Keçən dəfə də qeyd etdiyim kimi bu dəfəki müzakirəmiz VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN TƏRBİYYƏ FORMALARI haqqında olacaq. Bu cür usaqların hüquq və mənafeləri, onların aşkar edilməsi və uçota alınması haqqında olan hüquqi təlimatlari diqqətinizə çatdıracağam.
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN AŞKAR OLUNMASI VƏ YERLƏŞDİRİLMƏSİ
Maddə 114. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cumlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata kecirilir.
114.2. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını secir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata kecirir.
114.3. Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir.
Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu
115.1. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
115.2. Müvafiq icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra uc gun müddətində uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən edildikdə uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur.
115.3. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin rəhbərləri həmin uşaqların tərbiyə olunmaq üçün ailəyə verilməsinin mümkün olduğunu bildikdə 7 gün müddətində müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verməyə borcludurlar.
115.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində göstərilmiş məlumatları aldıqdan sonra 1 ay ərzində uşağın yerləşdirilməsini təmin edir, bu, mümkun olmadıqda isə həmin uşaq haqqında sənədləri bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq mərkəzləşdirilmiş uçota alınmaq üçün göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
115.5. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir.
115.6. Valideyn himayəsindən məhrum olan uşaqların uçotunun aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
115.7. Bu Məcəllənin 115.2—115.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməməyinə və bilərəkdən yanlış məlumatlar verməyə gorə, eləcə də uşağı ailə tərbiyəsinə verməməyə yönəldilmiş digər hərəkətlərə gorə bu Məcəllənin 115.3-cu maddəsində göstərilmiş
müəssisə rəhbərləri, habelə müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi
116.1. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər.
116.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər.
116.3. Uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi ucun daha əlverişli imkanlar nəzərə alınmalıdır.
116.4. Valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya bu Məcəllənin 116.1-ci maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəci vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.
Çox illər əvvəl televizorda bir proqram izləmişdim.. O zaman məndə uşaq idim, elədə dərk etməmişdim.. Deməli, uşaqlardan birinə sual verir aparıcı:
-Ən böyük arzum nədir?
-Ən böyük arzum heç bir ölkədə internad qalmasın, hamimi öz evlərinə getsin...
İllər keçdikcə, nədənsə bu problemlərlə həyatda qarsılaşdıqca məhz o balaca uşağın sözlərini yadıma salıram, nə demək isdəyini anlayıram.. O vaxt heç xəyalımada gətirməzdim ki, nə vaxtsa bu sözə görə öz təhsilimi, həyat yolumu seçəcəyəm...
Əzizlərim, bəs Siz bu haqqda nə fikirləsirsiniz?Zəhmət olmasa, Şərhlərinizi suallarınızı qeyd edin.
Gələn dəfə isə ÖVLADLIĞA GÖTÜRMƏ haqqında hazırladığım xəbərimi Sizin diqqətinizə çatdıracağam..
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR