Bakıda hava +7°
USD 0.7844 AZN
EUR 0.9847 AZN
21:26Sema https://www.youtube.com/watch?v=gHyj5SuSJa8 21:00Dəniz84 Sağ olun PƏRİ xanım.Bu gözəl sözlər üçün,cümləmizin İnşallah 19:52Sema Darixdirici gundu....((( 19:50PERI OZUNUZU,AILENIZI VE BUTUN SEVDIKLERINIZI XOSBEXT ELESIN. 19:49PERI ALLAH HEMISE,SIZIN UZUNUZU AG,SUFRENIZI DOLU.OZUNUZU 19:47PERI GOZEL BACILARIMIN RESEPLERI MENIM UZUMU AG ELEDI. 19:46PERI QADIN.NETIN SAYESINDE DUNEN QONAQLARIMI RAZI SALDIM 19:46PERI HAMINIZ COOX SAG OLUN,SIZI COOOOOX SEVIREM. 19:46PERI MENI TEBRIK EDEN BUTUN BACILARIMA CANLARIMA 19:44PERI QADIN.NETIN VURAN UREKLERI,HAMINIZI SALAMLAYIRAM.
29764

Bitki mənşəli yağlar və faydaları

Acı badam yağı

Öskürək kəsici, sidik artıran, qurd düşürən və şəkər xəstəliyi üçün istifadə edilir. Quru və çatlaq dəri baxımında təsirlidir. Stress və yorğunluq üçün masaj yağı olaraq istifadə edilir.
Bir çay stəkanı suya 2 damcı damcıladıb gündə 3 dəfə içilir. Xüsusilə, uşaqlar qəbz  olarkən  badam yağı bərabər miqdarlarda bal və bəkməz ilə qarışdırılıb 4-5 saatdan  bir çay qaşığı verilir.
DİQQƏT: Yüksək miqdarlarda qəbulu zərərlidir.

Zirə yağı

Uşaqlarda və  həmçinin mədədə olan qaz problemini aradan qaldırır. Tər kəsici və sidik artıran təsirləri vardır. Astma və qadınlarda aybaşı nizamsızlıqları hormon tənzimlənməsində istifadə edilir. Dəri baxım və təmizliyində təsirlidir. On iki barmaq bağırsağındakı yaralara da faydalıdır.
2-10 damcı bir şəkər parçası üzərinə damcıladıb və ya bir fincan suya 4-5  damcı  damcıladıb gündə 3 dəfə istifadə edilir.
DİQQƏT: Daha yüksək miqdarda qəbul edildiyində yüngül bir sərxoşluq sonra yuxu meydana gətirər.

Çəmənotu yağı

Sidik qovucudur, qazı aradan qaldırar, qan dövranını artırar, bronxitə və sinüzit, sarılıq və qaraciyər xəstəliklərində  istifadə edilir. Yuxusuzluğu və sinir sistemini tənzimləyir. Xolestrolu nəzarətdə saxlayır.
Bir  stəkan suya  və ya şəkərə 2-3 damcı  damcıladıb gündə 3 dəfə istifadə edilə bilər. Sinüzit, revmatizm ağrılarına,  sızanaqlar üzərinə qoyularaq istifadə edilə bilər.

Buğda yağı

Hüceyrə yeniləyici,   yanıq, yara və digər dəri problemlərində qırışıqlıqlarda təsirli olaraq istifadə edilir. Bundan başqa həssas və köhnəlmiş saçlar üçün faydalıdır. Dəri ləkələri, günəş ləkələri və doğum ləkələrini aradan qaldırar.

 Daxilən gündəlik bir çay qaşığı istifadə olunur. Saç və dəri üçün masaj şəklində tətbiq edilir.

 Qoz yağı

Quru dərilərdə yumşaldıcı və qidalandırıcı təsirə malikdir. Təbii nəmləndiricidir. Saç diblərini və saçları qidalandırır. həmçinin revmatizmaya yaxşı təsir edir. Günəş altında bürüncləşdirici olaraq istifadə edilir.
Xaricdən dəriyə masaj şəklində tətbiq olunur.

