Bu gün facebook-dakı 5 xırda amma önəmli sayıla biləcək funksiyaları bir yerə toplamaq istədim. Bu o funksiyalardır ki, sizə lazım olan şeyləri daha rahat həll etməyinizə kömək edəcəkdir. Əminəm ki, bir çox insan bunları bilir, və eyni zamanda əminəm ki, bir çoxunun da hələ xəbəri yoxdur.
Odur ki, başlayaq..
Qeyd edim ki, funksiyaların facebook-dakı adını 4 dildə də yazacağam. Çünki hər kəs eyni dildən istifadə etmir və bu başadüşüləndir.
1. MESAJ BLOKA SALMAQ.
Bir xanım kimi deyə bilərəm ki, yersiz mesajlar çox əsəbpozucu bir şeydir. Bunun iki yolu var:
1-Sizə gələn mesajın sahibini blok edə bilərsiniz. Bu halda həmin şəxs sizinlə heç cür əlaqə saxlaya bilməz, axtarışa verə bilməz, sadəcə ortaq olduğunuz qruplarda bir birinizi görə bilərsiniz.
2-Həmin şəxsdən gələn mesajları blok edə bilərsiniz. Bu qıcıq yaradan funksiyadır. Çünki bu halda qarşı tərəf sizə sadəcə mesaj göndərə bilməyəcək. Göndərmək istədiyi zaman ona bu barədə məlumat bildiriləcək ki,qarşı tərəf sizdən gələn mesajları qəbul etmir. Kimdənsə küssəniz istifadə edə bilərsiniz :)
Bundan sonra istəsəniz həmin mesaj qutusuna girərək şəxsi blokdan çıxara biləriniz .
Bunun üçün mesaj qutusuna girirsiniz və tənzimləmələr bölməsindən Block messages (tr:Mesajları engelle; eng:Block messages;rus: Заблокировать сообщения) hissəsini seçirsiniz və blok edirsiniz.
2. GİZLİ ONLİNE OLMAQ.
Bəzən online olmaq istəmirik və bu da müxtəlif səbəblərdən ola bilər. Və ya dostluğumuzda bəzi insanlara online olmaq istəyirik və bəzilərinə istəmirik. Bunun üçün bir dəfəlik offline olmaq lazım deyil. Facebook sizə rahatlıq təmin etmək üçün bunu düşünüb. Siz istəsəniz seçdiyiniz şəxslərə online, və eyni zamanda seçdiyiniz bir qrup şəxslərə offline ola bilərsiniz. Bunun üçün ilk növbədə çat pəncərəsindən Qabaqcıl Quraşdırmalar (tr:Gelişmiş ayarlar; eng:Advanced Settings rus: Расширенные настройки) bölməsini seçin, daha sonra açılan pəncərədə Kimlərə online olub olmayacağınızı seçər bilərsiniz.
3. PROFİLİNƏ ÖZÜN BAX
Başqalarının sizin profilinizə filan şeyi görürlərmi deyə baxması üçün xahiş etməyin, çünki bunu siz özünüz edə bilərsiniz. İnanın bu daha rahat və əlverişlidir.
Bunun üçün profilinizə daxil olmalı, cover photo-nun altından sol tərəfdən düyməni basaraq Başqası kimi gör (tr:Başkasının gözünden gör; eng:View as; rus: Просмотреть как) seçimini etməlisiniz.
Bu funksiya sayəsində sizin dostluğunuzda olmayan şəxslərin profilinizi necə və hansı formada gördüyünü anlamış olacaqsınız.
Yox əgər siz Hər hansı müəyyən bir şəxs kimi bax (tr:Belirli bir kişinin gözünden; gör eng: View as Specific Person; rus:Просмотреть как) seçimini etmiş olsanız, bu zaman dostluğunuzda olan bir şəxsin adını boş xanaya qeyd edərək, həmin şəxsin sizin profilinizi necə gördüyünü anlaya bilərsiniz.
