Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın qısqanclığı

Qadın qısqanclığı

Qadın qısqanarsa əvvəl özünə pislik edər, sonra sevdiyinə. Qadın qısqanarsa kişinin edəcəyi ən doğru şey qadında bu duyğunu yox edəcək çox sıx bir sevgiylə bağlanmağıdır. Qadın qısqanarsa kişi onu başa düşməli və ona kömək etməlidir. Qadın qısqanarsa kişi bunu azadlığına müdaxilə olaraq qəbul edərsə sevgi bitər. Qadın qısqanarsa mütləq yoldaşını çox sevir, amma bu sevgini təyin etməkdə çətinlikləri vardır. Qadın qısqanırsa kişinin sevgisində əskik olan nəsə  vardır.

Qadın qısqanırsa ortaya çox əzabverici nəticələr çıxa bilər. Qadın qısqanarsa sonrası təxmin edilməyəcək vəziyyətdir. Ya hər iki tərəf yara alır, ya da eşq bitər .Çünki kişilər əksər vaxt "qadın haqlıdır" deməzlər, deyə bilməzlər. Qadın əvvəl düşünür, dişlərini sıxır, bir az susar, bir az baxar, sonra yavaş-yavaş ən qorxunc planlarını hazırlamağa başlayır. Hər cür düşüncələr ağıla, xəyala gəlməyəcək şəkildə  beyinə işləyir. Hər detalı düşünür, lahiyəsini tamamladıqdan sonra "intiqam cədvəli" hazırlayır.
Qadın qısqanırsa həmcinsi də olsanız, qarşı cins də olsanız ağıllı bir qadının qısqanclığından qətiliklə qorxun. Çünki təxmin edə bilməyəcəyiniz bir mərhəmətsizlik, sonunda qan rəvan içində qalacağınız bir savaşın ortasında qalarsınız.
Qadın qısqanırsa tükənmişsiniz deməkdir. Bunu başa düşdüyünüz vaxt ya çox gec qalmısınız, ya da artıq yaşamırsınız. Sizə elə şeylər edəcəkdir ki, heç nə anlamayacaqsınız. Yeri gəldiyində "Düşmənim belə etməz bunu" deyə bilərsiniz. Hələ  sizi elə bir vəziyyətə salacaqdır ki,siz acı çəkərkən qarşınızda heç bir şey yoxmuş kimi bir vəziyyətdə görünüb əslində nə qədər sevincli olduğunu gizlətdiyini anlayarsınız. O mərhələyə gəlmizsinizsə artıq başa düşmüsünüz ki, qadınlar qarşılıqsız heç bir şey etməzlər.
Qadın qısqanırsa əzmindən qorunmaq üçün ya heç sevməyəcəksiniz, ya da qətiliklə insan yerinə qoymamağı öyrənəcəksiniz. Əks halda sizdən əvəz çıxmadıqca əl çəkməzlər. "Mənim olmayan heç kimin ola bilməz" dedikləri üçün o vaxtdan sonra sizdən geriyə qalan ancaq bir dağıntı ola bilər. (Keçmiş olsun)

Qadın qısqanırsa bu o deməkdir ki, qısqanılmaq istəyir. Əslində hər bir qadının arzusu qısqanılan bir qadın olmaqdır. Qadın qısqanıldıqca xoşbəxt olur. Qısqanan şəxs həyat yoldaşıdırsa qadın daha da xoşbəxt olur. Qadın yoldaşının həqiqətən sevdiyini qısqandığı zaman inanır. Bir zaman qısqanan adam indi qısqanmırsa məsələ ciddidir. O deməkdir ki, artıq adam əldən getmişdir.

Qadın sevdiyinin əldən getdiyini qısqanmamasından başa düşər.

Bəzi kişilər qadınların sözlərinə inanırlar, könlündəki sözləri oxuya bilməzlər. Bir qadın bir kişini sevirsə, o kişinin ona sahib çıxmasını istəyir. İlk qayda budur:

-Qadına sahib çıxmayan kişiyə kişi belə deməz. Yalnız kişini istədiyi dozada saxlaya bilməsi üçün tədbirini əvvəlcədən alır.