 Çörəkotu yağı

 

Bitki mənşəli yağlar və faydaları

Sidik və süd arttırıcı, iştah açan təsirlərə malikdir. Revmatizm müalicəsində və qrip dövründə immunitet sistemini gücləndirərək bədənin müqavimətli tutulmasını təmin edər. Saçı qidalandırır tökülməsinin qarşısını alır.

 

 Gündə 3 dəfə 1   stəkan suya 4-5 damcı  damcıladıb içmek məsləhətdir. Həmçinin saç tökülməsi və kəpəyə qarşı saç diblərinə masaj şəklində istifadə edilir.

 Dəfnə yarpağı yağı

Yeməklərə gözəl qoxu vermək üçün istifadə olunur. Qarqara yolu ilə alındığında badamcıq iltihablarında soyuq dəyməyə və grip infeksiyalara yaxşı  təsir edir. Tərlədici və Antiseptik xüsusiyyətlərə malikdir. Saç və saç  dərisi müalicələrində istifadə olunur. Saç uzanmasına  təsir edir.

 Bir stəkan  suya 4-5 damcı   damcıladıb. Gündə 2 dəfə içmək məsləhətdir. Hamiləlikdə istifadə edilməməlidir. 

Fındıq yağı

 

Bitki mənşəli yağlar və faydaları

Quru və köhnəlmiş dərilərə rahatlıqla tətbiq edilir. Saçqıran üçün də faydalıdır. Doğum əvvəli, doğum sonrası dərinin elastikliyini təmin etmək və dəri çatlağını qarşısının alınması məqsədiylə masaj edilərək istifadə olunur.

 

 Gül yağı

Ağrı, öskürək kəsici təsirləri vardır. Qəbizlik və təzyiq düşməsində təsirlidir. Həmçinin saç uzadıcı və bəsləyici təsirə malikdir.

 Xaricdən dəriyə masaj şəklində tətbiq olunur. Bir çay stəkanı suya 10-15 damcı  damcıladıb qarqara edilir.

  Yerkökü yağı

Ultraviole (UV) şüasına qarşı bədən immunitetiıni artırır. Günəş yanıqlarının yaxşılaşmasına kömək olur. Hüceyrə yeniləyici, qan təmizləyici və xollestrol tənzimləyici təsirlərə malik olduğu bilinir. Həmçinin səs tellərinə faydalıdır.

 Gündə 2-3  damcı bir şəkər parçası üzərinə  damcıladıb və ya yarım çay stəkanı suya 2-3 damcı  damcıladıb istifadə edilən bilər.

 Jojoba yağı

 

Dərini yumşaldır. Xəttləri və qırışları azaltmaq üçün istifadə olunur. Quru dəriləri nəmləndirir. Akne (Sızanağı) aradan qaldırır. quru və qırıq saçları qidalandırır parlaqlıq verir. Saç şəkilləndirici olaraq istifadə edilir.

 Saçlara və dəriyə masaj edilərək istifadə edilə bilər.

 Kantaron Yağı 

Həzmi asanlaşdıran və iştah açan xüsusiyyətlərə malikdir. Qızdırma düşürən təsiri vardır. Mədə yarasını və qastritdə sağalma prosesini tezləşdirir. Bağırsaq spazmlarını həll edir. Bağırsaq soxulcanlarını çıxarır. Hemoroide faydalıdır. Yara və yanıqları iz buraxmadan yaxşılaşdırar.

Gündə 2 dəfə-günorta və axşam yeməklərindən əvvəl 5-6 damcı istifadə edilməlidir. 

 Qərənfil yağı

Ağız və mədə qoxularını aradan qaldırır. Əsəbləri keyidir, antiseptik və ağrı kəsici olaraq istifadə edilər. Diş ağrılarında və diş əti iltihablarında faydalıdır.

1 stəkan suya 2 damcı  damcıladıb içmək məsləhətdir. Diş ağrılarında pambıq üzərinə  damcıladıb diş üzərinə tətbiq edilir.
Qərənfil yağını dəriyə istifadə etmək olmaz.

