Nərgiz evdə var-gəl edir, ürəyi sıxılırdı. Qaynanasının, baldızının qəzəb dolu səsləri qulağından getmirdi. Sanki olanlar da Nərgizi günahkar hesab edirmiş. Sevdanın yoxa çıxacağı isə ağlına belə gəlməmişdi. İndi nə olacaqdı? Hamı onu çölə buraxdığı üçün Nərgizi danlayırdı. Nərgizin əsəbləri tamam gərilmişdi. Onsuz da bu gün keçirdiyi stresin zərbəsindən hələ də özünə gəlməmişdi.
Qapının zəngi çalındı. Gələn Vüsal idi. İçəri girən kimi anasına baxdı. Anasının sağ-salamat oldugunu görüb toxdadı. Baş verənlər yaxşı bir iş olmasa da, onun üzündə gizli bir sevinc izləri vardı. Sanki, agır bir yükün altından çıxmışdı. Səsində bir arxayınçılıq əmələ gəlmişdi. Əlbəttə, bu gündən bu ailə sanki zülmdən xilas olmuşdu. Ana bala bir-birinə sarıldılar:
-Afərin sənə, ana! Necə, qorxmadın bəs? Demədinmi bəs sənə bir zərər toxundurar?
-Aylarla çəkdiyimiz zülmə qalib gəlmək lazım idi oğlum, sizin çəkdiklərinizə dözə bilmirdim. Sizin uğrunuzda ölümə də gedərəm, canım balam, - kövrələrək dedi.
Sabir evə gələndə qapqara qaralmış, əsəbdən sanki, qıc olmuşdu. Nərgizi çağırıb bir də sorğu-sual etdi. Başını əlləri arasına alıb fikrə getdi.
Evdə sakitlik idi. Birdən qapının zəngi çalındı. Gələn Sabirin böyük bacısı idi. Onlar oturub söhbət edir, Sabir siqareti-siqaretə calayır, çıxış yolu axtarırdı. Onların danışığından Nərgiz Sevdanın Manuçerlə qaçdığını anladı. Bacı-qardaş oturub xeyli, dayanmadan Sevdanın nömrəsini yığırdılar. Telefona ya zəng çatmır, ya da cavab vermirdi Sevda. Onlar gah qorxur, gah da Sabir agzına gələni söyürdü bacısına.
-Soxdu papağımı yerə. Özümü camaatın içində biyabır elədi, həmi də müflis. Bu kül başına olmuş da, adını arvad qoyub. Böyründən pulumu çəkib aparır xəbəri olmur.
Sözlər ox kimi Nərgizin ürəyinə batırdı, lakin dinmirdi. Əslində, ürəyində Sabirə yazığı gəlirdi. Ona görə ki, bacı olasan, qardaş uğrunda bu qədər əziyyət çəkə, sən də ona belə bir zərbə vurasan. Gözündə Sabir kiçilmişdi sanki. Uşaqların hərəkətindən, söhbətindən, atalarının onlara qarşı haqsız davranışına sanki, bir etirazmı deyim və ya günahkar olmadıqları üçün sərbəst gəzib dolanmaqlarındanmı deyim, Nərgiz sarsılırdı. Sarsılırdı, ona görə ki, bir ata mənliyi sındırılmışdı bu evdə. Bir ata öz övladları qarşısında bir qəddar insana, bir günahkar ataya çevrilmişdi. Günlərlə, aylarla bu evdən göz yaşı əksilməmişdi. Bilirdi ki, bu zərbə təkcə bu günə yox, sabaha vurulan daha agır bir zərbədir.
Nəhayət neçə zəngdən sonra, Sevdayla əlaqə yarada bildilər. Danışdılar ki, sabah Sevda evə qayıtsın, söhbət edib, bir məsləhətə gələrlər.
