"Bu dünyadan o dünyaya"
Bir körpü var - görsənməyən
Bu dünyadan o dünyaya...
Nə apara biləcəksən?
Bu dünyadan o dünyaya?!
Üryan gəldin, gedəcəksən
Nə vaxt tövbə edəcəksən?
Rəhmət apar, sənə əhsən!
Bu dünyadan o dünyaya!
Niyyət ilə, əməl ilə,
İmanını məşəl elə.
Namazın qıl, cənnət dilə,
Bu dünyadan o dünyaya!
Bu körpüdən iki yol var,
Biri cənnət, biri yanar...
Cəhənnəmdən qorxmayanlar,
Sonda orda yanacaqlar.
Bu dünyadan... o dünyaya...
"Anlamadım" - keçməyəcək.
Varlı, kasıb seçməyəcək
Kim deyər ki, köçməyəcək?!
Bu dünyadan o dünyaya?!
"Axirət zamanında"
Qiyamətlər qopacaq,
Haqq yerini tapacaq.
İman - tək sığınacaq,
Axirət zamanında.
Mehdi Dəccal üz-üzə
İsa gələr - möcüzə!
Bərk sarıl dinimizə,
Axirət zamanında.
Namaz, oruc, zəkatla,
Yaşayan təmiz adla.
Quran - nicatdır, anla!
Axirət zamanında!
Zənginlik - iman olar!
Ey şeytana uyanlar!
Yanacaq aldananlar
"Cəhənnəm qazanında"
Axirət zamanında!
"Tövbəsini pozanlar"
Bilmədən günah etdi, günahını anladı,
Onu başa saldılar, özü-özünü danladı.
Tövbə etdi, günahını tez yumağa tələsdi,
Tələsməsin tövbəyə, tövbəsini pozanlar.
İman nuru qəlbinə saçılıbsa, əmin ol,
Demirəm elə bu gün dönüb sən də mömin ol.
İmanına sığınman, anlasan bir həvəsdir,
Vəd etməsin tövbəyə, tövbəsini pozanlar.
Sənə bir yol açılıb - nicat yolu, haqq yolu
Sənə bir işıq olub İslamla Allah qulu.
Xəyanətdi tövbəyə əməl etməmək, anla
Haram qatar tövbəyə, tövbəsini pozanlar.
Anlamadan etdiyin günahdır, əhvin dilə,
Düz yolu tanımırdın, Allahdan imdad dilə!
Quranda tapdığın yol İslamla, əməl ilə!
Pis bir günaha batar, tövbəsini pozanlar.
Sənə verilən çıraq elə səni yandırar,
Haqq dünyada vicdanın səni alovlandırar.
Sən nuru itirərsən, tövbəni pozan anda
Yeni tövbə axtarar... tövbəsini pozanlar.
Bu bir oyun deyil ki, qaydasını pozasan?!
“Oynamıram” deyəsən, yeni qayda “yazasan”.
Nə qədər gec olmayıb, ayıl, tövbə et, dayan!
“Tezdən gələr növbəyə”... tövbəsini pozanlar...
XƏBƏR LENTİ
“Instagram”da “TikToka”a bənzər yenilik
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Qurbanlıq qoyunları haradan alsaq, yaxşıdır?
Gələcəyin maşını
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
"Dağlıq Qarabağla bağlı tərəflər müəyyən nəticələrə nail olublar"
Günün ulduz falı
Mayonez maskası
Birinci xanımların içindəki TƏK KİŞİ
Dar şalvarı necə geyinməli?
Ölkədə 4 bank bağlana bilər
Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi
Ebola virusunu aşkar edən alim: “Yeni ölümcül xəstəlik yaranacaq”
Qurban bayramı namazının VAXTI AÇIQLANDI
Məşhur aktrisa xəstəxanalıq oldu-SƏBƏB
Azərbaycanda 900-dən çox insan qidadan zəhərlənib
Azərbaycanda universitet adını dəyişdi
Vaksinasiyadan və xəstəlikdən sonra yaranan immunitet müqayisə edildi
48 yaşlı Cennifer Lopes cavan qalmaq üçün bunu etdi - FOTO
Evdə ət bulyonu (foto-resept)
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
Revmatizm üçün sınanılmış üsul
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Gün var əsrə bərabər: Ötənləri yada salaq
İranda Məhərrəm ayı xüsusi qeyd edilir
Qabaq qovurması (foto resept)
Azərbaycanda bulvar, park və istirahət məkanlarına giriş bağlandı
Qeyri-adi broşlar
Vasvası adamlar niyə depressiv olurlar?
İrəvan sülhdən niyə imtina edir?
Rusiyada evlənmək və boşanmaq qadağan edildi
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
305 kq arıqladı və ...
HAVA necə olacaq?-22 dekabr
Qara rəngli qar yağdı - FOTO
"Kəpəz" "Qəbələ"ni məğlub etdi
COVID-19-la mübarizə nə vaxt bitəcək? - Açıqlama
"Dəlisov professor" tələbələrini Heyrətləndirdi-VİDEO
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
Klubların dünya mübarizəsi başlayır
Elektron siqaret almayın
Hamiləlik dövründə niyə banan yeyilməlidir?
iPhone 6-nı gözləyirlər
Sumqayıtın ən yaxşı orta məktəbləri hansılardır?
4 təhlükəli oyuncaq
İndi hamı bu şəhərə axışır
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər
Əşyaların interneti güclənir
- ŞƏRHLƏR