Ərik yağı

Üz təmizliyində istifadə edilir. Sızanağı təmizləyir. Dəriyə canlılıq verir. Yaşlanma ilə ortaya çıxan qırışları aradan qaldırır. Nəmləndirici xüsusiyyətə malikdir. Parazit problemlərində istifadə olunur. Tortlarda ətir olaraq istifadə edilir.

 Xaricdən dəriyə pambıqla tətbiq edilir. Daxilə qəbul üçün bir stəkan  suya 3  damcı  damcıladıb istifadə olunur.

Kəklikotu yağı

Bronxit, soyuqdəymə, qrip, tənəffüs yolu xəstəliklərinə, diş əti iltihablarına yaxşı   təsir edir . Qurd düşürür. Qırmızı qan hüceyrəsi meydana gəlməsini artırır. Şəkər xəstəliyinə yaxşı   təsir edir . Yara və yanıqlara antiseptik olaraq istifadə edilər. Revmatizmaya yaxşı təsir edir.Qastrit kimi mədə xəstəliklərinə kömək edir.

 2-3  damcı yarım stəkan suya qatılaraq və ya şəkər üzərinə damcıladıb istifadə olunur. Barmaq uclarıyla masaj şəklində tətbiq edilir.

Çox miqdarda daxilən istifadəsi təhlükəlidir.

 Kətan yağı

Bitki mənşəli yağlar və faydaları

Menapoz çətinliklərini, mədə ağrılarını və qəbzliyi aradan qaldırır. Həzmi asanlaşdırar. Həzm sistemi iltihablarında faydalıdır. Zehin açandır.

Bir stəkan suya 5 damcı damcıladıb içmək məsləhətdir.

 Lavanda yağı

Baş ağrısı stress və əzələ ağrıları üçün yaxşı təsir edir, həmçinin güvə və ağcaqanadları uzaqlaşdırmaq üçün istifadə edilər. Həssas və yağlı dərilər üçün tövsiyə olunur. Sızanaq və bədəndəki pis qoxuları aradan qaldırır. Dəriyə sürtüldüyü vaxt qızdırmanı aşağı salır. Saçdakı sirkəni aradan qaldırır. Kosmetik məqsədli ətir və duş yağı olaraq istifadə edilər.

 Bir çay stəkanı suya və ya bir şəkər parçası üzərinə 3-4 damcı damcıladıb içmək məsləhətdir. Həmçinin dəriyə masaj edilərək istifadə olunur.

 Kakao yağı

Bədəndəki zəhərli maddələri çölə atar. Böyrək iltihabını aradan qaldırır. Qidalandırıcı, iştah açan və qüvvət verəndir. Xaricdən babasili, qadınların sinəsindəki yara və çatlaqları yumşaltmaq üçün istifadə olunur.

 Gündə 2-3 damcı bir şəkər parçası üzərinə damladılaraq və ya yarım çay stəkanı suya 2-3 damcı damcıladıb içmək məsləhətdir.

 Limon yağı

Bitki mənşəli yağlar və faydaları

Rahatlıq verir. Qrip və soyuqdəyməyə qarşı müdafiə edir. Yaddaşı gücləndirir. Boğaz ağrısı, mədə yanması, qan təmizləmə, böyrək daşı xəstəliklərindən əzələ qüvvətləndirir. Diş ətini qüvvətləndirir. Sızanaqları aradan qaldırır. Dərini gözəlləşdirir. Bədəndəki arzuolunmaz yağlardan xilas olmağı təmin edər. Tonik olaraq istifadə edilər. Mikrob öldürücüdür . Böcək və ağcaqanad dişləməsində qaşıntı və şişməyin qarşısını alır. Tortlara ətir olaraq istifadə edilər.

 Nanə yağı

Mədə bulantısını kəsir. Həzmi asanlaşdırar. Qaz çıxarıcıdır. Əsəbləri gücləndirir, baş ağrılarına yaxşı təsir edir. Selülit müalicəsində istifadə olunur. Ana südünü artırar. Bağırsaq soxulcanlarını təmizləyir.

 Daxilə istifadə üçün gündə 3 dəfə bir şəkər parçası üzərinə 2-3 damcı damcıladıb və ya 1 stəkan suya 2-3 damcı damcıladıb içmək məsləhətdir. Xaricdən dəriyə masaj edilərək sürtülür.