Sabir Nərgizin üzünə nifrətlə baxırdı, içindəki qəzəb sanki, onu alova bürüyəcəkdi. Nərgiz heç nə anlaya bilmirdi. Axı həyat yoldaşı onu niyə bu qədər günahkar bilir. Bircə onu bilirdi ki, buna səbəb qaynana və baldızları ola bilər. İndi Allah bilir bu işin günahkar tərəfinin çox hissəsini Nərgizin boynuna qoymaq üçün necə dəridən-qabıqdan çıxırdılar.
Sabah açılar-açılmaz Sabir oyanıb, dəhlizdə siqaret çəkirdi. Gecəni onsuz da yatmamışdı. Səhərə yaxın bir az çimir eləmişdi. Siqaretin dumanı arxasında görünən gözləri sanki qan aglayırdı. Bacısının tutduğu iş bir yana, ortadan yox olması, onu lap üzmüş, mənliyini sındırmışdı. İçərisində qaynayan qəzəb, onu bir yerdə durmaga qoymurdu.
Bu gün onu gətirəcəkdi Manuçer. Sabir çox düşünür, onu polisə necə yaxalatmagın yollarını arayırdı. O qorxurdu ki, əyər birbaşa polisə müraciət edib bacısını axtararsa, səs hər yana yayılar, olan qalan ar-namusu da heç olar el içində. Odur ki, düşünür, bu alçaq Manuçerdən qisasını özü almaq istəyirdi. Yad ölkədə yaşadıgından, ailəsi üçün də qorxurdu. Qorxurdu ki, əyər onu öldürərsə, ailəsinə zərər toxundura bilər bu Manuçerin adamları.
Axşam saat beş radələri idi. Sabir həyətdə onları gözləyirdi. Nərgiz, uşaqları və Sabirin böyük bacısı-Ulduz da burada idilər. Dörd gözlə həyətə girən yola baxırdılar. Birdən bir qara 09 markalı maşın həyətə daxil oldu. Sevda ani bir vaxtda uşaqları ilə maşından düşdü. Maşın çox sürətlə geri dönüb uzaqlaşdı. Bayaqdan dörd gözlə maşını gözləyən, onun nömrəsini götürməyi düşünən və ya cibindəki silahla onu öldürəcəyini düşünən Sabir, yerindəcə donub qalmışdı. Nə edəcəyini özü də bilmirdi. Sevdanın ağlamaqdan üzü və gözləri şişmişdi. Sabirin ürəyi para-para oldu. Bir an damarlarında axan o dogma qan sanki, içindəki qəzəbi bogmuşdu. Bunlar hamısı o qədər tez bir zamanda baş vermişdi ki, Sabirin keçirdiyi hissləri kimsə duymamışdı. Hamı Sabirin Sevdanı öldürəcəyindən qorxdugu üçün onu Sabirdən qorumaga çalışırdılar. Nərgiz Sabirin onu öldürəcəyindən çox qorxur, əzab çəkirdi. Hər nədən sonra, o bir ana idi və iki yetimin anası idi. Nərgiz özünü qabağa verdi. Sevdanı qorumaq üçün var gücü ilə yalvarmaga, Sabirə mane olmağa çalışırdı. Sabirin içərisində qəzəb yenidən kükrəmişdi. Nərgizin yalvarışlarını, Ulduzun yazıq, məlul baxışlarını, uşaqların aglaşma səslərini duymurdu sanki. Onlar yuxarı qalxdılar. Evə girmək istəyəndə, Sabir Nərgizə:
-Sən gəlmə, - dedi.
Nərgiz həm qorxdu, həm də gözlənilməz sözdən özünü itirdi. Əksinə olaraq, daha da özünü evə salmaq istədi. Ona elə gəldi ki, Sabir içəri girən kimi Sevdanı öldürəcək. Çünki o, uşaqları da yuxarı-evə qalxmaga qoymamışdı. Elə bu fikirlə də bir daha qapıya sarı yüyürəndə, Sabir əlindəki maşın və evin açarı olan baglama ilə Nərgizin başına elə vurdu ki, Nərgiz agrıdan və qəfil hərəkətdən özünü itirdi. Bu gözlənilməz hərəkət, başına dəyən zərbədən də ağır oldu ona. Axı nədən, niyə onu vurdu, bilmədi. Bu anlaşılmaz həyat onu hara sürüyürdü, özü də bilmirdi. Nərgiz ağlaya-ağlaya, göynəyə-göynəyə aşağı düşdü.
