Bəzən elə hallar olur ki, sabahkı gün üçün heç olmasa bir kq artıq çəkidən belə qurtarmaq lazım olduğunu dərd edirik. Bu dəfə sizlərə, bahalı arıqlama vastələri və trenajor zallarından istifadə etmədən, çox faydalı və sağlam formada artıq çəkidən azad olmaq haqqında bir neçə üsul təqdim edəcəyəm. Özünüzə uyğun hesab etdiyinizi seçməklə elə sabaha bir kq azalmış çəki ilə durmağın sevincini yaşayacaqsınız.
Birinci üsul (qarışıq içki və yüngül meyvə-tərəvəz salatı)
Bütün gün ərzində-səhər, günorta və axşam siz şəfa içkisini qəbul etməlisiniz.
"Şəfa İçkisi"nin hazırlanması- 1st ayran, 1x/q un halına salınmış qarabaşaqla qarışdırılır.Bu həqiqətən də şəfa içkisidir. O həzmi normallaşdırır və damarları təmizləyir. Bu içki həmçinin sağlam arıqlamaq istəyənlər üçün də idealdır. Qalan qidaları isə yüngül meyvə-tərəvəz salatıları doldurmalıdır (alma və kələm, azca zeytun yağı və s.). Bu üsul nəinki sizi cavanlaşdırıcaq və orqanizmi şlaklardan təmizləyəcək, həm də sizə qısa zaman ərzində arıqlamağa yardımçı olacaq! Bu cür "boşaldıcı" gün rejimini həftədə bir dəfə və ya 2 həftədə 1 dəfə sizin sağlamlığınızdan və həyat tərzinizdən asılı olaraq tətbiq etmək olar.
İkinci üsul
Axşamüstü aclıq hiss etdikdə duzəricili qəbul edib (magnium sulfat-Epson duzu, natrium sulfat- Qlauberov duzu), yemək yemədən yatmaq lazımdır. Yatan vaxtı 1-2 dolu stəkan ilıq su içmək tələb olunur. Səhər 3l qələvi su (qazsız) hazırlamaq lazımdır, sonra onu eyni porsiyalara bölüb gün ərzində aralarındakı məsafə eyni olmaqla qəbul etmək tələb olunur. İlk dəfə bu üsulu istifadə edən zaman azca bulantı, baş ağrısı müşahidə oluna bilər. Bu xoşagəlməz hallarla rastlaşmamaq üçün, su bu qayda ilə hazırlanmalıdır: 1 st. isti su ilə 1ç/q bal qarışdırılır, üzərində 1 ç/q təzə sıxıılmış limon suyu əlavə olunur. Bu gündən başlayaraq nahar və şam yeməyinə qatıq və ya zeytun yağı əlavə olunmuş meyvə və tərəvəz salatları yeyilməlidir. Üsulun düzgün tətbiqi ilə bir gün ərzində 1-2 kq itirmiş olacaqsınız.
Üçüncü üsul (xiyarla boşaldıcı gün)
Tez bir zamanda arıqlamaq üçün başqa bir üsul da mövcuddur. Bunun üçün bütün gün ərzində yalnız bir qidanı- xiyarı qəbul etmək tələb olunur. Gün ərzində 2kq xiyarı 4-6 porsiyaya ayırıb aralarındakı interval eyni olmaqla qəbul etmək tələb olunur. Tərəvəzi duzlamaq və ya ona nə isə əlavə etmək olmaz. Bundan əlavə gün ərzində daha çox su içmək lazımdır ki, orqaqnizmin su balansı tənzimlənsin. Digər qida və ərəzaqlardan istifadə bu gün qadağandır!
Dördüncü üsul
Kimə gün ərzində ac qalmaq və ya bir ərzaqla qidalanmaq çətin gəlirsə, onlara aşağıdakı pəhriz məsləhət görülür.
Səhər yeməyi; bir qreypfrutun yarısı və ya 2 orta ölçülü alma (yaxşı olar ki, bu pəhriz zamanı yaşıl almadan istifadə olunsun), sürtgəcdən keçirilmiş bişmiş çuğundur, 1ç/q zeytun yağı, 1ç/q limon şirəsi ilə salat hazırlamaq və səhər yeməyini yaşıl çay ilə tamamlamaq lazımdır.
Nahar; 1 fincan isti tərəvəzli bulyon, 100q aşmayan buxarda bişmiş tərəvəz və stəkan təzə ayran (cəfəri, kərəviz və ya şüyüd əlavəli). Naharı itburnu çayı ilə yekunlaşdırmaq. İtburnu çayını hazırlamaq üçün, bir neçə itburnu meyvəsini xırdalayıb ondan 2ç/q götürüb qaynar su əlavə etmək və 5-6 dəqiqə ağzını örtərək dəmə qoymaq lazımdır. Qəbul edən zaman 1ç/q bal əlavə etmək lazımdır.
Şam yeməyi; 150 q porsiyanı aşmadan çiy tərəvəz və didilmiş toyuq sinəsi və ya balıqla salat şam yeməyini təşkil edəcək. Sonda 1 st çay və ya şəkərsiz kofe də qəbul etmək olar.
Həmişə formada olun!
XƏBƏR LENTİ
Hava haqqında
Öskürəyə qarşı ballı qəhvə
Ədviyyatlar xərçəng yarada bilər
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Magistraturaya qəbul qaydaları sadələşdirilib
Azərbaycana yaz gəldi
JLo Baham adalarında istirahət edir-FOTO
Müəllim yıxıldı, utandı və arıqladı - FOTO
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Dəbli və zövqlü koftalar
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
İnamı qalmayanlar üçün
Ayaqqabı modelləri
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı
Azərbaycanlı futbolçu dünyanı şoka saldı-video
Güclü və sağlam dırnaqlara necə sahib olmalı?
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Zəncəfilin faydası haqqında
Qidalarımıza həşərat öldürən maddə qatılır? - RƏSMİ CAVAB
BÜRCLƏR bizə nə vəd edir? -7 İyun
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Xınalıq sakininin unikal ev muzeyi
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Evinizin havasını bir anda dəyişəcək dekorasiya məsləhəti
Sabah hava necə olacaq?
Heyva şirniyyatı (foto resept)
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Qızılgüllərdən gözəl kompazisiya
Saç boyamadan əvvəl...
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək
Bakıda daha bir hind toyu-FOTO
20 il eyni rəqəmlərlə lotereya oynayan qadın cek-pot uddu
Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri(2)
Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı
Sünnət
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Günün ulduz falı
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Qəbələyə qar yağdı-5sm
Yeni müharibə xəbərdarlığı
Soyuq havalarda uşaqları necə geyindirməli?
Britni Spirsin evi yandı
Niyə müharibə edirik?
2012-ci ilin qol saatları
Nazirlik ağacların qanunsuz kəsilməsinə qarşı nə edir?
Levənt Yüksəl evləndi - FOTO
- ŞƏRHLƏR