Çox miqdarda istifadə edilməsi təhlükəlidir.

 Çobanyastığı yağı

Həssas və problemli dərilər üçün yaraları qabaqlayıcı və dərini bəsləyən xüsusiyyətə malikdir. Badamcıq və diş iltihabından istifadə olunur.

Bir stəkan suya 4-5 damcı damcıladıb qarqara edilir. Dəriyə masaj şəklində tətbiq olunur.
Daxilə qəbulu təhlükəlidir.

 Portağal yağı

Mədə narahatlıqlarını aradan qaldırar. Həzmi asanlaşdırar. Qızdırmanı salır. Revmatizmada faydalıdır. Dərinin gözəl olmasını təmin edər. Yara və yanıqların müalicəsində istifadə olunur. Dərini möhkəmləşdirir. Sızanaqları qurudar. Tonik olaraq istifadə edilir. Tortlara ətir olaraq istifadə edilir. Qan dövranını tənzimləyici,əsəb sakitləşdiricidir.

Daxilən yarım stəkan suya 3 damcı damcıladıb gündə 3 dəfə istifadə olunur. Xaricdən dəriyə masaj edilərək sürtülür.


Səslərin sayı: 10
45
11497
Şərhlər
Offline
Ayka S
bir coxundan istifade etmisem ancaq erik yagi deriye coxxxxx yaxsi tesir edir tsk
28 aprel 2013 18:45
Offline
İlaska
Cox twk Mika maraqli melumat idi. BITKI DEMLEMELERI HAQQINDA melumatiniz varsa yazardiz zehmet deyilse give_ros
28 aprel 2013 17:44
Offline
Smurfeta
Inshallah xeberimden yararlananiz olar.faydali olsun. Sag olun her biriniz
28 aprel 2013 17:23
Offline
xalilova munavvar
maraqli va lazimli xabardir tasakurlar atdimsecilmislara give_ros
28 aprel 2013 16:52
Offline
Belke bir gun...
bu yaglar haqqinda melumatim var idi.lazim olduqca istifade edirem.minnetdaram.
28 aprel 2013 14:59
Offline
dombish.
cox sag olun MikaMilus give_ros faydali xeber hazirlamisiniz good
28 aprel 2013 14:54
Offline
jasmin gulum
tesekkur edirem bezilerini ilk defe gorurem
28 aprel 2013 14:34
Offline
Rojda
Her bitkinin yagini cikarmalari cok iyi ama, yeter ki, "suyunu cikarmasinlar". biggrin Tesekkurler tatlim. give_ros
28 aprel 2013 14:31
Offline
Nəzrin
Kakos yağını içmək?! əsla içmərəm iyisindən xoşum gəlmir saçlarım üçün maska edirəm nem. Faydalı xəbərdi təşəkkür edirəm
28 aprel 2013 14:19
Offline
Yağmur damlası
canim ele yaglar var ki,men hec onlarin adini da bilmirdim,cox sag ol faydalaneceyem mutleq.Lavanda yagindan istifade etmisem,cox faydalidir.
28 aprel 2013 13:26
Offline
Nigar
cox sagol mika her zamanki kimi faydali xeberdir atdim secilmislere lazim olar give_ros
28 aprel 2013 12:56
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Fatma xanım
maraqlı və dəyərli məsləhətlərdi mən yağların qarışığından saç maskası edirəm çox effektli olur
28 aprel 2013 12:51
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
GÜLÇİN
Super bir xəbərdir.Faydalanacam mütləq.
28 aprel 2013 12:07
Offline
Gümüş
İndi həşeyin yağını çıxarırlar bu da qəbul edəndə bizim üçün asan olur. Təşəkkür edirəm.
28 aprel 2013 11:51
Offline
Aysu_M
Bu yaglar haqqnda melumat almaq mence butun insanlara lazmdir.Demek olarki gundelik heyatmzdada bezilernden istifade edirk.Təşəkkürlər
28 aprel 2013 10:57
Offline
muslim woman (şirinlər:))
Faydali xeberdi tesekkurler
28 aprel 2013 10:47
imza: Eğer kendini başkalarıyla kıyaslar durursan,ya mutsuz olursun,ya da kendini beğenmiş olursun.
Çünkü her zaman senden daha iyi,ya da daha kötü durumda birileri olacaktır...
Offline
zumtu
ne gozel xebermis,men bu yaglari sevdim. tesekkur
28 aprel 2013 10:23
Offline
Asi
Deyerli meslehetler ucun tewekkurler. give_ros badam yagi iwletmiwem yalniz masajda. amma derman kimi ice bilmirem. no
28 aprel 2013 10:11
imza:
Nə sayanın quluyam,nə saymayanın ağası.
Allahın quluyam, Nəfsimində ağası.
Offline
Zehra Bedirxanli
cox faydali meslehetlerdir. cox sag olun.
28 aprel 2013 09:34
imza: QADİN.NET
Offline
Melek
portagal ve limon yagi haqda melumatli deyildim, ARO
28 aprel 2013 09:30
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • Saçların tez uzadılma yolları

