Bakıda hava 14°
USD AZN
EUR AZN
09:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41116

Ebru sənəti

Ebru sənəti nədir? 

Ebru sənəti

     Ebru sənəti kağız bəzəmə sənətlərinin ən əhəmiyyətlilərindən biridir. Bütün Osmanlı sənətlərində olduğu kimi usta-şagird üsulu ilə öyrədilir.

     Ebru sənəti əslində rənglərin su ilə rəqsindən yaranan bir ahəngdir. Bəzi qaynaqlarda ebrunun "üz suyu" mənasını verən "ab-ı ru" sözündən, bəzi qaynaqlarda isə Orta Asiya dillərindən "damarlı parça və ya kağı"z mənasını verən "ebre"dən yarandığı bildirilsə də, sözün mənşəyi farsca olub, "bulud kimi" mənasını verən "ebri" sözündən yaranıb.

     Çətin və əmək istəyən bir sənət olan ebru geri dönüşü və təkrarı olmayan bir sənətdir.

     Bir çox yerlərdə bəzək məqsədiylə istifadə edilən ebru ənənəvi əl sənəti olmasına baxmayaraq, yaxın zamana qədər unudulma təhlükəsi ilə qarşı-qarşıya idi. Bu sənətə dünya səviyyəsində müxtəlif millətlər sahiblənməyə başlamışlar.

Ebrunun tarixi

Ebru sənəti

      Ebru sənətinin ilk dəfə nə vaxt və harada yarandığı məlum deyil. Tarixi və kimin tərəfindən yaranması məlum olmayan bəzi əsərlər vardır.

     Bu günkü qeydlərdə ən köhnə ebru 1595-ci ilə aiddir. Səba Məmməd Əfəndi imzasını daşıyır. Ancaq bir sənətin inkişafı və qəbul edilməsi üçün yüz illər keçməsi lazım olduğunu və qeydlərdə də dəqiq axtarış edilmədiyini düşünsək, bu sənətin daha qədimlərə söykənən bir keçmişi olduğunu qəbul etməliyik.

    Osmanlının son dövrlərində yaşamış olan Üsküdarlı Şeyx Sadiq Əfəndi ebru sənətinin incəliklərini öyrənmək üçün Buxaraya getmişdir. Bu da, ebru sənətinin Orta Asiya mənşəli olduğuna dair güclü dəlildir. Ebru sənətinin günümüzə çatmasında Üsküdarlı Şeyx Sadiqin böyük payı vardır. Osmanlıda Səba Məmməd əfəndidən sonrakı ən əhəmiyyətli ebru sənətçisi istanbullu Hatib Məmməd Əfəndidir.

     Ebru sənəti haqda ilk əsər 1608-cü ildə yazılıb və "Tərtib-i Risale-i Ebri" adlanır.    

 Ənənəvi türk ebru sənətində istifadə edilən vəsaitlər

Ebru sənəti

Kağız: Əmici xüsusiyyəti çox olanlarına üstünlük verilir. Adətən xəmir kağızından istifadə olunur.

Kitrə: Gəvən ağacı adlanan tikan otu bitkisindən əldə edilən, yapışma xüsusiyyəti az olan yapışqan növüdür. Suyla birlikdə qarışdırılaraq uyğun konsistensiya əldə edilir

Təknə: İçinə kitrə qoymaq üçün istifadə edilir.

Fırça: Fırçanın sapı elastik olduğu üçün gül budağından, tüklər isə at quyruğundan əldə edilir.

Boyalar: Ebru istehsalında ümumiyyətlə oksid qırmızı, oksid sarı, oksid qara rənglərindən istifadə edilir. Digər rənglər də bunların qarışığından əldə edilir. Gözəl ebru alınması üçün uyğun rənglərdən istifadə etmək vacibdir. Buna görə də ilk öncə tünd rənglərdən istifadə edilir.

Öd: Rənglərin kitrə üzərində qalmasını təmin edir. Boyanın içinə atılaraq istifadə edilir.

Biz: Böyük, qalın iynə olub, ebruya şəkil verməkdə istifadə edilir.

Ebru necə edilir? 

Ebru sənəti

      Ebru istehsalına başlamadan əvvəl seçiləcək kağızın ölçüsünə uyğun böyüklükdə bir təknə alınır, təknə kitrəli su ilə doldurulur.

     Ebru təknəsi alüminiumdan hazırlanmış listdir. Bir ovuc kitrə iki litr qədər su içində 2, 3 və ya 4 gün saxlanır, kitrə suyun içində yaxşıca şişməlidir. Şişən kitrəni suyun içində əl ilə yoğuraraq suya qarışdırmaq lazımdır. Hazırlanan maye tənzifdən süzülərək təmizlənir. Sonda təknəyə boşaldılır.

    Müxtəlif rənglərdə olan boyalar ayrı-ayrı iki şüşə səth (və ya keramika, xrom) arasında yaxşıca əzilir. Əzilmə əsnasında azca su qatılır. Əzilmədən sonra yaranan palçığa bənzər boyaya mal ödü qatılaraq 15 gün və ya bir ay qədər saxlanır. Boyanın öd turşusu ilə bişməsi təmin edilir. Daha sonra məmulata su vurularaq istifadə edilir. Boya açılmırsa, öd qatılır. Rəngi ​​açmaq üçün isə sudan istifadə edilir. Bir ebru bir dəfə edilə bilər.