Sabir Sevdaya bir neçə sillə vurdu. Ulduz içəridə, onların yanında idi. Mane olmadan baxırdı. İçərisində bir burulğan vardı. Nə Sevdanı müdafiə edə bilir, nə də Sabirə qarşı bir hərəkət edə bilirdi. Bacısının etdiyi hərəkət onun dilini gödək eləmişdi.
-Qız mənə cavab ver, pulları hara aparırdın? Hara qoymusan, kimə vermisən? Cavab ver, kim idi o? Dillən qız, bu saat başını kəsəcəm sənin!
Daşdan səs çıxırdı, Sevdadan yox. Sabir əsəbləşir, Sevda isə aglayırdı. Ulduz dilləndi:
-Danış az, a baş qaxıncı. De, onsuz da deyəcəksən, öldürmə bunu, görürsən ki, zərbəni elə vurmusan ki, çətin ki, özünə gələ.
Sabirin bir neçə zərbəsindən sonra olub keçənləri bir az, dogru, bir az yalan, danışdı Sevda. Sabir dəhşətə gəlmişdi. Evində sanki ilan bəsləyirmiş kimi, gəldi ona.
XƏBƏR LENTİ
Hadisə sahib olduğu hər şeyi satır
Onu içmə, bunu içmə, bəs?..
Ən qısa boylu məşhur qadınlar
Dikdaban ayaqqabılar
Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı AÇIQLAMA
İspanaqlı toyuq ruleti
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Avqust ayı üçün bayram və tarixi günlər
Dərini makiyaja hazırlamaq üçün 5 addım
Sürücülərə VACİB XƏBƏRDARLIQ - Avqustun 1-dən başlayır
Bakıdan Avropa və Asiya şəhərlərinə uçuşlar ucuzlaşdı
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
Əkizlərin festival keçirildi-FOTO
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - RƏSMİ
Qozlu, cemli peçenye (foto-resept)
Ebola banan bazarına da "yoluxdu"
Yuxular ağrı-acıları silir
Ziyafət geyimləri
Mobil telefonlar üçün qorxulu virus yayılıb
İş axtaranların nəzərinə!
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Məşhur aktrisa məhkəməlik oldu-SƏBƏB
Evlilikdən sonra sevgi azalır?
Bonibonlu peçenye (foto resept)
Təhsilə ən çox pul ayıran ölkələr – SİYAHI
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Dekolteyə görə vergi tətbiq oluna bilər
2018-in ən maraqlı romantik komediya filmləri
Unudulmaz gəlinlikləri ilə yadda qalan gəlinlər
Tələbələrə ŞAD XƏBƏR: bu universitetdə imtahanlar ləğv edildi
2020 qarderobunuza ilham olacaq məşhurlar
Azərbaycanda tibb sahəsində çalışanların maaşı artırılır
İslam pəhrizinin 13 qızıl qaydası
Sadə qələmlə çəkilmiş şəkillər
Bakı bulvarında pulsuz yenilik
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
Uşağınızı 3 və ya 6 pasportla necə təmin etməli
"Almaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın inkişafında maraqlıyıq"
Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu
Əmziyin xeyri və ziyanı
Zaxarova "Eurovision 2016" qalibini ələ saldı
Koronavirusla bağlı son STATİSTİKA
Bakıya 1000 nəfərə yaxın xarici rəsmi nümayəndə gələcək
Ronaldonun adı akademiyaya verildi
"Hasarları təcili şəkildə sökmək lazımdır!"
Varisin əlamətləri nədir?
Təbii gözəllik
Ən qoca ikibaşlı pişik öldü
Vətənin qəhrəman oğlu
Diqqət testi (2)
- ŞƏRHLƏR