"Bu dünyadan o dünyaya"
Bir körpü var - görsənməyən
Bu dünyadan o dünyaya...
Nə apara biləcəksən?
Bu dünyadan o dünyaya?!
Üryan gəldin, gedəcəksən
Nə vaxt tövbə edəcəksən?
Rəhmət apar, sənə əhsən!
Bu dünyadan o dünyaya!
Niyyət ilə, əməl ilə,
İmanını məşəl elə.
Namazın qıl, cənnət dilə,
Bu dünyadan o dünyaya!
Bu körpüdən iki yol var,
Biri cənnət, biri yanar...
Cəhənnəmdən qorxmayanlar,
Sonda orda yanacaqlar.
Bu dünyadan... o dünyaya...
"Anlamadım" - keçməyəcək.
Varlı, kasıb seçməyəcək
Kim deyər ki, köçməyəcək?!
Bu dünyadan o dünyaya?!
"Axirət zamanında"
Qiyamətlər qopacaq,
Haqq yerini tapacaq.
İman - tək sığınacaq,
Axirət zamanında.
Mehdi Dəccal üz-üzə
İsa gələr - möcüzə!
Bərk sarıl dinimizə,
Axirət zamanında.
Namaz, oruc, zəkatla,
Yaşayan təmiz adla.
Quran - nicatdır, anla!
Axirət zamanında!
Zənginlik - iman olar!
Ey şeytana uyanlar!
Yanacaq aldananlar
"Cəhənnəm qazanında"
Axirət zamanında!
"Tövbəsini pozanlar"
Bilmədən günah etdi, günahını anladı,
Onu başa saldılar, özü-özünü danladı.
Tövbə etdi, günahını tez yumağa tələsdi,
Tələsməsin tövbəyə, tövbəsini pozanlar.
İman nuru qəlbinə saçılıbsa, əmin ol,
Demirəm elə bu gün dönüb sən də mömin ol.
İmanına sığınman, anlasan bir həvəsdir,
Vəd etməsin tövbəyə, tövbəsini pozanlar.
Sənə bir yol açılıb - nicat yolu, haqq yolu
Sənə bir işıq olub İslamla Allah qulu.
Xəyanətdi tövbəyə əməl etməmək, anla
Haram qatar tövbəyə, tövbəsini pozanlar.
Anlamadan etdiyin günahdır, əhvin dilə,
Düz yolu tanımırdın, Allahdan imdad dilə!
Quranda tapdığın yol İslamla, əməl ilə!
Pis bir günaha batar, tövbəsini pozanlar.
Sənə verilən çıraq elə səni yandırar,
Haqq dünyada vicdanın səni alovlandırar.
Sən nuru itirərsən, tövbəni pozan anda
Yeni tövbə axtarar... tövbəsini pozanlar.
Bu bir oyun deyil ki, qaydasını pozasan?!
“Oynamıram” deyəsən, yeni qayda “yazasan”.
Nə qədər gec olmayıb, ayıl, tövbə et, dayan!
“Tezdən gələr növbəyə”... tövbəsini pozanlar...
XƏBƏR LENTİ
Xaçmaz rayon Mərkəzi Kitabxanasına 80 adda yeni kitab gətirilib
Qoltuqaltını ağardan 3 üsul
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda orqan köçürmənin qiymətlərinin
Azərbaycanda zəlzələ olub
Anasına 1 milyon xərcləyəcək-SƏBƏB
Facebook-dan pulsuz internet
Yetim qalan yurdum
Müəllimlərin peşə standartları hazırlanacaq
Səhiyyə Nazirliyindən dərmanların qiyməti ilə bağlı açıqlama
Hamiləlikdə özünə qulluq
Makiyaj möcüzələri
"Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının növbəti təqdimatı keçirilib
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Bürclərin sevgidə qorxuları (2)
Leyla Əliyeva millinin üzvləri ilə görüşüb - FOTO
SİM kart telefona yox, qolbağa qoyulacaq
COVID-19-dan sağalanlar yenidən yoluxduqda daha təhlükəli simptomlarla üzləşir
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Şokoladlı fransız ruleti (foto resept)
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
İdeal insanların həyata baxışı
Azərbaycanda ov mövsümü açıq elan edildi
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Azərbaycanlılar üçün daha bir Avropa ölkəsinə gediş-gəliş asanlaşdı
Moda tarixində mif və reallıq
Rəssam həbsxanada qalanda - FOTO
HAVA necə olacaq?- 27 APREL
Bəs, Beren Saat hanı?
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Avtomobil kreditləşməsi bərpa edildi
Diş məcunu yerinə… qırmızı şərab
Komandanın prezidenti bütün futbolçulara "Mercedes" hədiyyə etdi
Bakıda duman olacaq, külək əsəcək
“Marvel” filmlərinin ən güclü superqəhrəmanı gəlir - VİDEO
HAVA necə olacaq?
Azərbaycanda güclü qar yağdı
Xəmirsiz pizza (foto resept)
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?
Bakı Metrosunda daha bir qadağa
İsti havalarda maye istifadəsi
Deniz Çakır hicablı qadınlara sataşdı
Sellülitə qarşı ən yaxşı 5 krem
Uşaqlarınızı bu qidalardan uzaq tutun
Sağalmaz dərdin dərmanı tapıldı
Gözəllik ifadəsini dəyişən model
Messi Ronaldoya çatdı
Xamalı peçenye (foto resept)
Azərbaycanda körpə adları: Payızəli, Yazilə...
- ŞƏRHLƏR