     Hazırlanan boyaları fırça və ya metal çubuq köməyilə daha əvvəl hazırlanmış olan kitrəli suyun üst səthinə damcıladırlar. Edilən ebrunun necə olacağını deyil, nəyə bənzəyəcəyini bilə bilərik. Buna görə iki dəfə eyni ebru yaratmaq qeyri-mümkündür. Kağız təknəyə sərilir, iş tamamlanır.

     Kağız düz şəkildə təknə üzərinə qoyulur, görünüşün kağıza hopması təmin edilir. Kağız təmiz bir yerdə qurumağa qoyulur.

     Ebru texnikasında sənətçi boyaların kitrəli su üzərindəki dağılışına kifayət qədər hakim ola bilməz. Buna görə bir sıra qəlibləşmiş ebru tipləri meydana gəlmişdir.

Ebrunun növləri

Ebru sənəti

Battal ebru: Boyaların tünd rəngdən başlayaraq, açıq rəngə doğru fırça köməyiylə kitrəli su üzərinə səpilməklə əldə edilir. Boyalar daha sonra kağıza keçirilir. Sadə ebru növü kimi görünməklə yanaşı, boyaların səthdə bərabər miqdarda və böyüklükdə dağılmasını təmin etmək, xüsusilə ebruya yeni başlayanlar üçün çox da asan olmur. Digər ebru növlərinə keçə bilmək üçün əvvəl battal ebrunu doğru etmək lazımdır.

Gəl-get ebrusu: Battal ebru edildikdən sonra incə bir çubuq köməyilə üzərinə paralel xəttlər çəkilərək yaradılmışdır.

Şal ebrusu: Gəl-get ebrusu edildikdən sonra yenə incə bir çubuq köməyilə eninə üç ədəd, boyuna da iki ədəd S hərfi, bunların aralarına da istənildiyi kimi qövslər çəkilərək hazırlanır.

Somaki (mərmər) ebrusu: Gəl-get və ya şal ebrusu üzərinə fırça köməyilə battal ebru edilərək yaradılır.

Daraqlı ebru: Ebru təknəsinin enindən 5 mm. kiçik taxtalarla, müəyyən aralıqlarla düzülmüş iynə, tel və ya incə mismar ilə hazırlanan daraqdan istifadə edilir. Əvvəl gəl-get ebrusu yaradılır, daha sonra gəl-get eninə hazırlanıbsa uzununa, uzununa hazırlanıbsa eninə daraq vasitəsilə darama edilir. Üzərinə eninə və ya uzununa S hərfləri çəkilərək daraqlı şal ebrusu yaratmaq olar.

Yüngül ebru: Üzərinə daha sonra yazı yazmaq üçün yaradılan, rəngləri solğun və cansız olan ebrulardır. Burada yazı ön plana çıxır. Hazırlanan kitrəyə su əlavə etməklə və boyalara da damcı köməyilə öd və su əlavə edilərək yaradılan vəsaitlərlə həyata keçirilir.

Akkaş ebru: Ərəb yapışqanından istifadə edərək ebrunun bəzi qisimləri bağlanır. Sonra daha tünd ebru edilir.

Yazılı ebru: Ərəb yapışqanı ilə yazılan yazıların olduğu qisim boya almır və o hissə boş qalır.

Hatib ebrusu: Təknəyə battal ebru edilir, sonra hatib ebrusunda istifadə edilən rənglər seçilir. Təknənin boyuna və eninə dörd-beş ədəd bərabər aralıqlarla boya damladılır, içlərinə digər rənglər də eyni şəkildə damladılır. Burada boyaların ölçülərinin bərabər olmasına diqqət yetirmək lazımdır. Daha sonra çubuq köməyilə şəkil verilir.

Çiçəkli ebrular: Təknəyə battal ebrusu edilib üzərinə çubuqlar köməyilə lalə, qərənfil, çobanyastığı kimi çiçəklər çəkilməklə hazırlanır.


Səslərin sayı: 11
66
14212
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
BU SENETI COX SEVIREM girl_ten
14 yanvar 2014 23:16
Offline
Ulker.Agamali
cox gozel senet isidir Kurdlar vadisinin Omer babsinda gormusem ilk defe heyran olmusam Bizde de varmi goresen?
1 noyabr 2013 11:56
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
KÖVSƏR
insanin butun eseblerini sakitlesdirir. no
17 oktyabr 2013 16:37
Offline
wwwww
cox maraqli senetdi.menim xalamin yoldawi turkdu,oda mene ebruda qizilgul vermiwdi,superdi))
29 iyul 2013 16:10
Offline
leyla meherremova
MARAQLI GELIR MENE BU SENET,TWK.
5 iyun 2013 15:34
Offline
J e a l o u s y
Cetin,eyni zamanda cox gozel senetdir.Melumata gore cox sagolun
2 iyun 2013 12:44
Offline
MAYA EL
ətraflı məlumatım yox idi sayənizdə öyrəndim çox saq olun
31 may 2013 22:55
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Nigar
superdir bacim sevirem bele el qabliyyeti olan insanlari
28 may 2013 17:52
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Rojda
BENIM KUZENIM EBRULI SANATININ USTASI, BIR KAC DEFA BENDE DENEDIM AMA YAPAMADIM. BU KONUYA DEGINDIYINIZ ICIN COOOOOOK TESEKKUR EDERIM CANIM. air_kiss