Yoldaşı tərəfindən qısqanılmaq qadına qadın olduğunu hiss etdirir. Qadına arzulanılan olduğunu düşündürür. Yoldaşı üçün önəmli olduğunu hiss etdirir. Başqa kişilərin də onu bəyənə biləcəyini göstərir. Yoldaşının diqqətini başqa qadınlardan qopardib özünə çevirir. Vəziyyət yaxşı getmirsə potansial ehtiyatlama ehtimalı verir. Yoldaşın tərəfindən başqa bir kişidən günün gündüz vaxtı hər kəsin içində qısqanılmaq qadın üçün bir ağrı kəsici dərmandır. Tək bir dərman hər dərdə dəvadır. Tək pis tərəfi budur:

-Qısqanan adam dava salarsa, evə dalaşmış halda gedilirsə bu fantaziya şiddətlə sonlanır. Doğrusu bu şiddət belə ən dərinlərdə qadına sahiblənildiyi hissini verər, lakin qadın o vaxtı bunu istəməz. Şirin fantaziyasının dava-dalaşla qurtarmağını arzu etməz.

Qısqanılmağının ləzzətini yaşamaq, qadınlığını sonsuz hiss etmək istəyir.

Qadın qısqanclığı

Bəyənilmənin,sevilmənin,arzulanmanın və sahiblənmənin həzzini daima yaşamaq istəyir. Bu röya kişinin qadından uzaqlaşmağa başladığında bitir. Kişi qadına diqqət yetirməzsə bu qadını qorxudur. Nə qədər qısa geyindiyinə, paltarın sinəsinin nə qədər açıq olduğuna diqqət yetirməzsə bu qadını çox narahat edir. Çünki bu çox təhlükəlidir. Bu o deməkdir ki, kişinin diqqəti artıq başqa qadınadır.

Elə kişilərdə vardır ki, qadınların qısqanıldığını sevmədiyini fikirləşir. Qadınların dediklərini doğru bilib könlündən keçənləri bilməzlər.

Qadın bəzən həyat yoldaşlarını qadın dostlarından qısqanır, amma səbəb nədir? Səbəb hər qadını təhlükəli olduğunu bildikləri və ona inanmadıqları üçün, həyat yoldaşına inanmadıqları üçün.

Baxın bu mövzuda qadınlar nə deyir:

-Birlikdə olduğumuz müddətdə qısqanclıq səbəblərindən xeyli dava-dalaşlarımız olurdu. Çoxu da mənim qısqanclığım ücbatından baş verirdi. Vaxt keçdikcə, insan qarşısındakı insana inandıqca, güvəndikcə qıqanclığı idarə etməyi bacarır və belə halda da xoşbəxt həyat sürür.

-Mənim fikrimcə həyat yoldaşıma yaxınlaşan hər bir qadın təhlükəlidir. Xüsusən də qadının davranışlarının sərhədi yoxdursa.

Əslində bir tərəfdən bu da qısqanclıqdır. Bəzən varlığımı hiss etdirmək üçün normalda davrandığımdan fərqli davranıram.

-Bir xanım üstəlik gözəl bir xanım mənim həyat yoldaşımla dostluq edirsə heç kim inciməsin bunun altından gec-tez nə isə çıxar.

Mən buna icazə verə bilmərəm, icazə verənlərə də hörmətlə yanaşaram.

-O yaxınlaşmalar varsa əgər qısqanclıq hiss etdiyimiz duyğu mənim fikrimcə qısqanclıq deyildir.

Paylaşmaq istəməmək,qəzəblənmək,hisrlənmək,başa düşülməmək duyğusudur.

Bu belə gəldi, belə də gedəcək. Heç kim səbəbini həll edə bilməyəcək. O qədər çox səbəb var ki...

-Bir qadının ən böyük düşməni yenə bir qadındır. Həyat yoldaşımı çox qıqanıram, amma hər dəfə qısqandığımı büruzə vermirəm.
Qadın qısqanclığı

Qadın əslində qısqanmamalıdır. İnsan sevdiyi insanın yanında olanda, ya da uzağında olanda o insana inanırsa, güvənirsə bu hər iki tərəfi narahat etməz. Amma elə zaman olur ki, qadınlar kişilərin onların sözündən çıxmasına icazə verməzlər. Bu növ qadınlar sözlərindən çıxan kişilərin normal həyatını pozmaq üçün qısqanmağa başlayarlar. Qısqanclığın normal dərəcədə olanı problemsizdir,  amma bəzi insanlar xəstəlik şəklində qısqanırlar. Bu da hər kəsi narahat edə bilər.

Qarşı cins sevgilisini itirmək təhlükəsi hiss etdiyində qorumaq məqsədi ilə qısqaanclıq rejminə keçir. Sevgilisini qısqanmağı təbii ki, lazımdır bu sevdiyinin ən böyük isbatıdır, amma normal dərəcədə.

