Mərkəzi kəşfiyyat idarəsinin sabiq işçiləri Filip Hyuston, Maykl Floyd və Suzan Kanniçero özlərinin peşəkar yalanı aşkar etmə qabiliyyətlərini heyranedici, indi səliqəli dəri üzlükdə tapılan "Yalanı Aşkar Et" adlı bir kitabda ifadə etmişlər. Aşağıda kitabdan verilən çıxarışda müəlliflər bir kəsin yalan danışmasının 6 işarəsini aşkar edirlər.
Davranışda fasilə və yaxud ləngimə. Siz bir kəsə sual verirsiniz və ilkin olaraq heç bir cavab almırsınız. Bir qədər ləngiyəndən sonra o cavab verməyə başlayır. Sizcə ləngimə əsaslı şəkildə nə qədər müddətə olmalıdır, siz onu yalanın göstəricisi hesab etməzdən nə qədər öncə? Bu şəxsdən və şəraitdən asılıdır.
Bu məşqi öz dostunuzda sınayın: Ona belə bir sual verin: “Yeddi il bundan öncə elə bu tarixdə, həmin gün sən nə edirdin?” Həmin şəxs istisnasız olaraq cavab verməzdən öncə fasilə verəcək, çünki bu elə bir sualdır ki həqiqətən də dərhal cavab doğurmur – insan onun haqqında düşünməlidir və çox güman ki hələ də normal əsaslı bir cavab verə bilməyəcək. İndi isə ona belə bir sual verin: “Yeddi il bundan öncə elə bu tarixdə, sən qazdoldurma məntəqəsini qarət etmisənmi?” Əgər dostunuz bu suala cavab verməzdən öncə fasilə edirsə, o zaman yəqin ki siz dostlarınızı daha ehtiyatla seçməlisiniz. Və çox güman ki əksər hallarda heç bir fasilə olmayacaq – dostunuz dərhal cavab verəcəkdir: “Yox!”, yaxud “Əlbəttə ki yox!”. Bu, sadə bir çalışmadır, ancaq həmin məqamı agah edir ki, ləngimə onun suala müvafiq olub-olmamasına görə nəzərə alınmalıdır.
Şihafi/qeyri-şifahi uyğunsuzluq. Bizim beyinlərimiz elə qurulmuşdur ki, şifahi və qeyri-şifahi davranışlarımızın təbii şəkildə bir-birinə uyğun gəlməsinə səbəb olur. Beləliklə, uyğunsuzluq olduğu zaman, biz hesab edirik ki, bu potensial yalanın göstəricisidir.
Yalançı şəxs çox zaman həqiqəti danışmayanda ağzını və ya gözlərini gizlədəcəkdir.
Müşahidə etmək üçün ümumi şifahi/qeyri-şifahi uyğunsuzluq o zaman baş verir ki, həmin şəxs “Yox” deyərkən inandırıcı şəkildə başını yelləyir, yaxud “Bəli” deyərkən başını bir tərəfdən digər tərəfə çevirir. Misal üçün, əgər siz hər-hansı bir suala cavab vermək üçün həmin uyğunsuzluğu canlandırmaq istəsəydiniz, aşkar edərdiniz ki, həqiqətən də özünüzün jestlərinizi məcbur etməlisiniz. Artıq yalan söyləyən adam isə hətta bu barədə düşünmədən potensial şəkildə həmin hərəkəti edəcəkdir.
Bu xüsusi göstərici ilə əlaqədar olan bir sıra şərtlər (xəbərdarlıqlar) vardır. Birincisi, bu göstərici bir sözlü, yaxud qısa frazalı cavabda deyil, yalnız nəqli, izahedici cavabda tətbiq olunur. Düşünün ki, misal üçün, insan “Yox!” deyərkən başı ilə sərt bir yelləmə jesti edə bilər. Bu əlaqəsizlik deyil; sadəcə vurğulamaqdır. İkincisi, yadınızda saxlamaq vacibdir ki, bəzi xalqların mədəniyyətində başını tərpətmək jesti “bəli” mənasını vermir, və sağa-sola yırğalamaq isə “yox” demək deyil.
