İnsanların, cəmiyyətin yenidən qurulmasından gözlədikləri müsbət cəhətlərdən biri də, hər bir insanın öz müqəddaratını özünün müəyyən edə bilməsi, imkanlarının genişlənməsidir. Bütün məsuliyyəti öz üzərinə götürə bilən, bu və ya başqa seçimi etməyi və qarşıya qoyulmuş məqsədlərə çatmağı bacaran şəxsiyyətin roluna bu yeni yanaşma, insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Deyilənlər qadınlara da bütünlüklə aiddir. Qadınlar iqtisadiyyatda, cəmiyyətdə, nəhayət, dəyişikliklər prosesinin özündə mühüm rol oynayırlar. Onlar haqqı ödənilən və ödənilməyən əməklə məşğul olaraq, iqtisadiyyatda fəal iştirak edir,siyasi həyat və şəxsi təşəbbüs sahəsində əhəmiyyətli xidmət göstərirlər. Qadınlar uşaqların xoşbəxtliyinin təmin olunmasında həlledici, ailədə və cəmiyyətdə, xüsusən keçid dövrünü yaşayan ölkələrin gələcəyinin təmin olunması üçün inkişaf etdirilməsi zəruri olan sahələrdə əsas rol oynayırlar. Azərbaycan da bu ölkələr sırasına daxildir.
İctimai həyatın mühüm yönlərindən olan gender probleminin doğurduğu mənafe toqquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdır. Bu səbəbdən də problemi Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə təhlil etmək mümkün deyildir. Azərbaycanda yaşayan qadınlar özünün xüsusi maraqları olan əlahiddə qrup olmayıb, sadəcə bütün əhalinin yarısını təşkil edirlər və onların konkret problemlərinin, fundamental, sosial əhəmiyyəti vardır.
Adətən qadınlar cəmiyyətdəki imkanlarına görə aşağı pillələrdə yer tuturlarsa da, bu onların yeni nəslin böyüməsi üçün zəruri olan hər şeyi təmin etmək və onun qayğısına qalmaq rolu ilə müəyyən edilən xüsusi tələblərlə bağlıdır. Uşaqların doğulması funksiyası ilə şərtləndirilmiş sosial baxımdan qərarlaşmış bu cür asılılıq, qadın və uşaqların firavanlığı arasında qarşılıqlı əlaqəni gücləndirir. Qadınların gündəlik həyatı da öz növbəsində bütün cəmiyyətin həyatına çox böyük təsir göstərir və onların inkişafı bütövlükdə bəşəriyyətin tərəqqisini səciyyələndirən həssas göstərici kimi çıxış edir. Gender münasibətləri ilə istiqamətlənmə özlüyündə insanların cinslərindən asılı olmayaraq bərabərhüquqlu olmasını müdafiə edir. O,feminizm ideyalarından köklü surətdə uzaqdır (baxmayaraq ki, tədqiqatlar nəticəsində qadınların və uşaqların öz hüquqları baxımından ən çox sıxışdırılan kateqoriya kimi qalmaqda davam etməsi aydın olmuşdur) və onlar qədər təcavüzkarcasına kəskin deyil.
Sosialist quruluşunda dövlət bazarın,ailənin və başqa vətəndaş təsisatlarının rolunu minimuma endirməklə, əsas sosial qurum qismində çıxış edirdi.Həm də dövlət sosial norma və dəyərlərin,eləcə də gender bərabərliyi ilə bağlı olan amillərin də rəsmi vasitəçisi və baş hakimi funksiyasını da öz üzərinə götürmüşdü. Sosialist dövləti eqalitar ideologiyanı təsbit edərək,qadın və kişilərin bərabərhüquqlu olmasını qanunvericilikdə təsdiq etsə də, onun məqsədləri və vədləri qadınların gündəlik həyatında reallaşdırıla bilmədi. Sosialist üsul-idarəsində qadınların vəziyyəti bir sıra mühüm sahələrdə nisbətən yaxşılaşdı. Komanda ilə idarə olunan iqtisadiyyata malik bir sıra ölkələrdə təhsil sahəsində bərabər imkanların inkişaf etdirilməsinə və qadın 146 məşğulluğunun yüksək səviyyəsinin əldə olunmasına kömək göstərilir,uşaqlara hərtərəfli,əsaslı qulluq və anaların sağlamlığının mühafizəsi təmin edilirdi. Qadınlara belə münasibət sosial ədalətlə deyil, daha çox iqtisadi məqsədlərdən və maraqlardan irəli gəlirdisə də, onun nəticəsi qadınların inkişafında əldə olunan konkret tərəqqidə əksini tapdı. Azərbaycan qadınları da beləcə geniş təhsil almaq imkanı əldə etdilər ki, bu da özünü o zaman onların həyatında, ailədə, cəmiyyətdə, siyasi və dövlət sistemində və b. sahələrdə müəyyən yer tutmasına təsirini göstərməyə bilməzdi. Ölkənin iqtisadi,sosial və siyasi həyatında keçid dövrünün başlanması gender bərabərliyinin təmin olunmasında dövlət inhisarının ləğv olunmasına gətirib çıxardı və qadınlar bərabərlik baxımından tamamilə fərqli şərtlərin mövcud olduğu açıq mühitlə, imkanların bol olması şəraitində təhlükəli meyllərin də artdığı məkanla üz-üzə qaldılar.
Bazar münasibətlərinin formalaşmaqda olan səviyyəsi və biznes sahəsində qarşılıqlı əlaqələrin təcrübəsi göstərir ki, mənəvi həyatda baş verən bir çox hadisələrin təməlini heç də əməyin dəyəri və sahibkar şərəfi kimi amillər təşkil etmir. Bunun bir çox səbəbləri vardır: bütövlükdə iqtisadi münasibətlərin vəziyyəti, bazar münasibətlərinin hüquqi tənzimləməsinin tam bərqərar olmaması, etika elminin vacib hissəsi kimi, ənənəvi olaraq mənəvi tərbiyənin vasitəçisi rolunu oynayan ictimai rəyin, demək olar ki, haçalanması və b. Bununla belə, keçid dövründə qadınların inkişafındakı bəzi meylləri izləmək mümkündür; bütövlükdə isə onlar aydın və səlis ifadəsini tapmamışdır.
Azərbaycanda 1990-95-ci illərdə inkişafın səviyyəsinin aşağı düşməsinin əsas səbəbi istehsal həcminin azalması olmuşdur.Keçmiş sosializmdən irs qalmış istehsalın səmərəsiz,bazara uyğun olmayan sistemi, sadəcə olaraq, formalaşmaqda olan bazarın tələbatını ödəyə bilmədi. 1998-ci ilin avqust ayınadək 27 keçmiş sosialist dövləti qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğv edilməsinə dair Konvensiyanı imzalamış və təsdiq etmişdir. İndi bu ölkələr adı çəkilən sənədin həyata keçirilməsinin təmin olunması üzrə beynəlxalq fəaliyyətdə hərtərəfli iştirak edə bilərlər. Bu prosesə layiq olduğundan artıq dəyər vermək çətindir, belə ki, o əldə olunan tərəqqini qiymətləndirməyə,nöqsanları aşkara çıxarmağa və onları aradan qaldırmaq tədbirlərini tövsiyyə etməyə imkan verir.
Bu bir sirr deyil ki, Konvensiyanın Azərbaycanda həyata keçirilməsi məqsədilə bir sıra böyük problemləri həll etmək lazımdır. Söhbət bərabərliyin təmin olunmasının hüquqi və dövlət mexanizmlərinin adekvatlığından tutmuş qadınların roluna və onların əsas hüquqlarının pozulmasına aid olan davranış modelləri, mədəni və b. təsəvvürlərin xarakterinə qədər məsələləri əhatə edən problemlərin geniş dairəsindən gedir. Qadınların əsas hüquqlarına gəlincə,qadınlara qarşı ayrı-seçkiliyə «qadınların ailə vəziyyətindən asılı olmayaraq,onların siyasi, iqtisadi, sosial, mədəni, vətəndaş və istənilən başqa sahədəki insan hüquqları və əsas azadlıqlarından kişilərlə qadınların bərabərhüquqluluğu əsasında istifadə etməsini və ya onları həyata keçirməsini cinsi əlamətə görə zəiflətməyə yönəlmiş, yaxud onları yox dərəcəsinə endirən istənilən fərqləndirmə,məhrumetmə,yaxud məhdudlaşdırma» (BMT-nin qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğvinə dair Konvensiyası) kimi tərif verilir. İqtisadiyyatda keçid dövrünü yaşayan ölkələrdə dövlətin rolunun dəyişməsi ilə əlaqədar hökumət vətəndaşların hüquqlarının,eləcə də kişilərlə qadınlar arasında bərabərliyin təmin edilməsində mühüm rol oynamalı olur. Keçmiş sosialist ölkələrində dövlətin, cəza aparatı rolu oynadığını nəzərə alsaq, burada onun cəmiyyətin dəyər və normalarına istənilən müdaxiləsinə kəskin,hətta ağrılı reaksiya müşahidə olunur. Deyilənlərlə yanaşı,Azərbaycanda Konvensiyanın bərabərliyə dair və b. müddəalarının reallaşdırılmasına əksər hallarda geniş yayılmış və sabit şəkil almış gender stereotipləri və mədəni ənənələr də mane olur. Gender bərabərsizliyi problemi məişətdə həmişə həll oluna bilmir, bəzən hökumət qadınlara ictimai sahədə müstəqil fəaliyyət göstərən şəxsiyyətlər kimi deyil, ailə kontekstində, ana qismində baxmağa meylli olur. Qadınlar haqqında bu stereotip təsəvvürlər çox vaxt hüquqi və faktiki bərabərlik arasındakı uyğunsuzluğun əsasında durur. Qadın hüquqlarının pozulması davam edir, bəzi hallarda hətta güclənir. Qeyd edildiyi kimi,qadın hüquqlarına təhlükə törədən səbəblərdən biri də yoxsulluğun yayılmasıdır. İşsiz və kəndli qadınlara və ya qadın sahibkarlığının inkişafına yardım göstərilmir. Keçid dövrünün başlanğıcından etibarən səhiyyə sistemində baş verən problemlərlə bağlı, qadınların səhhətinin pisləşməsi üzündən də qadın hüquqları pozulur.Sosial dəyişikliklərin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, keçid dövrü qadınların şəxsi və ictimai həyatına çox böyük təsir göstərmişdir. Keçid dövrünü yaşayan ölkələrdə,bərabərliyin hüquqi əsaslarının müəyyən edilməsinə baxmayaraq,qanunun ruhunun iş yerində,ailədə və cəmiyyətdə gündəlik reallığa çevrilməsi üçün hələ çox işlər görülməlidir. Gender bərabərliyi sahəsində tərəqqi keçid prosesində uğurlar qazanılmasını yaxınlaşdıra,yaranan imkanların qadınlar, kişilər və uşaqlar arasında ədalətli bölünməsini təmin edə bilər. Buna görə də bu məsələləri ciddi tədqiq etmək və keçid dövrünü yaşayan ölkələrdə qadınların səsinin eşidilməsinə nail olmaq fövqəladə dərəcədə vacibdir.
Cəmiyyətin iqtisadi, sosial və siyasi inkişafı prosesində qadınların iştirakının səciyyəsi və səviyyəsi onların firavanlığı, həm də şübhəsiz ki, keçid prosesinin özünün uğur qazanması üçün həyati əhəmiyyət kəsb edir. Qadınların yerli səviyyədə siyasi fəaliyyətdə və elmi istehsalat birliklərindəki işlərdə iştirakı, onların siyasi və ictimai həyatda nüfuzlarının artmasına kömək etdiyi kimi, ailə iqtisadiyyatında və kiçik sahibkarlıqda qadınların əməyinin müdafiə olunub qiymətləndirilməsi də öz növbəsində onların iqtisadi sahədə yerinin möhkəmlənməsinə kömək edir.Bu da qadınların bütün cəmiyyətin tərkibində uğurla inkişaf etməsinin parlaq nümunəsi ola bilər.
XƏBƏR LENTİ
Duen Conson dəmir darvazanı sındırdı- FOTO
Sizi sakitləşdirəcək nəfəs məşqləri
"Sandıq "salatı (foto-resept)
Gəlin buketləri
Yuxusuzluğa qarşı necə mübarizə aparmalı?
Çində koronavirusla bağlı məlumatların gizlədilməsinin səbəbi açıqlandı
Uzunömürlülər
Nüsrət minlərlə izləyicisinə hədiyyə payladı - VİDEO
2020-ci ilin Bürclər üzrə PROQNOZU
Pensiyaçılara bayram müjdəsi
Daha bir ayrılıq nişanəsi-FOTO
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
2018/19 Payız - Qış aksesuar trendləri
Putin Lukaşenkoya az yatmasından şikayətlənib
Kıvanç ərəb qadınların təklifini rədd etdi-SƏBƏB
Yayda sağlam qidalanma üçün tövsiyələr
Ən güclü Mercedes S-Class göstərildi
Döymə həvəskarı olan 77 qadın-FOTO
Məşhur aktrisa evinə girən fanatlarından yazdı-FOTO
Arıqladan dadlı detoks
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO
Məşhur otel sahibindən Adelə inanılmaz təklif
Türk kürəyinə alman bıçağı
Sərt karantin rejiminin qüvvədə qaldığı rayon və şəhərlər: Həftəsonları nəqliyyat işləməyəcək - SİYAHI
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Gəncədə 2193 abituriyent qəbul imtahanında iştirak edib
Çəhrayı ürək tortu(foto resept)
Narın faydası və zərəri
Ebrudan HAMİLƏLİK açıqlaması
İran Xəzər sahilində AES tikəcək
Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu "Atletiko Madrid"in idman formasında əks olunacaq
"İran Qarabağ münaqişəsinin nizamlanmasında da rol oynaya bilər" - Natali Qule
Qəzzada atəşkəs pozuldu
Bütün ilboyu yay
Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
Kayli Cenner şirkətinin 51%-ni REKORD Məbləğə Satır
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
II və III qrup üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Gülşən qazancından danışdı-FOTO
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Paxlava (foto resept)
Fetoskopi və ya ana bətnində fotoşəkil
Psixoloji gərginlik yaradan filmlər
Şuşasız 22 il...
Tezliklə Bakıda "şeytan təkəri" işə düşəcək
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Günün ulduz falı
Mahir sinoptiklər
Tarixin ən böyük yalanları
- ŞƏRHLƏR