Qadın qısqanarsa kişi həyacanlanmamalıdır, sakit olmalıdır. Oturub qadınla danışmalı, niyə qısqandığını soruşmalıdır və başa düşməyə çalışmalıdır. Duruşu ilə, davranışı ilə güvən verməlidir qadına. Başqa cür bu problemi həll etmək daha da çətinləşər.

Kişilərdə cinsəllik, qadınlarda duyğusallıq dövrəyə girdiyində qısqanclıq baş verir. Almanyadakı Bielefeld Universitetində oğlan və qızların fərqli qısqanclıq mövqelərini incələdilər. Oğlanlar xanımlarının başqa biri ilə cinsi əlaqədə olduğunda qısqandıqlarını, qızlar isə sevgilisinin başqa biri ilə cinsi əlaqədən çox duğusal əlaqədə olduğlarında qısqandıqlarını əldə etdilər.

Əslində qadınların daha çox qısqanc olduğu əsasən də lazımsız qısqaclıqları ilə kişilərə dünyanı zindan etdikləri fikri də vardır. Amma sevən qadın qısqanar elə deyilmi? Onun həyatındakı tək qadın olmağını istəmək günahdırmı?

Bəzən də kişilərin qadınlara hər şeyin yaxşı olduğunu bildirməyi də bir az çətindir. Məsələn:

-Kişi keçmiş əlaqələrin üstünü açmaz, sevgilisinə inam hiss edər, geyinib bəzənməyinə qarışmaz, dost çərçivəsinə məhdudiyyət qoymaz, problem çıxartmamağa çalışar. Qarşılığında "Sən məni qısqanmırsan, sevmirsən" olar yaxud da keçmiş əlaqələri hər gün açıb ağartdığında, qadının hər atdığı addımdan xəbərdar olmaq istədiyində, hər bir geyiminə, bəzəyinə qarışdığında o zaman da "Sən mənə güvənmirsən, inanmırsan" olar. Bir sözlə biz qadınları bir az başa düşmək çətin məsələdir. wink

Səslərin sayı: 9
118
22226
loading...
Şərhlər
Offline
Iceberg
qadin qisqanirsa deməli səbəb var
16 iyul 2017 00:57
imza: shafaabdulla.blogspot.com
Offline
AFƏR
Əvvəllər qısqanc idim sonra bu hissin cahillik və axmaqlıq olduğunu gördüm və geri çəkildim bu qədər
18 noyabr 2014 15:13
Offline
BEATIFUL GIRL
Tesekkur edirem.maraqlidir cray empathy
17 iyun 2014 22:04
Offline
♥NiLuFeR♥
Mən dəhşət qısqancam e dash
28 may 2014 13:34
Offline
Minira Aslanzade
Qadinlar calisin qisqancligi ureynize yaxin buraxmayin qovun!
21 mart 2014 14:31
Offline
Lady Niki
seven qisqanardaa.ama bu menim kimi xestelik olmamalidi dash
18 yanvar 2014 18:53
Offline
yagmur atasoy
Benim henuz sevgim karsiliksiz,yani bilmiyorum seviyormu sevmiyormu.ama onu tlfonla konusan gorsem,ya bir kizla sohbet ederken gorsem napicagimi bilmiyorum.aslinda oda oyle ben onun yaninda tlfonla konussam,kiz arkadaslarimla msjlassam yuzunun ifadesi deyisiyor.o zaman anliyorum ki yapmamam lazim.yani simdiden boyleyse karsilikli oldugunda nolucak ALLAH biliyor.onu coooooooook seviyorum.
11 yanvar 2014 01:29
Offline
R M
Menden. Cox. Qisqanc biri olmaz. Qisqanmag inansizlig deyilki sevmeyden asli olur men. Her gun. Telin. Yoxluyuram boynun iylirem bedenine baxiram. Hardan geldin. Sorwram daHa neler. Bu uje xestelik di mende yoldawim. Da deyir. Qisqancligin. Axri yoxdu neylim ozumde. Asli deyil. (
2 oktyabr 2013 22:15
Offline
Aysun Memmedova
baax en yarali yerimdir herden oturub dusunurem goresen dunyada menden basqa sey var biggrin ?men dehset derecede qisqancam demek olarki,qisqancliq mende bir nov xestelik hali olub,bu gun niye bu ayaqqabini geyindin niye bu gun dux cox vurdun,niye telefona smms gelir kimdir daha neler neler saysam bitmez,herden yaziq hec bezenmir dux vurmur onuda behane edirem niye dux vurmadin niye bele geyindin yaziq deyir bes men ne edimki sen agilli olasan mocking dehsetem
12 sentyabr 2013 13:17
Offline
Rzayeva Guler
Mende qisqancam Lakin yoldasima inaniram ve guvenirem
12 sentyabr 2013 13:08
Offline
Quliyeva Cemale
Maraqli idi ...... crazy
29 iyul 2013 19:36
Offline
Ayka S
men delinin biriyem gun erzinde hara getdi geldi xeberim olur bunu demeyle anlatammaram yoldasimida demirem desem bezersizki nece onunla gecinirsen
8 iyul 2013 21:08
Offline
Serras
Yaxşısı mən bu mövzuda danışmayımmmm ehhhhhhhhhh