GulenaY,
COK BILIYORSUN SEN DIKKAT ET HAM DER YERLER SENI TATLI WEY. lol
28 may 2013 14:55
Offline
jasmin gulum
cox sevirem bu seneti ama bacarmiram.
28 may 2013 13:32
Offline
Ciceyim
Cox maraqli senetdir. Xeber ucun twk
27 may 2013 20:24
Offline
Kamailba
Günün müəllifini ürəkdən təbrik edirəm kiss
27 may 2013 19:53
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
PƏRVANƏ ƏLİYEVA......
Cox saqol bacim.Cox maraqli idi..teshakkur edirem.. give_ros
27 may 2013 18:20
Offline
Gülşən29
♥A.Ravana♥,
Əslində asand göründüyü kimidə çətindi.
27 may 2013 15:27
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥A.Ravana♥
Gülşən canım çox sağ ol,həqiqətən maraqlı xəbərdir.Belə bir sənətin olduğunu bilirdim amma onun haqqında heç bir məlumatım yox idi.Sayəndə oldu,təşəkkür edirəm give_ros
27 may 2013 13:56
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Ceylan Mumoğlu
Ekspertlər, mövzudan kənar şərhlərə niyə baxılmır? Nəzarət niyə yoxdur?
26 may 2013 23:28
Offline
SWEET GIRL
Men bu seneti bilirdim cox gozel senetdi
26 may 2013 22:37
Offline
Fatma xanım
əliyeva firuzə,
inşallah çək və bir gün çəkdikləri yolla sayta bizdə görək
26 may 2013 20:42
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Fatma xanım
belə sənət olduğunu bilirdim amma adını ilk dəfə səndən eşitdim bir spzlə maraqlı yazıdır GulenaY düz deyir oxumamış tşk yazmayın
26 may 2013 20:34
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Xema Agamirova
əla bir sözlə.
26 may 2013 16:45
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhurlardan qısa saç modelləri

    bezileri hec qisada deyil
  • 18:05 - Müəllif: Sima
    Ali Sunaldan təsirli -FOTO (1)

    Ali Sunaldan təsirli -FOTO

    Sənətçinin paylaşımından məşhurlar da yan keçməyib və ürək sözlərini yazıblar
  • 18:03 - Müəllif: PERI
    Arda Turan ikinci dəfə ata olacaq (1)

    Arda Turan ikinci dəfə ata olacaq

    Türkiyəli məşhur futbolçu Arda Turan ikinci dəfə ata olacaq.
  • "İlin ən gözəl qadınları" bəlli oldu-FOTO

    "Glamour" jurnalı növbəti dəfə "İlin qadınları"nı seçib.
  • Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda

    ABŞ Dövlət Departamentinin Konflikt və Təhlükəsizlik Əməliyyatları bürosu rəhbərinin müavini Mina Çanqın avtobioqrafiyasında (CV) saxtakarlığa yer verdiyi ortaya çıxıb.
  • Serdar Ortaç qumarda bütün sərvətini uduzdu

    Müğənni Serdar Ortaçın keçən ay konsert veridyi hotelin kazinosunda qumar oynadığı və 120 min dollar uduzduğu iddia olunub.
  • Leonardo Di Kaprio haqqında bilinməyən məlumatlar

    Leonardo dəfələrlə siqareti atmağa cəhd etsə də, bu cəhdi uğurla nəticələnməyib. Siqaret sevdası filmlərdə də özünü göstərir. Zamanla siqareti tərgizib elektronik siqaretə keçsə də, elektronik siqaretdən əl çəkə bilmir.
  • Kıvanç Tatlıtuğdan 900 minlik hədiyyə -FOTO

    Qeyd edək ki, bir neçə gün öncə Tatlıtuğun məşhur model Sara Sampaio ilə eşq yaşadığı və onların İtaliyada bir oteldə görüşdüyü iddia edilmişdi. Aktyor isə bu xəbəri yayanları məhkəməyə vermişdi
  • "İlin ən gözəl qadınları" bəlli oldu-FOTO

    Qeyd edək ki, ilin ən müvəffəqiyyətli qadını Şarliz Teron, ən güclü qadınları isə Yara Şahidi, Meqan Rapione, Ava Duvernay, 16 yaşlı aktivist Qreta Tunberq, Marqaret Atvud və Tori Burc seçilib
  • İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel

    Kişiləri bu otelə qəbul etmirlər. Oteldə kişi işçilər istisnadır. Bu İspaniya hökümətinin cinsiyyət ayrı-seçkiliyinə görə qoyduğu qaydadır.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış