Bakıda hava +19°
USD 0.7846 AZN
EUR 1.0097 AZN
10:50Deniz84 Salam vafli-qız kasıbçılıqdı. Ora isə çox bahadı )))))) 10:37vafli-qiz salam qizlar niye sohber otaqina gelmirsiz? 10:26MENSUME qonaq kitabcasina niye yazi yazmaq olmur bilen var? 10:10alisa1971 Xəbərimə şərh yazan hər kəsə təşəkkürlər 10:08MENSUME mene meslehet verin nece ariqlaya bilerem 09:57MENSUME necesiz xanimlar 09:34MENSUME sabahiz xeyir 09:15revane men qonaq kitabcasina yaza bilmirem.elave et sozu yox 02:30MENSUME yuxum gelir men cixdim 02:08MENSUME kim yatib kim oyaq
6292
Ailə üzvlərinin aliment öhdəlikləri

Əvvəlcə gəlin Aliment sözünün mənasını öyrənək; Aliment-latın sözü olub-qida, yemək sözündən götürülmüşdür. Münasibətdə izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq vermeli olduğu dolanacaq, xərc anlamındadır. 

Alimentin minimum məbləği nə qədər ola bilər:

 

2011-ci il üçün yaşayış minimumu haqqında Qanunda uşaqlar üçün yaşayış minimumun ölkə üzrə 76 manat olduğuna görə məhkəmə alimentin miqdarını ona uyğun müəyyən edir. Yəni bu məbləğdən aşağı məbləğdə aliment az hallarda təyin edilir.

AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ

VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT ÖHDƏLİKLƏRİ

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər mustəqil muəyyən edirlər.

75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına catmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ucun vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

75.5. Aliment odənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə muvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına catmayan uşaqlar ucun aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

76.1. Aliment odənilməsi barədə razılıq olmadıqda uşaqlar ucun onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dorddə bir hissəsi;

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) ücdə bir hissəsi;

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Maddə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin novləri

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması

78.1. Valideynlər arasında yetkinlik yaşına catmayan uşaqlara aliment odənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimuntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik torətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması ucun vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay odənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə (Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkun qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Maddə 79. Valideyn himayəsindən məhrum olmuş uşaqlara gorə tutulan aliment və ondan istifadə

79.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara gorə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəcisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.

79.2. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, mualicə, əhalinin sosial müdafiəsi muəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına kecirilir və hər bir uşağın özünə xərclənir.

79.3. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.

Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ

80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına nçatmış övladlarını saxlamağa borcludurlar.

80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına catmış övladların saxlanması ucun alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Maddə 81. Valideynlərin uşaqlara gorə əlavə xərclərdə iştirakı

81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına catmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin odənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə muəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində muüəyyən olunur.

81.3. Məhkəmə valideynləri faktiki cəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə cəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi

82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına catmış ovladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər ucun aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına catmış övladlardan məhkəmə qaydasında tutulur.

82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Maddə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı

83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər mustəsna hallarda, yetkinlik yaşına catmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

83.2. Yetkinlik yaşına catan ovladların hər biri tərəfindən əlavə xərclərin odənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir.

83.3. Əlavə xərclərin odənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər.

ƏR-ARVADIN VƏ KEÇMİŞ ƏR-ARVADIN ALİMENT ÖHDƏLİKLƏRİ

Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi

84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

84.2. Bu koməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

84.2.2. hamiləliyi dövrundə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına catana qədər

84.2.4. 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.

Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ

85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan kecmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

85.1.1. hamiləlik dövrundə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində kecmiş arvad;

85.1.2. sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad);

85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gundən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad);

85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına catan və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad).

85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı

Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən kecmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Maddə 87. Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması

87.0. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövrundə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:

87.0.1. maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli ickilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;

87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;

87.0.3. nikah çox çəkmədikdə.

Hər bir ailəyə heç nə ilə əvəz edilməyən mehribanlıq və sədaqət arzu ediram!

Bu haqqda zəhmət olmasa fikirlərinizi, suallarınızı bildirin.

Gələn mövzu “ALİMENTİN ÖDƏNİLMƏSİ BARƏDƏ SAZİŞ” haqqında olacaq.

 

Səslərin sayı: 9
48
2139
Şərhlər
Offline
FEMIDA
Sitat: Selcan_Xatun
Hazırda Azerbaycanda alimentin miqdarı ne qederdir,texmini?

1 uşağa görə?qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dorddə bir hissəsi;
2 uşağa görə?qazancın (başqa gəlirlərin) ücdə bir hissəsi;
3 və daha çox uşağa görə?qazancın (başqa gəlirlərin) yarısı.

usaqlar ucun yasayis minimum 76 manat (azn) teskil edir. cox tesadufu halda 76 dan asaqi aliment odenilir.
Sitat: Selcan_Xatun
belke Atanın işi yoxdur,onda nece olur?

eqer ananin is yeri, ve yaxud sabit emek aliment odemek seraiti yoxdursa burada esas atanin saqlamliqivi goturulur, eqer mueyyen vaxtda tertib olunur, o vaxta kimi ise mehkeme qaydalarina esasen arasdirilir, tesdiq olduqunda avtomatik nene+baba (heyatdadirlarsa) ve yaxud atanin icazesi ile diger yaxin qohumlar qeyd olunun tarixe kimi aliment odeyir. qeyd olunan tarixden etibaren ise ata ayliq maasina esasen odemelidir. eks halda ata cezalandirilir.

Sitat: Niyar
bir tanişim var boşanib nece ildi usaqlarina aliment vermir uşaqlain atasi.o,tanişim da hec yere gedib şikayet etmir agilsizliqdan

eqer onlarin aile qurduqlari zaman nikahi tesdiq eden sehadetname varsa o istenilen zaman elbette 18 yasa kimi aliment almaqa huquq var, bunun ucun mehkemeye muraciet etmelidir, lazim olan senedler-nikah sehadetnamesi, usaqlarin mitarkasi, ozunun sexsiyyet vesiqesi.

Sitat: Senemka
Oo uzun fasileseden sonra yene gorundun))))))) Sevindim xeberini gorende!:))) Cox maraqli xeber menim atam bu qanunlari birce birce bilir

love TESEKUR EDIRAM BACIS, ALLAH ATANA CAN SAQLIQI VERSIN.
Sitat: Fatma
Ceyhunə xəbərin həmişəki kimi əla

love COX SAQ OLUN FATMA XANIM, MINNATDARAM SIZE.akkord,
R.G,
yegane_z,
MN,
musi123,
naile_1,
MINNATDARAM SIZE XANIMLAR!! winked

Aysel25,
Trinida,
ayten566,
bahar83,

COX MINNATDARAM SIZE EZIZLERIM
BADENUR,
gulyaz,
Buket,
orkide88,
unknown,
COX SAQ OLUN QIZLAR


sevgul,
afa75,
Shebnem,
nigar?1,
HAPPY,
SESSIZ_OLUM,
MINNATDARAM SIZE XANIMLAR
Selin,
SENDE SAQ OL E AY SELINCIM.. fellow wink
Selcan_Xatun,
SELCAN XANIM SIZE DERIN MINNATDARLIQIMI BILDIRIRAM HER SEYE GORE, love
27 iyun 2011 10:09
imza: HAMIYA TESEKKURUMU BILDIRIRAM.SIZLERI UNUTMAYACAM HEC VAXT.CEYHUNE..
Offline
OZLEM89
Allah hec bir aileni dagitmasin,işini mehkemeye salmasin,Amin!
26 iyun 2011 18:32
Offline
Fatma xanım
Sitat: musi123
deyesen toyda cox oynamisiniz?

canım sağ ol balalarınada qismət olsun oynadında sözdü lap çox oynadım düzü evdə danışanda o hissəsini montaj elədim
Ceyhunə xəbərin həmişəki kimi əla
26 iyun 2011 17:38
imza: Əgər bu qədər yalnız varsa, niyə görə bu qədər yalnız var?
Offline
yegane haciyeva
teşekkur edirem
26 iyun 2011 16:24
Offline
Naile
bir mahninin sozleri hemise meni dusundurur:Olmasin 2 sey olum ,ayriliq, fani dunyada. OLUM ALLAH EMRIDIR ,BES SAQ OLAN VALIDIDEYINLER OVLADLARINDAN NECE AYRI QALA BILIRLER?
26 iyun 2011 10:17
Offline
musi
Fatma,
deyesen toyda cox oynamisiniz? fellow hemise toyda usaqlariniz ucun olsun
26 iyun 2011 00:49
Offline
Fatma xanım
sabah diqqətlə oxuyum indi yorulmuşam
26 iyun 2011 00:06
imza: Əgər bu qədər yalnız varsa, niyə görə bu qədər yalnız var?
Offline
Hite©Hi SuMi™
Oo uzun fasileseden sonra yene gorundun))))))) Sevindim xeberini gorende!:))) Cox maraqli xeber menim atam bu qanunlari birce birce bilir
25 iyun 2011 23:33
imza: Не нужна видеть что бы верить.Нужна верить что бы видеть!
Offline
aysel_1
bilmirdim tsk
25 iyun 2011 23:23
Offline
Aysel25
Size tesekkurumu bildirirem, ehalini xususile qadinlari bu cur melumatlandirmaqla onlarin huquqi savadlarini artirmaga yardimci olursuz.Qeyd edimki bilmiyenler ucun bu munasibetler ve diger aile munasibetleri ile bagli meseleler Azerbaycan Respublikasinin Aile Mecellesinde oz eksini tapib.men imtahana hazirlasirdim bu melumatlari eslinde bilirdim amma sizin sayenizde yeniden tekrarladim.Tesekkurler
25 iyun 2011 23:14
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Siz hansı tipdənsiniz ? ))
Ağıllı
Dəli
Gözəl
Çirkin
Tipsiz ))