4. KEÇMİŞ PAYLAŞIMLARIN GÖRÜNÜŞÜNÜ LİMİTLƏMƏK
Siz hər zaman “hər kəsə” açıq paylaşımlar edirsinizsə və birdən qərar vermək istəyirsinizsə ki, paylaşımlarınızın hamsını ancaq dostlarınız görsün o zaman facebook-un bu funksiyasından yararlansanız daha asan olar. Tənzimləmələr bölməsindən bu hissəni tapa bilərsiniz. Aşağıdakı rəsmdə hər şey aydın görünür
5. FACEBOOK SİYAHILARI
Facebook-un ən sevdiyim funksiyası dost listləridir. Bu listlərdə istədiyiniz insanları bir yerə yığa bilərsiniz. Əgər facebookda bir qrup dostlarınızın sizin dostlara açıq olan paylaşımlarınızı görməsini istəmirsinizsə, o zaman həmin şəxsləri Məhdudlaşdırılmış (tr:Kısıtlılar; eng: Restricted; rus:Ограниченные) listinə əlavə edin. Bu funksiyanın üstünlüyü ondadır ki, ola bilər sizin dostluğunuzda elə bir şəxs var ki, nə onu dostluqdan çıxarmaq istəyirsiniz, nə də onun sizin özəl paylaşımlarınızı görməsini istəyirsiniz. Bu list sizə həmin insanları seçərək bir yerə toplamağınıza yardımçı olacaq və bu şəxslər sadəcə sizin hər kəsə açıq paylaşımlarınızı görəcəklər.
Digər siyahı isə Tanışlar (tr:Tanıdıklar eng: Acquaintances rus:Знакомые) siyahısıdır. Bu siyahıya əlavə etdiyiniz şəxslər isə sizi öz paylaşımları ilə qıcıqlandıran şəxslər üçün idealdır :) Onları dostluqdan çıxara bilmirsinizsə, amma eyni zamanda artıq onları görmək istəmirsinizsə bu listə əlavə edin.
Təbii ki, bu iki istəyi fərqli yollarla da həyata keçirə bilərsiniz, lakin listlərdən istifadə daha rahatdır. Çünki həmin şəxsləri daha tez tapmaq digər variantlardan daha optimaldır.
Ümumiyyətlə qeyd etmək istərdim ki, facebook-da siyahılar işi asanlaşdırmaq üçün çox önəmlidir.
Məsələn, mənim imtina edə bilməyəcəyim facebook funksiyalarından biri səhifələr üçün siyahı hazırlamaqdır. Işimlə əlaqədar olaraq mənə lazım olan şirkət və ya brendlərin facebook səhifələrini bir yerə yığaraq onları, daha rahat izləyə bilirəm. Əgər siz də mənim kimi sevimli və ya işinizə lazım olan səhifələri bir yerdə saxlamaq istəyirsinizsə bu funksiyadan istifadə edə bilərsiniz. Bu işin ən yaxşı cəhətlərindən biri odur ki, listə əlavə etdiyiniz səhifələrini bəyənməsəniz də olar :)
Günel Əbdürrəhmanova
XƏBƏR LENTİ
Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi
Gündəlik həyat tərzimiz necədir?
Əhali bu vergilərdən azad edilir - SİYAHI
Tək barmaqla göyə qalxan daşın sirri-FOTO
Ayaqqabı təmizliyi üçün praktik üsullar
“Twitter” satışda - Kim alacaq?
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Azərbaycanda zəlzələ olub
Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaq
Britni Spirs 25-ci ətrini təqdim etdi-FOTO
Ağciyər xərçəngi müalicəsində EBUS üsulu
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycanda zəlzələ baş verib
Soyuq da gözəllik yaradır
Permdə doğulan Ömər Xəyyam
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Bu gün Aşura günüdür
Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb
Bakıda 37 metrlik yolka
Mumiyalarla bağlı yeni kəşf
Malyariya
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Bülənt Ərsoy koronavirusa yoluxub?
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Bəyəndim (Like)
"Real"ın ulduzuna 7 milyon qiymət qoyulub
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
Qarındakı yağları əridən detoks
Şamaxıda yollar buz bağladı
Hər kəsi təəccübləndirən cütlüklər
''İlan'' salatı
İş axtaranların nəzirənə
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İlham Əliyev xalqı əmin etdi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Tokyonun ən qəribə 5 restoranı
Əliyev: Əgər bir də belə olacaqsa...
Bu şəhərdə internet pulsuz olacaq
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Hava xəbərdarlığı
Virtual autizm yayılır
Qiyməli pide (foto resept)
İlin ən yaxşı serialı seçildi - FOTO
Kitab"sevər"lər
Avropa su altında qaldı
Azərbaycan dili - III dərs
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Günün ən xoşbəxt anı
- ŞƏRHLƏR