Eynen Yeqis eynen mende sus.. yes
8 iyul 2013 21:06
Offline
Gulu Agazade
salam men qisqanc deyildim/.ama usaqdan sonra ozume guvenim itdi biraz kokeldim..ona gore mene ele gelirdiki erimin diqqetini ceke bilmirem ondan sonra mende qisqancliq yarandi
8 iyul 2013 19:36
Offline
Aminim
Yaxşısı mən bu mövzuda danışmayımmmm ehhhhhhhhhh
8 iyul 2013 19:30
imza: qadin.net
Offline
Gulshen_q
Ozum qisqanc olsam da qisqanilmagi hec sevmirem.Qisqanilmagi sevgi elameti kimi deyil, inamsizliq kimi qebul edirem.Etrafimda kimse erinin qisqanc olmadigindan shikayetlenende bu mene catmir.)) "Kisiler qisqanarsa bu onlarin sevgi derecesini gosterir" fikrini ele kishiler ozleri uydurublar.Biz qadinlarsa her zamanki kimi onlarin uydurmalariyla ozumuzu ovundurmaga mecburuq.)) Men qisqanirsamsa bu menim guclu sevgimden daha cox mene aid olani paylasmama isteyinden ireli gelir.
8 iyul 2013 19:23
Offline
ToRmEnTo
Mən də qısqancam.Amma çox biruzə verməməyə çalışıram.Birdə ki məndə paxıllıq var.Yoldaşım dostları ilə harasa gedəndə öz özümə əsəbləşirəm.Paxıllığım gəlir ki indi oturub onlarla gülür danışır.Dostları onun yanındadı amma mən yoxam bully Yoldaşım isə çox bilmişdi.Qısqananda onu elə bir yolla bildirir ki,nə arada inciklik olur,nə də qısqandığını hiss eletdirmir.Şükür ki cansıxıcı dərəcədə qısqanclıq etməyib amma mənə.Kişi var sevgilisini və ya arvadını yerli yersiz qısqanır,hara getsə problem yaradır,bəzən telefonla sınayır.Bunu mən qısqanclıq yox,inamsızlıq adlandırıram.Əgər kişi düşünürsə ki başqa bir nömrədən arvadına zəng gələr,arvadı da danışar,onda day nə kişi oldu?
8 iyul 2013 19:23
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
PƏRVANƏ ƏLİYEVA......
Sevgi olan yerde qisqancliq olmalidi.Men ozumde qisqancam ozudeki dehshet.Bezen sehf edinb onada bildirirem.Ama fikirleshiremki ele olanda kishiyede lezzet eliyir,Ozunu nese sayir.Bezen men serhedden cox cixiram haqsizliqda edirem.Ama yaziq hecne demir.Ama neyniyim ozumnen bacarmiram.Onsuzda seherden gedir axshama gelir eve.Guyeki orda yaninda oluram..Buda biz qadinlarda bir saqalmaz xestelikdi.Movzun superrrrrrrrrrr bacim.Teshakkur edirem. give_ros
8 iyul 2013 19:06
Offline
♥Aynişka Gülüm♥
elbette qadinlari basa dusmek ucun...ne ise
8 iyul 2013 18:58
Offline
Aliya_Edd
Mən əslində çalışıram qısqanmayım.Əks halda buna ehtiyyacda yoxdur winked O hiss gələndə də çalışıram çox biruzə verib özümə əl qatmıyım.Yoxsa bir şişir,bir qolu qarpızlanır,bir boşalır.Bah bah bah angry Özüm isə çalışıram qısqandırıb zad eləmiyim.Pis nəticələnir mənim üçün sonra wassat Ədalətsiz dünyadıdaaa
8 iyul 2013 18:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )