhər şirin qidalar yemək metabolizmi pozaraq şəkərli diabetə aparır. Bu cür yüklənmə mədəaltı vəzi aktiv işləməyə məcbur edir. O, cani-dildən işləyir, qana həddən artıq insulin buraxır, qanda şəkərin miqdarı normallaşır və nəticədə zəiflik və apatiya yaranır.
Yuxarıda sadaladıqlarımızı, əlbəttə ki, tamamilə səhər yeməyindən çıxarmaq olmaz. Sadəcə onlardan lazımi miqdarda və növbəli istifadə etmək lazımdır. Bunlardan başqa, sıyıqlar, müsli, kəsmik və digər süd məhsulları, buğda çörəyindən buterbrodlar, meyvə-tərəvəz, bişmiş yumurta da yeyin. Dietoloqlar məsləhət görürlər ki, günə sadə, ilıqdan bir az isti 1 stəkan su ilə başlamaq yaxşıdır. Suyu yavaş-yavaş için. O, mədə-bağırsağı "işə salacaq". Sonra isə balanslaşdırılmış səhər yeməyi yeyin.
Sağlam olun!
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanın adı dünyaca məşhur serialda
Məşhur vulkan yenə püskürdü
Dünyanın Ən Gənc Nənəsi 23 yaşındadır-FOTO
Yaddaşınızı zəiflədən səbəblər
"Uşağım" dəniz qırağında
Sabahın HAVASI
“Recep İvedik 6”nın çəkilişləri başladı - İlk FOTO
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Özcan Dəniz ata olacaq!
İşsizlər işlə təmin olunub
Ebolaya qarşı virus sınanır
Badamlı çörək (foto resept)
Xiaomi Apple-ı ötdü
Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO
Allergiya
Atatürk sevgisi Ginnesə sığmadı
Erməni yalanları ifşa edilir
Sinəsini böyütdü: yaddaşından və işindən oldu - FOTO
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Google Glass yasaqlandı
Yaşlanmanı gecikdirən bəsit üsul
Soyuq havalar üçün manikür modelləri
Beynəlxalq mükafata layiq görülmüş şəkillər
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Ən dayanıqlı ev tikildi
Smurfiklər şəhəri - FOTO
Pendirli kotlet (foto-resept)
Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı
10 illik koma: sərxoşa elə dərs verdilər ki...
Aforizmlər
Prezident İlham Əliyev: "Sankt-Peterburq görüşünün müsbət nəticələri var"
Ebru Şallının 3 qızıl qaydası
Karton qıza aşiq olan pinqvin öldü - FOTO
Məşhurların doğulduğu evlər (foto)
Kraliça işçi axtarır - 100 min manat maaş verəcək
Kainatımızın forması-Qaranlıq maddə(2)
Ramazan müxtəlifliyi
Üz dərisi üçün gimnastika
Ramazan ayına görə 500 məhsulun qiyməti endirildi
“Avroviziya”nın qalibi bəlli oldu
Seksin səkkiz möcüzəsi
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
Günün qoroskopu:Qətiyyətli olun
Yeni iş imkanı
Nişan şirniyyatları
Makiyaj etmədən gözəl görünməyin yolları
TQDK-dan abituriyentlərə ciddi xəbərdarlıq
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Günün ulduz falı - 21.02.2014
- ŞƏRHLƏR