    Forever Alone,umud edirem xeber size yararli olacaqEllada Babayeva,ugur olsun! Dəniz84,Men de oz sacimi ozum kesirem Deye bilmerem elim yunguldu ya yox amma saclarim uzundur,dusunurem bu qulluigun neticesidir/Bir ara cox gec uzanirdi saclarim xususi uzadici sampul,balzam ve kondersionerden istifade etdim 1,5 aya inanilmaz netice elde etdimSema,Sac dibi mohkemleden maskalar edin,bslli sogan suyu ve xardal maskalari en yaxsi vastelerdir
  • 21:26 - Müəllif: Dəniz84
    TQDK-nın binası belə olacaq (4)

    TQDK-nın binası belə olacaq

    Özləridə bilmirlər nə edirlər. İndi güyə bu memearlıq əsərdir)))
  • Yer kürəsi 6 gün qaranlıqda qalacaq

    Ureyimizi uzur sorada deyirki panikaya dushmuyun.Hec dexli var?Nece olacaq goren?Allah komeyimiz olsun.
  • Bakıda mənzillər kəskin ucuzlaşdı

    Kim almaq istese xeyirlisi..
  • TQDK-nın binası belə olacaq

    Boyyyy bashima xeyir bu nedi?Neye oxshuyur bu?
  • 21:30 - Müəllif: Ulker.Agamali
    6 ən romantik şəhər (24)

    6 ən romantik şəhər

    Insallah her kese arzularinin seherini,olkesini gormek nesib olar! MEn de en cox Venesiyani gormek isteyiremAsi,INsallah ezizim! Her keze coxlu pul arzu edirem hec olmasa 1 defe dunyani sehayet ede bilesiz Ellada Babayeva,Yunanistan hardadir ki,1.5 saatliq yoldu Insallah qismet olar canli-canli gormek AYSUN MEMMEDOVA,Ay baci istediyin Turkiye olsun al bleti get Fidan Məmmədova,Nəzrin,قلب  Ro-Xe-Sa قلب,Gozel gununuz olsun! Sehleriniz ucun cox saag olunGulum,O da cox kecmez tetbiq olunar
  • Qırmızı möcüzə olan narın faydaları

    En cox sevdiyim meyvelerden biridir...Amma faydalarini bilmirdim...Melumat ucun tesekkur edirem Narin
  • Azərbaycanda snayper kursları bərpa olunur

    Olsun olsun belke butun dushmenlerimizi duz alinlarinnan vurub mehf ederiy..
  • Xəyalə Murad "Görünməyən həqiqət"

    Xeyale xanim tebrik edirem cox gozel kitabdi tezeliyce oxudum kitabinizi cox cox beyendim ureyinize ,qeleminize quvvet,yeni yeni gozel eserlerinizle dolu kitablarinizi gozleyirem....
  • Qatarlara WİFİ quraşdırılacaq

    Ay saqol ele buda olsa ela olar..Lazimdi mutleq.
Ən çox oxunulanlar
Kompotlardan nə zaman istifadə edirsiniz?
Hər gün
Hərdən
Bayram günlərində
Qonaq gəldikdə
Xüsusi günlərdə