Ağzını və ya gözlərini gizlətmək. Yalançı şəxs çox zaman həqiqəti danışmayanda ağzını və ya gözlərini gizlədəcəkdir. Yalanı ört-basdır etməyi istəmək kimi təbii bir tendensiya vardır, beləliklə də, əgər şəxsin əli o, suala cavab verərkən ağzının önünə gedirsə, bu ciddi göstəricidir. Eynilə də, bir kəsin özünü onun aldatdığı şəxslərin reaksiyasından müdafiə etmək, qapamaq kimi təbii üstünlük verdiyi hərəkət vardır. Əgər bir şəxs suala cavab verərkən gözlərini qaçırdırsa, bununla da göstərmiş olacaqdır ki, o, söyləmiş olduğu uydurmaya verilən reaksiyaya tab gətirə bilmir. Bu cür qorunma əllə də tamamlana bilər, yaxud da hətta insan gözlərini yuma bilər. Biz burda göz qırpmaqdan danışmırıq, ancaq əgər şəxs cavaba reaksiya tələb etməyən sualı cavablandırarkən gözlərini yumursa, biz bunu gözlərini gizlətmək vasitəsi və çox güman ki yalan göstəricisi hesab edirik.
Boğazını arıtlamaq və ya udqunmaq. Əgər bir şəxs suala cavab verməzdən öncə boğazını arıtlayırsa (təmizləyirsə) və yaxud dərindən udqunursa, bu artıq potensial problemdir. Əgər o, bunu bizə cavab verdikdən sonra edirsə, bizi narahat etmir. Ancaq əgər o, bunu cavab verməzdən qabaq edirsə, bəzi şeylər baş verə bilər. O, şifahi şəkildə “Mən Allaha and içirəm, Allaha and olsun ki...” kimi şifahi ifadənin emosional jestini edə bilər – öz yalanını bizə təqdim etməzdən öncə onu Bazar günü gəzməyə gedirmiş kimi bəzəyib-düzəyərək. Yaxud da psixoloji baxımdan, sual bir narahatlıq tıxacı yarada bilər ki, bu da ağızda və ya boğazda diskomfort, yaxud quruluğa səbəb ola bilər.
Yalan söyləyən adam öz qalstukunu və ya köynəyinin manjetini, ya da ki eynəyini düzəldə bilər.
Əldən-üzə hərəkəti. Bir şəxs sizin sualınıza cavab verərkən onun üzü ilə və yaxud başı ətrafında nə etdiyini müşahidə edin. Bu, çox zaman dodaqların dişləmək və yaxud yalamaq kimi, və ya dodaqlarını və qulaqlarını dartışdırmaq kimi formada baş verə bilər. Səbəbi sadə kollec elminə gedib çıxır. Siz bir sual verdiniz, və sual narahatlıq yaradır, çünki düzgün cavab cavablandıran şəxsə qarşı günahlandrıma, ittihama səbəb olacaqdır. Bu da öz növbəsində avtomatik əsəb sisteminin narahatlığı sakitləşdirmək üçün işə düşməsinə təkan verir, üzün səthində, qulaqlarda və ətraflarda qanın çəkilməsi – hansı ki soyuq və yaxud qaşınma duyğusu yarada bilər. Hətta insan özü hiss etmədən onun əlləri həmin hissələrə doğru gedir, əllər ya bərk-bərk sıxlır, yaxud da birbirinə sürtülür. Bum! – siz yalançı göstəricini yaxalamısınız.
Hazırlaşdırıcı jestlər. Bəzi insanların öz narahatlıqlarını yatızdırmaq üçün etdikləri başqa üsul bir kəsi və yaxud yaxın ətrafını hazırlaşdırmaq formasında fiziki hərəkətlərdir.
Suala cavab verərəkən yalançı şəxs öz qalstukunu və yaxud köynəyinin manjetini düzəldə bilər, yaxud öz eynəyini səliqəyə sala bilər. Yalançı qadın saçının bir neçə telini qulağının arxasına keçirdə bilər, yaxud yubkasını düzəldəcəkdir. Biz həmçinin tərləmənin idarə olunmasına da diqqət yetiririk. İnsan tərləyə bilər, bu bizi narahat etmir, ancaq o dəsmalını çıxardırsa (ya da ki, yəqin barmaqsız əlcəklə) və suala cavab verərəkən qaşının üstündəki təri silirsə, bu artıq mühüm amildir. Ətrafını səliqəyə salmaq başqa bir hazırlaşıcı jestdir. Siz sual verirsiniz, və qəfildən telefon düzgün formada yanmır, su stəkanı çox yaxındadır, yaxud da ki karandaş düz yerində deyil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR